Kateqoriya Arxivi: Özfəaliyyət

Kumpirizm

Kumpirizm cərəyanı bir çox dünya memarlarının ələxsus da Azərbaycan müasir memarlığının siması olmuş “modern” cərəyanlardandır. Kumpirizm sözünün mənası məşhur türk yeməyi olan kumpirdən götürülmüşdür. Bu yemək hazır salatlar və başqa qida məhsullarının bir-birinə qatılmasından hazırlanır. Yəqin aydın oldu ki söhbət hansı memarlıqdan gedir – hər şeyi bir-birinə qatan bəzi memarların “sənət əsərləri”ndən:)

Ardını oxu →

34 dərəcə

06. II. 2011-ci ildə maraqlı bir həndəsi qanun tapdım, çox istərdim ki, bunu sizinlə bölüşüm. Tapdığım bucaq Qızıl Bölgü sahəsinə, bu mütənasibliyə aiddir. Obrazlı desək bu “kəşf” 34o adlanır. Mahiyyəti: bu elə dərəcədir ki, 34o –lik bucağın tərəflərindən birinin istənilən yerində bir nöqtədən üfiqi və şaquli xətt çəkməklə qızıl bölgü düzbucaqlısını (1,618 mütənasibliyini) əldə etmək

Ardını oxu →

6-cı prinsip

Əvvəlki yazılarımdan birində sizə Korbuzyenin 5 prinsipi barədə söz açmışdım. Bu yazımda isə bir qədər risk edib Korbuzyenin standart 5 prinsipinə bir əlavə etmək istəyirəm. Bu barədə smestr layihələrimin birini həll edərkən fikirləşmişdim. Fikirləşdim ki, standart, çərçivə daxilində “pilləkən qəfəsi”ni niyə də çərçivədən çıxarmayaq? Düzdür bu əvvəllər iriaşırımlı ictimai binalarda tətbiq edilib. Amma yenə də

Ardını oxu →

Eskiz (2-ci hissə)

Əvvəlki yazılarımdan birində eskizlər haqda ümumi məlumat vermişdim, bu yazımda isə öz eskizlərimin nümunəsində bəzi texniki metodlar barədə danışacam. (skanerdən eskizlərin rəng, işıq-kölgə baxımından 50%-i düşməyib, bəzi effektlər, məsələn: buludlar, kölgələr, zəmin və s. olduqca keyfiyyətsiz düşüb, buna görə sizdən üzr istəyirəm.) Qeyd etdiyim kimi bacarıqlı memarın adi eskizi konkursda bacarıqsız memarın gözaldadan eskizinə hər

Ardını oxu →

Professional Loqo Tərtibatı

Bu yazı yeni ünvanda ilk yazımdır. Ona görə fikirləşdim ki, həm sayta, həm də memarlığa aid mövzü haqda yazım. Loqo memarlıqda bir o qədər də vacib ünsür kimi görsənməsə də əminəm ki, yazının sonunda nə qədər vacib məsələ olduğunu görəcəksiniz. Çünki ilk baxışdan memarlıq şirkətinin hansı səviyyədə olduğunu onun loqosundan bilmək olar. Təəssüf ki, Azərbaycanda

Ardını oxu →

Bilet N: x

Bu yazımın mövzusu biraz fərqli olacaq. Belə ki, bu günlərdə Memarlıq Tarixindən imtahan verdim və mövzular çox maraqlı olduğu üçün mənə düşən sualları və cavablarımı sizinlə bölüşmək istədim. Əvvəlcədən hazırlaşdığım mövzular olsa da məncə hər bir memar tələbə bu mövzulardan az-çox bilməlidir. Üstəgəl iki layihənin şəklini də çəkdim, bilirəm ki müəllimimiz Raya xanım bu cür

Ardını oxu →

Neft Texnikləri Sarayının Təhlili (Mikayıl Hüseynov)

Növbəti memarlıq incisi – M.Hüseynovun layihələndirdiyi Neft Texniklərinin Sarayını təhlil etdim və düşündüm ki, bunu sizinlə mütləq bölüşməliyəm. Binanın fasadında maraqlı mütənasibliklər var, musiqi ritmləri və ilahi bölgülər. Təəssüf ki, binanın indi mövcud olub olmamasın öyrənə bilmədim amma istənilən halda layihə çox gözəldir.

Ardını oxu →

“Dövrünü qabaqlamış ev”in təhlili

Memar M. Hüseynovun bağ evini təhlil etmək və sizinlə bölüşməyi çoxdan istəyirdim. Ön fasadın ortoqonal layihəsin tapa bilmədim. Təhlillərim perspektiv təsvirdən olsa da güman edirəm ki, təxmini ölçüləri tapa bilmişəm. Planları da həmçinin təxmini, yaddaşımdan istifadə edərək çəkdim. Ev bir nəfərin yaşaması üçün nəzərdə tutulub. Ancaq evdə rahatlıq və estetiklik yüksək səviyyədə həll edilib.

Ardını oxu →

Memarliq.com

Salam. Mən Məmmədov Urfan , Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Memarlıq və Dizayn fakultəsinin 2-ci kurs tələbəsiyəm. Memarlıq haqda azərbaycan dilində bloq olmadığını amma buna olan ehtiyacı görüb, bu bloqu yaratdım. Bloqda Azərbaycan və dünya memarlığı haqda öz şəxsi fikirlərimi, yeni xəbər və faktları yerləşdirəcəyəm. Eyni zamanda Azərbaycanın görkəmli memarlarının mühazirələrini, Bakıdakı araşdırdığım memarlıq obyektləri haqda

Ardını oxu →