Müasir döşəmə örtüyü

aku Build inşaat sərgisində diqqətimi çəkən növbəti məhsul East-West şirkətlər qrupunun təqdim etdiyi yeni nəsil döşəmə örtüyü oldu. Bu, döşəmədə şüşə üzərində çapın işıqlandırılmış variantıdır. İlk dəfə Azərbaycanda bu cür məhsulu gördüyüm üçün yazmaq qərarına gəldim, ümid edirəm xoşunuza gələcək.

Gəlin məhsulun sıfırdan istifadəyə qədər olan mərhələlərinə diqqət yetirək, beləcə məhsul haqda ümumi təsəvvür formalaşmış olacaqdır.

Məhsulun quraşdırılma mərhələləri:

1. İlk öncə ölçü işləri aparılır və ölçü əsasında dizayn hazırlanır

2. Yükdaşıyan və birləşdirici karkas sistemi yığılır. Hansı ki, bu profillər üzərində şüşə material bərkitiləcək eyni zamanda gizli işıqlar yerləşdiriləcəkdir

3. Şüşə emal olunur. Qeyd edim ki, bu şüşələr adi şüşələrdən fərqlənən xüsusiyyətlərə malikdir. Belə ki, bir çox kimyəvi maddələr vasitəsilə, bir neçə mərhələyə başa gələn proses icra olunur (bu maddələr şirkətin laboratoriyalarında hazırlanır ki, bunu şirkət sirri kimi ictimaiətlə bölüşmək olmaz. Ancaq istifadə üçün tam etibarlı məhsul təqdim olunduğuna zəmanət verilir, xüsusi maddələrin isə heç bir zərəzverici təsiri yoxdur)

4. Şüşəyə çap olunur. Çap 2,5 m enində, 22 sm qalınlıqda və limitsiz uzunluqda olan istənilən material üzərində ola bilər (şirkət tək döşəmə materialı yox həm də divar, tavan və s. yerlərin çap işləri üçün də yüksək keyfiyyətli çap işləri təklif edir)

5. Hazırlanan məhsullar montaj olunur.

Şüşənin yükgötürmə qabiliyyəti 60×60 sm paneldə 130 kq ağırlıqla test olunub və sınaqdan müsbət nəticə ilə keçib.

Bu cür dekor şüşələr su keçirdiyi üçün suyun çox istifadə olunduğu məkanlarda işlənilməsi məsləhət deyil. Əvəzinə metlax üzərində çapla bu effektə yaxın effekt əldə etmək mümkündür ki, bu da şirkət tərəfindən təmin olunur.

Müasir dövrdə dizaynerlər bu cür orijinal çap işlərini hovuzlarda – hovuz döşəmələrində də tətbiq edirlər. Bunun üçün sadəcə istənilən kafel və ya metlax təqdim etməklə istənilən fotonun üzərində əksini sifariş vermək lazımdır. Təbii ki, fotolar nə qədər keyfiyyətli olsa,  çap da bir o qədər keyfiyyətli olar.

Şirkət çapları iki yolla təqdim edir. Daha ekonomik və zəmanətsiz olan variant və ya zəmanətli çap işləri. Təbii ki, uzunömürlülük baxımından zəmanətli üsul daha əlverişlidir. Əlbəttə, bu qiymətdə fərq yaradır, özü də iki dəfə baha, amma isti və suyun təsirinə qarşı daha dözümlü olur. Üstəlik zəmanətli çaplar üçün istifadə olunan əlavə kimyəvi qarışıqlar heç biri zərərverici təsirə malik deyil.

Şirkət hər növ materialda çap işləri aparır, ölçülərdən əlavə tək limit ağırlığa qoyulur ki, bu da 70 kq. ağırlıq həddidir. Hər materialın da təbii ki, öz qiyməti var. Məsələn, sözügedən işıqlanılmış belə döşəmələr quraşdırmalı, çaplı, şüşəli, zəmanətli və s. daxil olmaqla hər kv. metrəsi təxmini 150-200 manata başa gəlir

Çap işləri şirkət tərəfindən Azərbaycanda analoqu olmayan xüsusi çap maşını vasitəsilə həyata keçirilir və keyfiyyətinə zəmanət verilir. İstəkdən asılı olaraq quraşdırma şirkət tərəfindən həyata keçirilir. Əgər şirkətlə əlaqə yaratmaq istəsəniz, şirkətin saytı hazır olmadığı üçün mənimlə “əlaqə” bölməsindən kontakta keçin, mən sizi şirkətlə calaşdıraram.

Sözü gedən müasir döşəmə vasitəsilə istənilən məkanda orijinal görünüş əldə etmək olar. Yuxarıdakı fotoları sərgidə çəkdim, gördüyünüz kimi şəhər mənzərəli fotonun döşəmədə əksi həqiqətən insana zövq verir. Daha fantastik ideyaların icrası isə sizin fantaziyanızdan asılıdır ;)

QEYD: ətraflı məlumatlandırdığı üçün şirkətin əməkdaşı Vüqar Manafova təşəkkür edirəm