Memarlıqda səs

u həftə memarlığın görünməyən, amma məkanın yeri gəldikdə 70 faizini təşkil edən səsdən və professional səs sistemindən söhbət açacağam. Onların yaxşı və ya pis olmasını səciyyələndirən xüsusiyyətlərdən, dünyanın ən yaxşı səs sitemi ilə məşğul olan markasından və Azərbaycanda onları haradan əldə etmək olar, o haqda yazacağam.

Hər şeydən əvvəl diqqətinizə çatdırmaq istərdim ki, keyfiyyətli səs, 5 hissimizdən birinin yaxşı işləməsinə səbəb olur – eşitmə hissimizin. Və çox vaxt keyfiyyətsiz səs sistemlərinin içində olduqda orqanizm də düzgün qidalana bilmir.

Bundan əlavə təsəvvür edin ki, hansısa rəssam rənglər aləminə aid onlarla kitab oxuyur və ömrünü onların ideal tapılmasına həsr edir. Ancaq sərgidə əsərlər keyfiyyətsiz işıqda və ya rəngli işıq altında nümayiş olunur. Beləcə sənətkarın bütün əziyyəti yerə dəyir. Eynilə də səs işi ilə məşğul olan sənətkarlar on illərdir bu elmi öyrənir və idealı yaratmaq uğrunda ömürlərini sərf edirlər. Onların incəsənətini tam dərk etmək üçün mütləqdir ki, əla səs sistemlərinə, mükəmməl texnikaya və düzgün qurulmuş akkustikaya malik olasan.

Səs interyerin hava boşluğunu doldurur. Buna görə də musiqinin daha çox işləndiyi yerlərdə, məsələn, restoran, bar, club və ya adi yaşayış evində interyer dizayn edərkən texniki avadanlıqlar ələxsus da səs sistemləri ideal olmalıdır ki, orada istirahət edən, rəqs edən, yaşayan insanların beş hissindən biri əziyyət çəkməsin və ideal səsdən həzz alsın. İnteryer də kamil olsun, natamam yox. Əlbəttə interyeri nə qədər gözəl layihələndirsən də, keyfiyyətsiz səs bütün gözəlliyi yerlə bir edəcək.

Dinləyəcəyin musiqidən həzz almaqdan əlavə ən vacib məsələ isə ondan ibarətdir ki, sağlamlıq məsələsi səs sistemlərindən asılıdır və bu olduqca ciddi məsələdir. Dizayn edən hər bir insan bunu nəzərə almalıdır. Gördüyümüz bütün estetik, funksional dizaynlar hamısı insan üçündürsə, deməli onun sağlamlığı, düzgün səs qəbul etməsi də bizim üçün vacib olmalıdır.

Fotolarda əsk olunan marka haqda bir qədər söhbət açmaq istərdim. Bunlar Bose firmasının məhsullarıdır. Bose-u digərlərindən fərqləndirən cəhət odur ki, bu marka ancaq səs sistemləri ilə məşğuldur. Və gördüyü işdə birincidir.

Bose 1964-cü ildə hind alimi Amar Bose tərəfindən kəşf edilib. Alim cavan yaşlarında özü üçün musiqi mərkəzi alıb, amma onun səs sistemi gələcəyin alimini qane etməyib. Və o qərara gəlib ki, dünyanın ən yaxşı səs sistemlərini qursun.

Bose -un Amerikada laboratoriyaları var və müxtəlif testlər keçirilir ki, orqanik səs əldə olunsun. Bu o deməkdir ki, avadanlıqdan çıxan səs canlı səsə maksimal dərəcədə yaxın olsun.

Dizayn baxımından da ecazkar olan Bose klassik maşınlar kimi dəbli, ecazkar və dəyişməz xarakterlidir.

Bos səsgücləndiricilərin digərlərindən fərqləndirən bir neçə xüsusiyyəti var. Məsələn, aparat səs seçimi edir, səsin gecikdirilməsi işini hesablayır ki, bu da otağın hər nöqtəsindən eyni vaxtda səsin eşidilməsi deməkdir. Anti exo sistemi ilə səs dalğalarının qət olunacağı məsafə ölçülür və özündən akkustika yaradılır.

Bu markadan olan səsgücləndiricilərin interyerdə başqa üstünlüyü də ondan ibarətdir ki, ölçüsündən asılı olmayaraq yüksək keyfiyyətli səs əldə etmək mümükündür. Adətən interyerin çox hissəsini tutan səsgücləndiriciləri Bose –un kiçik amma keyfiyyətcə üstün səsgücləndiriciləri ilə əvəz etmək mümkünüdür.

Bose həm də maşınlar üçün səs sistemi istesal edir, amma yalnız xüsusi müqaviləsi olan maşınlar üçün zavod istehsalı avadanlıqlar. Yəni onları sonradan alıb quraşdırmaq mümkün deyil. Bose –un birlikdə əməkdaşlıq etdiyi maşın markaları isə – Porche, Infiniti, Cadillac, Bentley və s. avtomobil nəhənglərdir.

Bose həm də televizor istehsal edir ki, bu markadan olan televizorlar digərlərindən ona görə fərqlənir ki, ilk dəfə olaraq Bose home audio sistemi televizorun içinə yerləşdirib. Bu o deməkdir ki, tək televizor almaqla həm də ev kinoteatrı üçün lazım olan bütün səs sistemlərini əldə etmiş olursunuz, özü də bu interyeri korlamadan, televizorun içində olur. Səsgücləndiriciləri interyerin ətrafına düzmədən 3D stereo səs əldə etmək mümkün olur.

Bose ölçüsündən, rəngindən və s.-dən asılı olmayaraq hər növ səs sistemi təklif edir. Bu isə interyer dizaynerləri üçün çərçivələrin olmaması deməkdir.

Eyni zamanda buxara və istiyə davamlı səsgücləndiricilər də var ki, bununla da nəm və yüksək temperaturlu interyerlərdə də keyfiyyətli səs sistemlərindən istifadə imkanı əldə edirik.

Bose tək interyer üçün yox, həm də eksteryer üçün də avadanlıqlar təklif edir. Beləcə terraslarda, həyətlərdə və parklarda təbiətin mənfi təsirlərinə – yağışa, küləyə və s. –lərə məruz qalmadan istifadə etmək mümükündür.

Bu markaya məxsus məhsullar digərlərinə nisbətən bahalıdır. Bunun səbəbi isə hər bir avadanlıq üzərində illərlə tədqiqatların, sınaqların aparılması və materialların ən yaxşılardan ibarət olmasıdır. Ancaq nə qədər baha olsa da Bose -un hər müştərisi ilk istifadədən sonra onun daimi müştərisinə çevrilir. Heç kim keyfiyyətdən narazı qalmır və bahalıq da öz növbəsində yaddan çıxır.

Sonda isə diqqətinizi bir məqama çəkmək istərdim ki, əgər musiqi ruhun qidasıdırsa, onda ruhumuzu düzgün qidalandırmalıyıq :)

QEYD: Bose Azərbaycam şirkəti avadanlığın qurulacağı məkan üçün akkustika hesabatını özü aparır və interyerə uyğun səs avadalığını quraşdırır. Rəsmi dillerlə əlaqə üçün bu keçiddən istifadə edin.

QEYD 2: məlumat toplamaqda göstərdiyi köməkliyə görə Bose Azərbaycan şirkətinin səs mütəxəssisi Ceyhun Mustafayevə təşəkkür edirəm