Kiçik İşlərlə Böyük Dizayn

Son bir neçə aydır ki, qarşıma interyer dizaynında yeni bir cərəyan çıxıb. Bu qeyri-rəsmi cəryanı “kiçik işlərlə böyük dizayn” adlandırmaq olar.

İlk dəfə dizayner Ziemowit Maj tərəfindən yaradılan bu dizayn işləri evləri, ofis və ya ictimai binaları daha da rəngarəng edir.

Əldə etmək sadədir. İlk baxışdan rospisi (divarda boya ilə çəkilmiş rəsmi) xatırladan işlər əslində sadə yolla hzırlanır. Bu vinil materialındandır. Yəni divara rəsm çəkməyə ehtiyac qalmır, yapışqan materialı sifariş verib elektrik sıralarına əlavə etmək olar.

 

 

Əgər siz də evdə bu cür yenilik etmək istəyirsinizsə sizə indi fikirləşdiyim öz kiçik üsulumu deyim: Bu rəsmlərdən istədiyinizi seçib Photoshop proqramında səliqəli kəsin (yəni ağ-qara rəsm olsun, ancaq xətlər seçilsin əlavə heçnə olmasın). Sonra çap işləri görən məntəqələrə gedib təqdim edin. Onlar özləri jpeg formatda olan şəlki kəsim üçün uyğunlaşdıracaqlar.  Orda sizə istədiyiniz rəngdə və materialda vinil seçməyinizi təklif edəcəklər. Bir rəsm təxmini 3-5 manata başa gələr. Məncə evdə xoş auranı bu cür sadə və ucuz yolla artırmağa dəyər  : )

Bunlar isə başqa maraqlı variantlardır. Fikir versəniz mövzuların hamısı ekoloji yolla elektrik əldə etməyə yönəldilib.

Bu isə divar rəsmi kimi gözəl fikirləşilmiş dizayndır. İstər mövzusu, istər rəngi, istərsə də ideası xoş təsir bağışladı ona görə sizinlə bölüşmək istədim.