Le Corbusier-in 5 prinsipi

Korbuzye memrarlıq tarixinin ən məşhur simalardından biridir. Onun memarlığa gətirdiyi yeniliklər saysızdır amma Korbuzye dedikdə ağıla ilk olaraq onun 5 prinsipi gəlir. Bu müasir memarlığın başlanğıcı hesab edilir. İndiki binaların bğyük əksəriyyəti  XX əsrin əvvəllərində təklif edilmiş bu 5 prinsipə əsaslanır.

  1. sütun üzərində evlər
  2. düz dam örtüyü
  3. daxili məkanın sərbəst planlaşdırılması
  4. zolaq şəkilli pəncərələr
  5. sərbəst kompazisiyalı fasad

1-ci bənddə, memar binaları sütunlarla yerdən qaldırıb, binaların altını ekoloji təmiz, istirahət və ya digər məqsədlərə görə istifadə üçün həyət etməyi təklif edir

2-ci bənddə, binaların dam örtüklərini düz həll etməklə damı həyət kimi istifadə etməyi təklif edir

3-cü bənddə, binaların beton-karkas konstruksiyası ilə tikilməyə başlanması, artıq evlərin sixematik planlaşdırmaqdansa sərbəst planlaşdırılmasını irəli sürür. Əvvəllər divarlar daşıyıcı funksiyalı idilərsə artıq yük sütunlar üzərinə düşürdü, deməli divarları istədiyin kimi həll etməyə imkan yarandı

4-cü bənddə, yenə sütunları daxilə salaraq fasadda pəncərələri zolaqşəkilli etdi ki, bu da işıqlanma və yeni memarlıq tərzi kimi müsbət qarşılandı

5-ci bənddə, sütunlar bir halda ki, daxılə ötürülürdü, deməli binanın fasadını da istənilən tərzdə həll etmək olardı

Beləliklə memarlıqda yeni konstruktiv həll (beton karkas), korbuzyenin 5 prinsipinin yaranmasına imkan verdi və ən çox istifadə olunan metoda çevrildi


QEYD : 1-ci şəkildəki memarın özünə məxsus Savoy villası layihəsində bu 5 prinsipin hamısı işlənilib.

QEYD 2: axırıncı şəkil memarın öz qeydində bu prinsipləri açıqlamasıdır

QEYD 3: şəkilləri Google-dan əlavə etdim