Kumpirizm

Kumpirizm cərəyanı bir çox dünya memarlarının ələxsus da Azərbaycan müasir memarlığının siması olmuş “modern” cərəyanlardandır.

Kumpirizm sözünün mənası məşhur türk yeməyi olan kumpirdən götürülmüşdür. Bu yemək hazır salatlar və başqa qida məhsullarının bir-birinə qatılmasından hazırlanır. Yəqin aydın oldu ki söhbət hansı memarlıqdan gedir – hər şeyi bir-birinə qatan bəzi memarların “sənət əsərləri”ndən:)

Ümumiyyətlə memar hər hansısa layihəni işləyərkən gərək onun hansı üslüba aid olduğunu müəyyənləşdirsin. Təbii ki, bunu çərçivə kimi qəbul etmək olmaz. Amma bütün üslüb, forma, rəng və s.-ləri də bir-birinə qatmaq savadsızlıqdan xəbər verir. Düzdür elə layihələr var ki, memar qarışıqlıqdan gözəllik, müasir incəsənəti, əsl memarlıq yarada bilib. Zarafatı bizim bəzi memarlardan uzaq, elə layihələr də var ki, kumpir onun yanında süd kimi saf və təmiz görsənir :)

“Kumpirizm məktəbi” – savadsızcasına bütün “gözəl” elementləri bir-birinin qarnına soxan memarların qeyri rəsmi cərəyanıdır. Çalışın belə memarlıqdan, memarlardan bir sözlə Kumpirizmdən uzaq olun

QEYD: kumpir yemək kimi pis deyil, sınaqdan keçirsəniz yəqin ki, bəyənərsiniz. Bu yeməkdə heç bir problem yoxdur, sadəcə olaraq hər şeyi bir-birinə qatan memarların qeyri-rəsmi üslubu kimi memarlıqda oxuyan bir qrup tələbə arasında onları belə adlandırırıq.

Qeyd 2: Bakıda, Park Bulvarda əla kumpir sifariş verə bilərsiniz :) (qiyməti təqribən 7-8 azn)