Saraydan qalmış xarabalıq

Həcminə görə kiçik olsa da bu bağ evi bir çox memar üçün böyük bilik mənbəyi olan saraydır. Bu ev Buzovnada yerləşir Azərbaycanın ən məşhur və dahi memarlarından biri olan Mikayıl Hüseynova məxsus olub.

Evin təhlili haqda gələn yazım üçün geniş yer ayırmışam, fikrimcə layihəsini özü vermiş dahi memarın evinin təhlili maraqlı olar. Bu yazımda isə bir az kədər bir az qəzəb hisslərimi bölüşmək istiyirəm.

Bu günlərdə (18 mart 2010-cu ildə) memarlıqda oxuyan bir qrup tələbə ilə o evə getməyə qərara gəldik. Elə fikirləşdik ki ev kiməsə məxsus olar və bizə sadəcə kənardan baxmaq qismət olar. Amma çox təsüf ki həmin ev indi “xaraba” vəziyyətindədir. Ən pisi də odur ki çox güman bir müddət sonra ev tamamilə söküləcək. Çünki həyətində evə bitişik böyük tikinti gedir, hətta o qədər yaxndır ki artıq evin bəzi elementləri sökülüb.

Orada Azərbaycan memarlığının ən biyabırçı mənzərəsini gördük. Şedevr sayıla biləcək evin yerində hansısa yeni tikili. Bu kökü əsirlərə dayanan Azərbaycan memarlığına edilmiş böyük təhqirdir.

Qərara gəldik ki o evin dövlət tərəfindən qorunub saxlanması üçün nəsə edək. Nəticəsi olsa xəbər edərəm amma inanmıram ki müraciətimizə baxalar.