Memarlıq və Dizayn üzrə diplom layihələrinin I Respublika müsabiqəsi

yirmi səkkiz noyabr 2011 -ci il tarixində Azərbaycanda ilk dəfə olaraq “Memarlıq və Dizayn üzrə diplom layihələrinin I Respublika müsabiqəsi” keçirildi. Müsabiqənin təşəbbüskarı Azərbaycan Respublikası Memarlar İttifaqıdır. Əvvəla qeyd etmək istərdim ki, bu cür təşəbbüsə görə ittifaqa böyük təşəkkür düşür. Hər il ənənə halını alacaq sərgi artıq diplomçular arasında proqressiv rəqabət və inkşaf üçün zəmin yaradacaqdır.

Sərgidə memarlıq və dizayn ixtisası tədris olunan, respublikanın dörd ali məktəbi iştirak edirdi.

–         Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

–         Azərbaycan Memarlıq və İnşaat Universiteti

–         Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

–         Naxçıvan Dövlət universiteti

İştirakçılar l və ll dərəcəli diplomlarla təltif olundular. Münsiflər heyətini isə ölkənin tanınmış və çox hörmətli memarları təşkil edirdi. Ümumi 36 iştirrakçının keçən ilki, yəni 2011-ci il diplom işləri sərgilənirdi, onlar 6 nominasiyada yarışırdılar:

Memarlıq və Dizayn üzrə

diplom layihələrinin I Respublika müsabiqəsi


Sıra

sayı

İştirakçılar

Diplom layihəsinin adı

Bitirdiyi ali məktəbin adı

Aldığı dərəcə

“Şəhərsalma” nominasıyası

1.

Abbasov Orxan Qobustan qoruğunun landşaft vətarixi mədəni.

AzMİU

2.

Elçin Əskərov Lənkəran şəh. dənizkənarı ərazilərin renovasiyası

AzMİU

3.

İsmayılov Rafael Disney Land əyləncə kompleksi

ADRA

1-ci dərəcəli diplom

4.

Polad Maqadam Şəhər ərazisinin yenidən qurulması

AzMİU

5.

Salmanlı Toğrul Bakı səh. çox funksiyalı adminstrativ iş məkanının memarlıq dizayn həlli

AzMİU

2-ci dərəcəli diplom

“Landşaft” Nominasiyası

6.

Ağayev Fərhad Qış bağının memarlıq landşaft layihələndirməsi

AzMİU

7.

Əliyev Kamran Yeni Gəncə yaşayış kompleksinin landşaft həlli

AzMİU

2-ci dərəcəli diplom

8.

Rəftari Çingiz Buzovna qəsəbəsi, yaşayış kompleksinin memarlıq landşaft təşkili

AzMİU

1-ci dərəcəli diplom

9.

Qasımov Ceyla Şıxov qəsəbəsi, turist kompleksi layihəndirməsi

AzMİU

“Bərpa” nominasiyası

10. Balakişiyev Şahmar və  Çələbi Aqil İçərişəhərdə Asəf Zeynallı küçəsinin regenerasiyası

AzMİU

1-ci dərəcəli diplom

11. Mustafayeva Ruqiyyə Azərbaycan Memarlar İttifaqı binasının bərpa eskiz layihəsi

AzMİU

2-ci dərəcəli diplom

12. Naciyə Şatir Ərzurum Çiftə Minarəli Mədrəsənin memarlıq quruluşu

Naxçıvan Dövlət Universiteti

13. Xəlilov Nicat İçərişəhərdə M. Maqomayev 20 yaşayış evinin bərpa eskiz layihəsi

AzMİU

“Şəhər mühitinin dizaynı” nominasiyası

14. Atakişiyev Orxan Qala tarixi qoruğunun etnoqrafik muzey mərkəzi

ADRA

1-ci dərəcəli diplom

15. İsmayılova Günel Bakı şəhərində Amburan istirahət kompleksi

ADRA

16. Məmmədova Gülər Bakı istirahət və biznes kompleksi

ADRA

17. Mustafayeva Rəna Tələbə şəhərciyi

AzMİU

18. Muxtarov Teymur Abşeronda elektrik dəmir yol xəttinin renovasiyası

AzMİU

19. Şahbazova Əminə Otel kompleksi

ADRA

2-ci dərəcəli diplom

20. Yusifzadə Günel Biznes ticarət mərkəzi

ADRA

“İnteryer” nominasiyası

21. Əhmədova M. “Cinemax”

AzMİU

22. İbrahimov Ruslan Təngəaltı ictimai binanın interyeri

AzMİU

23. Malaxayeva Ayşad “Haytek-Yapon”

AzMİU

2-ci dərəcəli diplom

24. Qafarova Günel Qobu kəndində ənənəvi yaşayış modelinin interyer dizayn həlli

AzMİU

25. Quliyeva Səyyarə Şirniyyat evinin interyer plan həlli

AzMİU

1-ci dərəcəli diplom

26. Salamzadə Günel Loft üsulu ilə yaşayış

AzMİU

27. Süleymanova İradə Qapalı məkanda mini Oazis

AzMİU

“Yaşayış və ictimai binalar” nominasiyası

28. Ədilova Günay “İnam Bank”

Mədəniyyət və İncəsənət Universiteti

2-ci dərəcəli diplom

29. Hacıyeva Aynurə Naxçıvan şəh. 58 N-liyaşayış kvartalının bərpası

Naxçıvan Dövlər Universiteti

2-ci dərəcəli diplom

30. Hacıyeva Bəyaz “Merlin Monro”

Mədəniyyət və İncəsənət Universiteti

31. Məcid Qaradağ rayonunda beynəlxalq aeroport

Naxçıvan Dövlər Universiteti

32. Mehdiyev Afiq Otel

ADRA

1-ci dərəcəli diplom

33. Musayev Fərhad Naxçıvan şəh. 43 N-liyaşayış kvartalının bərpası

Naxçıvan Dövlər Universiteti

34. Rəşad Olimpiya kompleksi

AzMİU

35. Səmra Yazar Samux şəhərində ticarət mərkəzi

AzMİU

36. Sərdaroğlu Göktürk İstanbul sivrili bölgəsi otel kompleksinin layihəsi

AzMİU

2-ci dərəcəli diplom

1-ci və 2-ci yerlərə layiq görüşlmüş layihələrin fotoşəkilləri:

Şəhərlama nominasiyasında:

Rəssamlıq Akademiyasının məzunu İsmayılov Rafaelin “Disney Land əyləncə kompleksi” layihəsi ilə müsabiqənin sözügedən nominasiyasında 1-ci dərəcəli diplomuna layiq görülmüşdür. Memar zirə adasını disneyland kimi layihələndirmiş və Azərbaycanın turistik imkanlarının zənginləşdirilməsi uğrunda maraqlı təklif irəli sürmüşdür. Layihə baxımından uğurlu hesab etmək olar. Çünki, burada istifadə olunacaq bir çox turizmə yararlı yeniliklərə Azərbaycanın hal-hazırda ehtiyacı var.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu Salmanlı Toğrul öz layihəsi ilə 2-ci dərəcəli diploma layiq görülüb. Layihə “Bakı səhəri, çox funksiyalı adminstrativ iş məkanının memarlıq dizayn həlli” adlanır. Toğrulun layihəsi də yaxşıdır. İşləmə texnikası, binaların memarlığı və s. baxımından yenilikçidir (təəssüf ki, yalnız ADRA tələbələrinin diplom işləri haqda daha geniş məlumata sahibəm, ona görə də digər universitet tələbələrinin layihələri haqda ola bilsin ki, çox da dolğun məlmat verə bilməyim).

Landşaft nominasiyasında:

Bu nominasiyada 1-ci yerə AzMİU-nun məzunu Rəhtari Çingiz “Buzovna qəsəbəsi, yaşayış kompleksinin memarlıq landşaft təşkili” layihəsinə görə 1-ci dərəcəli diploma layiq görülüb. Adından görünür ki, cənubi Azərbaycan vətəndaşı olan memar, maraqlı və olduqca aktual eko-şəhər prinsipi ilə çıxış edir.

2-ci dərəcəli diplomla isə “Yeni Gəncə yaşayış kompleksinin landşaft həlli” layihəsi ilə AzMİU-nun məzunu Kamran Əliyev mükafatlandırıldı.

“Bərpa” nominasiyasında:

Bu diploma bir layihə üzərində çalışan iki memar sahib oldu, AzMİU-nun tələbələri Balakişiyev ŞahmarÇələbi Aqil – “İçərişəhərdə Asəf Zeynallı küçəsinin regenerasiyası” layihəsi ilə.

İkici dərəcəli diploma isə yenə AzMİU-nun məzunu olan Mustafayeva Ruqiyyə – “Azərbaycan Memarlar İttifaqı binasının bərpa eskiz layihəsi” ilə mükafatlandırıldı. Memar diplom layihəsi üçün olduqca maraqlı obyekt seçib :)

“Şəhər Mühitinin Dizaynı” nominasiyası:

Sözügedən nominasiyada Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 2011-ci il məzunu Atakişiyev Orxan “Qala tarixi qoruğunun etnoqrafik muzey mərkəzi” layihəsi ilə 1-ci dərəcəli diplomla təltif edildi. Bu layihə ümumi sərginin bütün layihələrindən fərqlənir. Layihəni müasir memarlıqla milli ənənələrin sintezi baxımından olduqcaq uğurlu incəsənət nümunəsi adlandırmaq olar. Hər zaman layihələrində orijinallığı ilə seçilən Orxanın diplom layihəsi də olduqca yenilikçi idi.

Yenə ADRA məzunu olan istedadlı tələbə Əminə Şahbazovanın “Otel kompleksi” layihəsi isə 2-ci dərəcəli diplomla mükafatlandırıldı. Üslüb baxımından öz dəst-xətti ilə seçilən Əminənin bu layihəsinin əlavə izahata ehtiyacı yoxdur. Memarın üstünlüyü də bunda görünür ki, artıq layihə özü öz haqqında danışır.

“İnteryer” nominasiyası:

Bu nominasiyada iştirakçıların daxili məkan memarlığı, interyer üzrə diplom layihələri qiymətləndirilirdi. 1-ci dərəcəli diploma AzMİU məzunu olan Quliyeva Səyyarə “Şirniyyat evinin interyer plan həlli” layihəsi ilə layiq görüldü.

2-ci dərəcəli diplomda isə AzMİU məzunu olan Malaxayeva Ayşad “Haytek-Yapon” layihəsi ilə mükafatlandırıldı.

“Yaşayış və ictimai binalar” nominasiyası:

Bu nominasiyada 1 məzun 1-ci dərəcəli, 3 məzun isə 2-ci dərəcəli diploma layiq görülmüşlər. 1-ci dərəcəli diploma ADRA-nın məzunu Mehdiyev Afiq otel layihəsi ilə mükafatlandırıldı.

2-ci dərəcəli diploma isə Ədilova Günay (Mədəniyyət və İncəsənət Universitetinin məzunu), Hacıyeva Aynurə (Naxçıvan Dövlər Universiteti məzunu) və Sərdaroğlu Göktürk layiq görüldülər. Diplom işləri müvafiq olaraq – “İnam Bank”, “Naxçıvan şəh. 58 N-liyaşayış kvartalının bərpası” və “İstanbul sivrili bölgəsi otel kompleksinin layihəsi” adlanır (fotolar da adlara müvafiq olaraq düzülmüşdür).


Aşağıdakı slaydda digər iştirakçıların diplom işləri ilə tanış ola bilərsiniz:

Memarliq Sergisi Slayd

Burada isə ADRA məzunu Gülər Məmmədovanın diplom işinin video çarxını izləyə bilərsiniz. Adətən diplom layihələrində belə video təqdimatlara rast gəlmirik. Gələcək illərin diplomçularına bunu nəzərə almalarını tövsiyyə edirəm. Gülərin işi – “Bakı istirahət və biznes kompleksi”-dir və Şəhər mühitinin dizaynı nominasiyasında iştirak edir.

Ümumi fikir baxımından deyə bilərəm ki, müsabiqədən gözlədiyim nəticəni almadım. Sərgidə diplom adına layiq işlər olduqca az idi. Və bir çox istedadlı tələbənin işləri ümumiyyətlə sərgidə nümayiş olunmadı. Sərginin bütün çatışmazlıqlarını, əskik tərəflərini ilk dəfə olduğu üçün keçmək olar. Ümid edirəm gələcək illərdə sərgiyə daha professioal işlər təqdim olunacaq.

Avropa otelində baş tutan sərgi, hal-hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində davam edir.

QEYD: material toplamaqda göstərdiyi köməkliyə görə Arif Nəcimova təşəkkür edirəm

QEYD 2: bəzi məlumatları və fotoşəkilləri Memarlıq və İnşaat Universitetinin rəsmi saytından əldə etdim. Rəsimlərin üzərinə sağ düyməni sıxmaqla “Open in new tab” seçənəyi ilə layihələrə daha iri formatda baxa bilərsiniz.