AURA Lounge Club

dətən qış boyu nəzəri işlərlə məşğul olduqdan sonra memarlıq tələbəsinin tədris proqramına əsasən yay təcrübəsi və mümkün olarsa proqramdan kənar iş təcrübəsi ilə məşğul olması çox yararlıdır. Bu məqsədlə başa vurduğumuz yayda iş təcrübəsi ilə məşğul oldum və bunu sizinlə bölüşmək istərdim. Layihə “Aura” restoran klubun interyer dizaynının həlli idi. Bu cür sifarişləri icra edərkən keçilən mərhələləri və əldə olunan nəticəni, eyni zamada tövsiyyələrimi sizlərlə bölüşmək niyyətindəyəm.

Belə yararlı işə məni köməkçi dizayner kimi dostum və kolleqam memar Hüseyn Rəmzi dəvət etdi. Azərbaycn Dövlət Memarlıq və İnşaat Universitetinin məzunu olan Hüseyn sənətinə vurğun, dostcanlı insandır. Hüseynlə gələcək məqalələrdə də iş birliyimizin davam etdiyini görməyinizi ümid edirəm.

Aura klub bizə qədər 2 dəfə təmir olunmuşdu. Birinci təmir haqda söhbət belə açmaq istəmirəm. Şəhərin gözəl yerində yerləşməsinə baxmayaraq, ucqar rayonda yerləşən kafeləri xatırladan “dizaynı” var idi. Təsadüfi deyil ki, o qədər də fəaliyyət göstərməmiş klubun sahibi dizaynının dəyişilməsini zəruri bilir və bunun üçün Hüseynə müraciət edir. Sadəcə divar kağızlarının, divanların və arakəsələrin dəyişilməsinə qərar verilərək kiçik təmir işləri aparılır. 1 ildən sonra isə əsaslı təmirlə Auranı ölkənin aparıcı klubları səviyyəsinə yüksəltmək qərara alınır və bu iş yenidən bizə həvalə olunur.

Gəlin əvvəlcə klubun 2ci təmirinə nəzər salaq. Burada Hüseynin etdiyi düzəlişlər gözə xoş gəlsə də əvvəlki dizayndan qalan elementlər ümumi kompozisiyaya yad baxılır.

Müxtəlif rakuslardan fotoşəkillərə baxdıqda burada hardasa “Kumpirizm” eləmentləri, uyğunsuzluqlar, dizaynda xaos görürük. Təbii ki, ilk təmirindən sonra klubun ikinci dəfə təmiri və bu vəziyyətə gətrilməsi kifayət qədər gözəl fərq yaratsa da ümumi çatışmazlıqlar olduqca çox idi.

İlk olaraq, şəkillərdən də göründüyüz kimi otaqlar yarımçıq bağlı idi, biz onu axıra qədər bağlamağı qərara aldıq. Beləcə hər otağı tam başqa dizaynda həll edib gələn müştərilərin hər dəfə ayrı aurada istirahətinə nail ola bilərdik. Tavanda taxta effekti verən alçiban elementlərini tamam söküb çayxana xarakterini, daha müasir dizayn olunmuş tavanla klub xarakterinə çevirməyi məsləhət bildik. Divar kağızları da təbii ki, dəyişiləcəkdi. Və ən əsası divanlar yeni görünüşə və materiala qovuşacaqdı. Bir sözlə yerdəki döşəmədən başqa hər şey yenilənəcəkdi. Hətta VIP otaqların qapılarını dəyişdirmədən ucuz başa gələn lakin effektli dəyişikliklər nəzərdə tutulurdu.

Layihəyə başlayanda ilk olaraq eskizlər çəkilir, onları layihəni birgə işləyən dizaynerlər bəyənirsə sonra kompyuter qrafikası ilə 3D görünüşlər hazırlanır. 3D görünüşü sifarişçi bəyənirsə işin real icrasına başlanılır. Qeyd edim ki, yaşayış binasının zirzəmisində yerləşən klub 7 otaqdan və 4 VIP-dən ibarətdir.

Eskizlər əvvəlki məqalələrimdə də qeyd etdiyim kimi iki yerə ayrılır – Birincisi dizaynerlər, memarlar arasında fikri çatdırmaq üçün çəkilən eskizlərdir. Bunlar vaxt amilinə görə tez çəkilən və bir qədər şişirdilmiş desək primitivliyi ilə seçilir. Lakin işi bilən dizayner gözündə bu eskizləri real canlandıra bilir. İkinci növ eskizlər isə sifarişçiyə təqdim etmək məqsədi ilə çəkilir ki, bunlar reala daha çox uyğunlaşdırılır və sanki rəsm əsəri kimi üzərində işlənilir. Bizə bu layihədə sifarişçiyə 3D görünüş lazım olduğu üçün eskizləri yalnız dizaynerlər üçün olan variantda çəkdik. Eskizlərdən bir neçəsini göstərmək istərdim. Hansı ki, müəyyən idea tutulub, icra olunub olumamasından asılı olmayaraq.

Burada VIP otaqlardan birinin girişini müəyyn qədər şərq motivli həll etməyi fikirləşirdik. İcra olunmasa da, orijinal görünüş verir. İcra olunmamasının səbəbi isə eskiz çəkildikdən sonra dizaynın başqa yönümlü inkşafı ilə əlaqədardır.

Ümumiyyətlə üslubu əvvəlcədən tam təyin etmək heç də bütün layihələrə xas deyil. Aura layihəsi kimi bir çox sifarişlərdə daha çox fantaziyadan istifadə edib, sərhədsiz dizayn rakusları fikirləşmək məsləhətlidir, daha sonra isə içərisindən lazım olanları ələmək olar.

Burada otaqlardan birini retro üslubda tərtib etmək ideası var. Mafia xarakteri ilə çay dəskahı, qəlyan və bizim cəmiyyət üçün ürəyə yatımlı obraz yaratmaq olardı. Fikir verin eskizdə müəyyən qeydlər aparmışam. Əvvəlki eskizlər məqaləmdə də qeyd etdiyim kimi bu cür qeydlər sonradan çox yararlı olur.

Bu eskizdə isə mövcud tirləri saxlamaqla yüngül və olduqca ucuz başa gələn kompozisiya yaratmaq niyyətində idik. Aşağıdakı 3D fotolarda bu obraz daha gözəl canlanır.

Bu otaqda isə daha çox küçə obrazı, təbii materiallardan istifadə ilə reallaşdırıla bilərdi. New York obrazı tam fərqli və cazibədar görünüşdə dekorativ işləniləcəkdi. Aşağıdakı 3D fotolarda bu obraz daha gözəl canlanır.

Burada meşə obrazı yaradıla bilərdi. Daha çox tropik meşəni yada salan bu dizaynda rahatlıq tapmaq mümkün ola bilər. Xüsusi meşə effektli divar kağızları, gizlin işıqlandırılmış tül, bambuk, təbii taxta elementləri və s.-lə otaq müştərini tam fərqli aurada qarşılayacaqdı.

Burada isə orijinal səthlərlə və onların gözəl vəhtətindən maraqlı baxış nöqtələri almaq olardı. Fakturalı üfiqi cızıqlı divar kağızının, işıqlanması ilə, oyuqda dalğavari saf taxranın kəsilmiş hissələrinin ön və arxaya oynadılması, mat oboyla parlaq laklı taxtanın işığı əks etdirməsinin gözəl vəhdətini almaq olar. Oboydakı fakturaların işıqlanmasından əldə olunan işıq-kölgə ilə taxtanın işıqlanmasından əldə olunan parlaqlıq sehirli baxış yaradacaqdı.

Burada şərq motivi, cah-cəlal obrazı özünü göstərir. Rənglərdən, işıqdan və materillardan düzgün istifadə etməklə maraqlı və digərlərindən seçilən otaq əldə etmək olar.

Milli obraz yaratmaq ideasını təbii qaya parçaları, milli xalça elementləri və milli musiqi alətləri ilə əldə etmək olardı. Hərçənd bu cür klub üçün istifadəsinə razı olmayacağım eskizlərdən biridir. Çünki milli dəyərlərimizin müasir kluba gətirilməsi biraz milli incəsənətimizə zidd ola bilərdi.

Memar dostlarımızın və ya çox səyahət edən digər müştərilərin xoşuna gələcək idea – Şəhər mövzusu. Burada arxadan gizli işıqla işıqlandırılmış şəhər silueti orijinallığı ilə seçilir. Eyni zamanda divarda qüllələrdən ibarət 3 silsilə foto və qarşı divarda dünyanın ən məşhur tikililətin foto şəkilləri ilə bəzədiləcəkdi.

Burada klubun holl hissəsinin ümumi cizgiləri özünü göstərir. Aşağıdakı 3D görüntülərdə və real fotolarda eskizin birəbir eyni çıxdığının şahidi olacaqsınız.

Eskizlər müəyyənləşdirilir, içlərindən ümumi kompazisiyaya uyğunlarını seçib cəmləşdirdikdən sonra 3D qrafikası ilə kompyuterdə yığılması mərhələsi gəlir. 3D qrafikanı işini çox gözəl bilən dostumuz Vaqif Kərimova həvalə etdik. İşin bu mərhələsində 3D qrafikanı yığan birinin dizayneri tam başa düşməsi və istəyi olduğu kimi çadırması çox vacibdir. Bir növ dizaynerin fikirlərini oxuması işləri daha da rahatlaşdırır. Bunlar üçün və gec saatlara qədər bizimlə qalıb işlədiyi üçün Vaqifə xüsusi təşəkkürümü bildirirəm.

Hollun ümumi görünüşü

Burada Holl hissəni tamam yeni dizaynda tərtib etmişik. köhnə tavan taxta elementləri tamam sökülüb. Tavanın sağ tərəfində havalandırma qurğuları gedirdi. Sol tərəfdə isə boşluq yaranırdı. Həmin boşluğu bir-birindən aralı quraşdırılmış ensiz taxtalarla bağlayıb içəri tərəfi şüşə altı işıqlandırmaqla sanki səma effekti əldə etmək olardı. Bununla da zirzəmi şəraitində nisbətən sərinlik, nəfəs verəcək baxış bucağı əldə etmiş oluruq. Projektor işıqlanma ilə yerdəki qırmızı xalı işıqlanacaq. Qırmızı xalı isə öz növbəsində özünəməxsus kompazisiya yaradır. Belə ki, girişdən baxış zamanı qırmızı xətt hollun sonuna qədər gedir və sonluqda qırmızı barda sanki rəng və işıq partlayışı effekti yaradır.

Hollda oturmaq üçün divanla xüsusi guşə yaratmaq istəsək də klub idarəçisi bunun yararsız olmasını bildirdi və əsaslı səbəblərə görə oturmaq guşəsini ləğv etməli olduq.

Barın yeni tərtibatı

Barı yeni parça üzlüklə üzləyib daha ehtiraslı görünüş əldə etdik. Aşağıdakı real fotolarda bunu daha aydın görmək olar

Girişin içəridən görünüşü

Girişdə klassik çərçivə ilə əhatələnmiş güzgü nəzərdə tutduq. Bununla da tünd divar kağızının fonunda baxışa yüngüllük qatan element əldə etmiş oluruq. Üstəlik çıxışda müştərilərin geyimlərinə baxmaları üçün güzgü həm də funksional əhəmiyyət kəsb edir.

Otaq N: 1 (konsept)

Yuxarıdakı eskizlərdə barəsində söhbət açdığım “küçə obrazlı” otaq konpazisiyası. Burada təbii kərpicin real fakturaları nisbətən çirkli xarakterli olacaqdı, kərpicin fonunda təmiz və səliqəli oboyla isə kompazisiyada kontras əldə etmiş oluruq. Tavanda dəmir barmaqlıqlar altından işıqlanma həm divara maraqlı işıq-kölgə verəcəkdi, həm də küçə obrazını tamamlayacaqdı.

Otaq N: 2 (konsept)

Növbəti meşə obrazı. Burada eskizdəkindən fərqli olaraq nisbətən şimal meşələridən ilham alınaraq dizayn olunub. Beləcə biz daha isti aura yaratmış oluruq. Qış mövsümü üçün istifadə olunan klubda bu cür aura qonaqlar tərəfindən müsbət qarşılanacaqdır.

Otaq N: 3 (konsept)

Yuxarıdakı eskizlərdən birində qeyd etdiyim həmin asan başa gələn kompazisiya. Burada biz əlavə xərcə getmədən otağın görünüşünü tamamilə dəyişməyi hədəfləmişdik. Mövcud tirləri saxlamaqla parçadan istifadə edərək maraqlı kompazpsiya əldə etdik.

Otaq N: 4 (konsept)

Sadə otaqlardan biri. Tavanda gedən havalandırma qurğularından istifadə edərək kompazisiyanı simmetrikləşdirmək və rəng material kontrası vasitəsilə maraqlı baxış əldə edirik. Divarda damalarla qurulmuş hissədə şpon adlanan üzlüklə ucuz, amma çox effektli görünüş əldə etmək olar.

Otaq N: 5


Bu otaqda isə sol tərəfdə yerləşən pəncərəni sağ tərəfdə sluet kimi istifadə etməyi və qızıl simetriya qanununu tətbiq etməyi nəzərə aldıq. Sonradan bir qədər fərqli görünüşdə ideyanı qismən tətbiq edə bildik.

Otaq N: 6 (konsept)

Yenə də havalandırma qurğularına tabe növbəti kompazisiya.

VIP 3


Ümumiyyətlə otaqlar müəyyən səbəblərdən dəyişilsə də VIP otaqların hamısı eskizlər və 3D görünüşlərlə tam eyni quruldu.

VIP 3 (rakus 2)

Bütün otaqlarda olduğu kimi televizoru klassik rəsm çərçivəsi ilə əhatələyib daha dəbdəbəli görünüş əldə etdik.

VIP 2


VIP 2 öz orijinallığına görə digər otaqların demək olar hamısından fərqlənir. Burada standartlardan kənar həcmlər, “senariləşdirilmiş kompazisiya”lar otağı olduqca baxımlı edir. Təsadüfi deyil ki, artıq müştərilərin sevimli məkanlarından biri məhz VIP 2-dir. Tavan sanki sonradan “dağılmış” effekti ilə seçilir. Tavan işıqlanmasını gizlədən bu forma həm də üzbəüz divardakı taxtaların yığımı ilə səsləşir. Taxta obrazı bu otaqda özünü daha qabarıq göstərir.

VIP 2 (rakus 2)


Tavanla divarın birləşəcəyi yerdə, otaqda istifadə olunan taxtanın eynisini vurmaqla kompazisiya yığılır, pərakəndəlik aradan qalxır.

VIP 1


VIP 1 adına uyğun olaraq bütün otaqlardan ən üstünü olmalı idi. İstifadə olunan materialların, aksesuarların və s.-nin ən yaxşısı istifadə olunacağı məkan da elə məhz VIP 1 olmalıdır. Burada süni sobadan istifadə ilə yüksək dəbdəbə və qış mövsümü üçün gözəl aura əldə etmiş olduq. Kamin birləşən divarda gizli işığın olması ağır həcmi nisbətən yüngül göstərir. Yenə də TV divara bərkidilərək rəsm çərçivəsi ilə əhatələnib.

VIP 1 (rakus 2)

Divarda istifadə olunan parça elementi, pərdənin ona uyğunlaşdırılması, işıqlanma və s. baxımından həqiqətən bu otaq kifayət qədər uğurlu alındı.

Layihənin bu məqama qədər keçdiyi yol ilə tanış oldunuz. Bu dizaynerin yaradıcılığının sərgiləndiyi ən yaxşı məqamdır. Daha sonra isə işin icrası gəlir ki, bu mərhələdə qarşımıza çıxan maneələri sizinlə bölüşəcəm. Bu məqama qədər isə şübhəsiz müəyyən cəhətlər yaxşı, bəziləri isə qüsurlu ola bilər. Burada qeyri-adi heç nə yoxdur. Ən çətin olanı isə ideyanı düşünüldüyü kimi icra etməkdir. Kənardan baxdıqda heç bir problem görsənməsə də qarşıda bir neçə problem dayanır. Sifarişçinin məkanın təmiri üçün ayırdığı məbləğ və sifarişçinin dizayn işinə birbaşa müdaxiləsi. Bu iki faktor işin axırda planlaşdırıldığı kimi nəticələnməməsinə birbaşa təsir edən amillərdir.

Sifarişçinin məkanın təmiri üçün ayırdığı məbləğdə problemlər çıxması sözün əsil mənasında dizaynerin əl-qolunu bağlayır. Çünki nəzərdə tutulan əşyaların, materialların sə s.nin alınması üçün sifarişçi pul xərcləməlidir. Bunu etmədikdə, məcbur daha ucuz variantlardan istifadə olunmağa başlayır və qurulmuş dizayn yavaş-yavaş “deformasiya”ya uğrayır, get-gedə dizayn dəyişir. Bu layihədə məbləğin çox ayrılmamasının səbəbi klubun onsuzda müştərilərinin çox olması ilə əlaqələndirildi. “Təmir isə kiçik dəyişiklik üçün lazımdır” fikri tapılmış ideyaların olduqca sadələri ilə əvəzlənməsinə gətirib çıxartdı.

Xoşbəxtçilikdən VIP otaqların hamısı düşünüldüyü kimi icra olundu lakin digər otaqların hamısını sadələşdirmək zərurəti yarandı. Məcbur qalıb yeni eskizlər çəkdik, yerindəcə seçim edib kiçik məbləğlə gözəl nəticə üçün əlimizdən gələni etdik. Aşağıdakı son tamamlanmış fotolarda buna nə qədər nail olmuşuq özünüz görəcəksiniz.

Holl -un görünüşləri

Artıq eskizlərdən və 3D görünüşlərindən ümumi dizayn haqda məlumat var. Dəyişikliklər divar kağızları, tavan elementləri, qırmızı xalı, yenilənmiş bar, göz qamaşdıran işıqlanma, yeni görünüş qazanmış qapılardan və digər xırda aksesuar, elementlərdən ibarətdir. Güman edirəm ki, əsas məqsədlərimizdən birini – kluba ilk daxil olan qonağın könlünü oxşayan dizayn əldə edə bilmişik.

Artıq eskizdən də bizə tanış olan simmetrik otaqlardan biri. Zirzəminin memarlığı baxımından otaqda bəzi çətinliklər olsa da, yeniliklərin tətbiqi baxımından bizə kömək oldu.

Otaq N: 2

Daha çox sürrealistliyi ilə fərqlənən otaq. Buradakı həcmlərin havada olması, gizlin işıqlarla təchizi birbaşa sürrealist təəssürat oyadır.

Otaq N: 3

Assimmetrik dizayn baxımından digərlərindən fərqlənən otaq. Bu otaqğın ahəngində söhbət və istirahət üçün rahat şərait nəzərdə tutulub.

Otaq N: 4

Burada isə tamam yeni baxış qazanırıq. Digərlərindən fərqli olaraq rəng və işıqlanma baxımından insanı sanki gümrah və sakitləşdirici əhvalda saxlayır.

Otaq N: 5

Otaq N: 5  (foto 2)


Otel nömrəsini xatırladan guşələri ilə fərqlənən bu otaqda isə daha eleqant, dəbdəbəli dizayn tətbiq etmişik. Kübar insanların xoşuna gələcək tərzdə sakit, amma olduqca cazibədar mühit formalaşdırmağa nail olmuşuq.

Otaq N: 6


Çərçivələri aşaraq, yeni görünüş əldə etdiyimiz otaqlardan biri. Burada sanki divar yarıdan parçalanaraq qeyri-adi baxış yaradır. Gizlin işıqlanma isə ağır həcmi nisbətən yüngülləşdirərək əhvala müsbət təsir edir. Yeri gəlmişkən buradan divar kağızlarının rəng seçimində musiqi səslərindən istifadə etmişəm, növbəti məqalələrdən biri çox gümün ki, bu cür rəng seçiminin tətbiqi barədə olar.

Otaq N: 7


İşıqlanma və rənglər baxımından digər otaqlardan öz sehri ilə fərqlənən otaq. Burada insanı darıxmağa qoymayan işıqlanma digər otaqlardakı kimi 3 mərhələlidir və hər mərhələdə otaq tam yeni görünüş əldə edir. Dəbdəbəli və ecazkar mühit sevənlər üçün gözəl guşə hesab etmək olar.

VIP 4

VIP 4 müştərilərdən daha çox klubun sahibinin sevimli guşəsi hesab olunur. Ona görə də dizayn seçimində sahibin fikirləri daha əsas götürüldü.

VIP 3

3D görünüşdə də müşahidə etdiyimiz VIP 3. Burada yüksək dəbdəbə, gözqamaşdırıcılıq özünü göstərir.

VIP 2

Qeyd etdiyim kimi qonaqların ən sevimli məkanlarından birinə çevrilmiş VIP 2. Burada istifadə olunan həcmlər, divar elementləri heç bir yerdə istifadə olunmamış orijinal cizgilərdən ibarətdir. Məhz buna görə də ilk baxışdan insanların diqqət və marağını cəlb edən bu otaq ümumi klubun ən gözəl istirahət guşələrindən biri kimi yadda qalır.

VIP 1

Və Aura klubun ən göz oxşayan məkanı – VIP 1. Burada istifadə olunan dizayn elementləri, dəbdəbə, eleqant görünüş özünəməxsusluğu ilə insanı cəlb edir. İstirahət zamanı özünü tam başqa aləmdə hiss edirsən. Müasir həll olunmuş kamin, xüsusi işıqlanma ilə təchiz olunmuş divarda parça elementi, yarıqaranlıq işıqlama ilə sayrışan daş-qaş öz gözqamaşdırıcılığı ilə fərlənir. Qeyd etmək istərdim ki, bu otaqda istiadə olunmuş eksklüziv çilçıraq Azərbaycanda təkliyi ilə seçilir. Qeyd etdiyim kimi bu otaqdakı material, həcm və s.-lərə digər otaqlardan daha çox diqqət ayrılmışdır.

Klubun əvvəlki divanları dizayn və material baxımından bizi qane etmdiyi üçün, onları tam yeni görünüşdə tərtib etməli idik. Bunun üçün istedadlı divan ustalarına müraciət edib yeni materillar aldıq. Nəticədə ucuz başa gələn variantla müasir və rahat divanlar əldə etdik.

Divanlar

İki aya qədər davam edən təmir işləri istədiyimiz kimi nəticələndi. Təbii ki, bəzi problemlərlə rastlaşsaq da ümumi baxanda klubu, gələn qonaqların faktiki hamısıın bəyəndiyi məkana çevirə bildik. Gözəl işə və iş birliyinə görə Hüseyn Rəmziyə bir daha minnətdarlığımı bildirirəm. Sonda isə xatirə şəkli lap yerinə düşər :)

QEYD: istənilən şəklin üzərinə mausun sağ düyməsini sıxmaqla “Open image in new tab” seçənəyini seçməklə şəkli tam ölçülü izləyə bilərsiniz.

QEYD 2: çəkilişdə göstərdiyi texniki dəstəyə görə Elmin Bayramova təşəkkür edirəm.