Brutalizm

20-ci əsr memarlıq üslublarından ən kobud və ən xoşuma gələn üslub- Brutalizm.

Sözün mənası ingilis dilindən tərcümədə “kobud” deməkdir. 1950-ci illərin ortalarında yaranıb. Bu üslubda kobud ağır formalar ön plana çəkilir. Aşkar konstruksiyalar və ya mühəndis qurğularına rast gəlinir. Dekor isə digər əksər 20-ci əsr üslubları kimi bu üslubda da imtina edilmişdi. Səbəb isə konstruksiya və materialların təbii formasını itirməsi idi. Forma olaraq düzbucaqlı daha çox istifadə edilirdi. Bu üslub Qərbi avropada, ABŞ-da, və Yaponiyada daha çox istifadə edilirdi. Bakıda da bu üslubda tikililərə rast gəlinir (Bakıdakı nümunələrə aid xüsusi məqalədə ətraflı məlumat verməyi planlaşdırıram).

Dünya üzrə ən yaxşı nümunələri:

Hans Rentonda məktəb (1949-1954)

Londonda “Economist” jurnalı redaksiyasının binası (1964. memarı Elison və Piter smitsonlar)

Berlin yaxınlığında Halle qəsəbəsi (1961)

QEYD: köməyə görə İlham Əliməmmədova təşəkkür edirəm.  Rəsmləri isə Google vasitəsilə tapmişam