skizlər silsiləsindən növbəti məqaləni ancaq fasada həsr edirəm. Bu məqalədə yalnız fasadla əldə olunan imkanlar haqda söz açmağa çalışacağam. Yeri gəlmişkən son vaxtlar adəti üzrə bazar günləri məqalələri yazıb yayımlaya bilmədiyim üçün oxucularımdan üzr istəyirəm. Mövcud layihələrlə əlaqədar bir az gecikmələri yəqin ki, mənə bağışlayarsınız :)
Keçək əsas mövzumuza. Yalnız fasad çəkməklə nələr əldə etmək olar ona baxaq. Birinci növbətə sizdə memarlıq hissiyatı güclənəcək. Daha sonra gözünüz yaxşı görmə qabiliyyəti əldə edəcək. Söhbət uzağı və ya yaxını görməkdən getmir. Söhbət fasaddakı mütənasiblikləri, tarazlıqları görməkdən gedir.
Əlbəttə sizə artıq məlumdur ki, memarlıq kompozisiyasında mütənasiblik amili olduqca vacib ünsürlərdəndir. Daim az vaxt ərzində belə eskizlər çəkməklə siz gözə xoş görünən mütənasibliyi heç bir hesablamasız əldə edə biləcəksiniz. Təbii ki, fasadların açılışı işlənərkən hesablamalar, ölçüb-biçmələr gərəklidir, amma nəzərə alsaq ki, bu eskizdir deməli hesablamalar da, eskizsayağı, gözəyarı ola bilər.
Aşağıdakı eskizdə istedadlı memar Ilqar Bəylərovun bəzi cizgilərindən istifadə etmişəm, yəqin ki, fikrinizdən yayınmayacaq. Çalışın hərdən özünüz üçün maraqlı, yeri gələndə anlaşıqlı olmayan kompozisiyaları eskiz edin ki, bundan sonra o sizə doğmalaşsın və gözünüzə sadə görünsün. Başqa memarların üslubunda eskiz etmək heç də ayıb deyil, əksinə çox yararlıdır.
Tarazlığa gəldikdə isə onu qeyd edə bilərəm ki, fasad eskizlərinin verdiyi ən böyük üstünlük memarda göz nizamının, kompozisiya tarazlığının inkşaf etməsidir. Belə ki, eskizə başlayanda ilk öncə bir həcm çəkin. Kağızın ya sağ, ya da sol hissəsində. Daha sora o həcmi əks tərəfə uzadın, və sanki havadan asılmış ağırlıq kimi düşünün, və o ağırlığı tarazlaşdırmaq üçün bəzi əlavələr edin. Sonda baxanda sağ və sol hissələrdəki həcmlər eyni ağırlıqlı görsənsə deməli sizin kompozisiyanızda tarazlıq düzgün həll edilib.
Yuxarıda isə köhnə üslublu evin fasad eskizidir. Ümumiyyətlə fasad eskizləri üslubundan, janrından asılı olmayaraq çəkə biləcəyiniz ən yaxşı memarlıq məşqlərindəndir. Bu, sizdə vizual düşüncəni, baxışı, göz nizamını sanki cilalayacaq.
Fasad eskizlərinin verdiyi üstünlüklərdən biri də – burada biz material və konstruksiya eksperimentləri edə bilməyimizdədir. Yuxarıdakı eskizdə gördüyünüz kimi, konstruksiya baxımından bəzi abstrakt ideyaları çəkmişəm. Ola bilər bu eskizlər sizin üçün qaneedici olmasın. Bunlar sadəcə nümunədir, daha gözəllərini yaratmaq isə sadəcə sizin barmaqlarınızdan və beyninizdən asılıdır :)
QEYD: tək bu cür fasad eskizlərində yox, ümumiyyətlə bütün eskizlərinizdə nəzərə alın ki, eskizə baxan sifarişçi əgər yarımçıq eskiz görsə onun davamını öz təxəyyülünə uyğun tamamlayacaqdır. Əgər sırf öz ideyalarınızı çatdırmaq istəyirsinizsə çalışın eskizi natamam etməyin.
Həmşəki kimi çox maraqlıdır . Eskizləri fasaddan çəkmənin tək mənfi cəhəti alışqanlıq yaratmasıdır :)) mən fasad eskizlərinə başladıqdan sonra demek olar ki cox eskizlərdə fasad üsulundan istifadə edirəm.
Deyərdim ki, bircə qüsurlu cəhəti qüsursuzluğundadı :) təki mənfi cəhət təkcə alışqanlıq yaratmağında olsun, gözəl məşğuliyyət olandan sonra no problem :)
Eskiz çəkmək gözəl,maraqlı olmasa da mənim çəkdiklərimin demək olar ki,hamısı abstraktdı.Belə fikirləşirəm ki,məni başa düşən sifarişçi çətin tapıla
Əslində mümkün qədər abstrakt, fantastik, qeyri-real eskizlər çəkmək memara çox kömək olur. Məntiqli olub-olmamasından asılı olmayaraq, bular memarda güclü xəyal gücü, fantaziya yaradır
salam men landsaft dizaynlarinin eskizlerini nece oyrene bilerem?komeklik ede bilersiniz?
Salam. Sözün düzü landşaft memarlığı mənim təhsilimdən kənar sahədir, amma memarlığın çox vacib və olduqca maraqlı bölməsi olduğu üçün hər zaman landşaft dizaynı haqda axtarışlarım olub və bu sahəni dərindən öyrənməyə həvəsliyəm. İnşAllah gələn mövzulardan birini landşaft memarlığı və onun eskizləri barədə material hazırlaya bilərəm və böyük məmnuniyyətlə bunu sizinlə bölüşərəm
Kateqoriyalar
Blogroll