Son dövrlər dünya memarlarını narahat edən ən aktual məsələlərdən biri kompyuter qrafikası, ona olan ciddi təlabat və bunun memarlıq yaradıcılığına verdiyi mənfi təsirlərdir.
Bir çox insan fikirləşir ki, kompyuter proqramlarını bilməyən memarlığı yeni bitirmiş tələbə heç kimə lazım deyil. Təəssüf ki, Azərbaycanda demək olar ki, vəziyyət belədir. Amma düşünüb görürsən ki, tələbə kompyuter qrafikasını öyrəndikdən sonrakı yaradıcılığı ilə əvvəlki arasında yerlə-göy qədər fərq var. Çünki kompyuter yaradacılığı kütləşdirir, bu artıq danılmaz faktdır.
Dünyaya səs salmış memarlar layihələrini öz eskizləri vasitəsilə həyata keçirirlər. Beləcə hər bir xırda detal üzərində memar tərəfindən konkret fikir işlənmiş olur. Bir çox “memarlar” isə ideyanı, həcmləri, xırdalıqları kompyuter proqramları vasitəsi ilə tapır ki, burada da heç bir hissiyyatdan söhbət gedə bilməz. Bir şeyi nəzərə almaq lazımdır ki, komputerdə istənilən layihə, forma gözə xoş görünür. Bəzi gənc memarlar adətən bu məqamda yanılırlar. Əgər idea sadə karandaşla, eskizlə gözə xoş görsənirsə deməli əsl memarlıq budur. Nümunə kimi cəmi 5 dəqiqə vaxt ərzində ArchiCad proqramında hazırlayıb Atlantis proqramında render etdiyim və Photoshopla bəzi effektləri verdiyim düşünülməmiş bu “layihəyə” nəzər salaq.
Burada əslində heç bir yaradıcılıq, funksionallıq, bir sözlə memarlıq yoxdur, bu sadəcə kompyuter qrafikası ilə göz aldatmaqdır. Əgər siz memarsınızsa bunun “heç nə” olduğunu başa düşəcəksiniz, ancaq sadə insanlar bəzən bu cür qrafikaya aldanır. Burada memarlıq ikinci plana keçir, gözə isə lazımsız kənar effektlər girir. Bu kiçik nümunə olsa da bunun fonunda müasir Bakı memarlığını görmək olar.
Bu yaxınlarda Facebook sosial şəbəkəsində bu mövzuda maraqlı sorğu aparılmışdı. Sorğunun nəticəsini sizlərlə bölüşmək istərdim:
Ən çox hansını bəyənirsiniz?
1. Autocad (41 səs)
2. 3D Max (35 səs)
3. Archicad (21 səs)
4. Karandaş-Pozan (12 səs)
5. Eskiz (8 səs)
6. Karandaş pozansız (5 səs)
7. Rənglər, akvarel (2 səs)
8. Flomaster (1 səs)
9. Sketch up (1 səs)
10. Paint (1 səs)
11. Catia (1 səs)
Sorğuda böyük əksəriyyəti gənc memarlar, dizayner və rəssamlar iştirak etmişdi. Çox təəssüf ki, ilk 3-lük yalnız qrafika üçün istifadə olunan kompyuter proqramlarıdır. Əgər bu sorğu təcrübəli memarlar arasında aparılsa idi onda əminəm ki, ilk sıraları Eskiz, Karandaş-pozansız, Rənglər-akvarel və s. tutardı.
Kompyuter qrafikasına olan tələbatı ödəmək üçün başqa sahələrdən memarlığa gəlmiş işbazları bu işə cəlb etmək olar, memarlıq ixtisasını bitirmiş məzunlar isə hansısa bacarıqsız memarın layihəsinin komputer versiyasını yığmaqdansa layihə versə onu daha perspektivli gələcək gözləyir.
QEYD: əlbəttə bu proqramları bilmək yaxşıdır amma özünü onlara həsr etmək təhlükəlidir, özün də bilmədən yaradıcılıq get-gedə kütləşir.
QEYD 2: məqalənin adını memarlıq doktoru, professor Şamil Fətullayev-Fiqarovun deyimindən götürmüşəm.
ela.. duz fikirdi ve men bu proqramlarin hamisinda mukemmel islesemde yalniz karandasla eskizden sora komputer qrafikasina cekirem.memar esas elle islamlidir,eger memardisa
Eskiz edib duşunməyi bacarmayan yeqinki praqramları bilsədə memar ola bilməz icracı olar .en vacib məsələlərdən biridə memarlıqda yalançılıqdır yaladan renderlərə efekt verirlir (meselen HİLTON OTEL v s)
Əsil memarlarda ise eksinə iş icra olunduqdan sonra öz gözəliyini dahada artırır(mes çinar plaza. işıq yaş kompleksi vs)
Mehman, görünür əsl müasir dövrün memarısınız. Həm proqramları mükəmməl bilmək, həm də onlara yalnız eskizdən sonra yanaşmaq çox yaxşıdır, uğurlar..
Ceyhun düz fikirdi, proqramları bilməklə yalnız “чертежник” olmaq olar, keyfiyyətli düşünməklə isə memar. Ümumiyyətlə memarlıq gopu sevmir. Əsl memar gərək gopçuluqdan uzaq ola..
bunu nece duzeltmek olar?qeyd etdiyiniz kimi kompyuter programlarini bilmeyen biri hec kime lazim deil..men bele dushunenlerden deilem ama fakt heqiqeten de beledir..men bunun boyuk problem oldugunu hesab edirem ve bu problemin de cixish noqtesinin oldugunu teessufler olsun ki gormurem..PS memarligi ela qiymetlerle bitirmiwem ama programlardan yaxwi bawim cixmir ona gore de iw tapa bilmirem..yazdiqlarimdan bir netice cixir.. o da -DUZELMEDIK,DUZELEN DE DEILIK.
İstənilən halda sistem budur – Memar layihə verməli, texniklər isə onu proqramlarda yığmalıdırlar. Hətta keçmişdə də memarların perspektivalarını özləri yox texnik memarlar çəkirdilər. Ən yaxşı memarlıq studiyalarında vaxt aparan və yaradıcılığı kütləşdirən texnik işlərini əsl yaradıcı insanlara vermirlər.
Amma düz vurğulayırsınız ki, ölkəmizdə hələki, əsl memarlığa dəyər verənlərdən çox, işləri düz-qoş etməyi bacaran kadrlara ehtiyac var. Çünki sifarişçi tez vaxtda nəsə bir şey istəyir, gözəl memarlıq yox. Sırf bazar prinsipləri..
Kateqoriyalar
Blogroll