Brut Beton

Çoxdandı yazmaq istədiyim memarların böyük əksəriyyətinin ən sevimli üzlük materialı olan beton üzlük (və ya brut beton - çılpaq beton) barədə yazmaq istərdim. Amma hər şeydən əvvəl memar Rəhim Seyfullayevin çox gözəl fikrini yada salmalıyam – “Tikinti materialları cansızdır, yalnız memar onu canlandırmaq qabiliyyətinə malikdir”.

Memar bununla demək istəyir ki istənilən material yalnız işlənmə yerinə görə gözəl görsənir. Misal olaraq da, Korbuzyenin Ronşan villasını misal gətirərk əlavə edir ki, belə formaya malik tikilidə başqa hər hansı material təsəvvürolunmazdır. (daha&helliip;)
Ardını oxu →

Hovuzlar

Memarlığın və yayın ləzzəti – Hovuzlar. Qızmar yay aylarının və istirahətin ayrılmaz memarlıq obyekti.. Su hövzələri, üzgüçülük hovuzları, süni şəlaləri memarlığı ən maraqlı mövzularından biri olan bağ evlərinin ayrılmaz hissəsi adlandırmaq olar. Çox da baha başa gəlməyən lakin məkana xüsusi gözəllik qatan hovuzlar memarlığa duz qatan maraqlı və müxtəlif həllərlə qədimlərdən bu günümüzə qədər bir çox sarayları, qəsrləri, villa və evləri bəzəyiblər.

Dallas, Joule Hotel

Ola bilsin siz də bu yay öz bağ eviniz üçün hovuz inşaasını planlaşdırırsınız. Planda yoxdursa məncə bu barədə fikirləşin, bundan sonra bağınız sizin üçün daha sevimli məkana çevriləcək. Bunun üçün sizə dünyada olan bəzi maraqlı hovuz layihələrini göstərəcəm. Çoxusu sadə amma olduqca gözəl işlənmişdir. Belə düşünürəm ki, onları binanın fasadına biraz uyğunlaşdırmaqla dəişilmiş halda öz bağınızda istifadə edə bilərsiniz.. Yeni nəsil hovuzlara təəssüf ki, Abşeron bağlarında az-az rast gəlirik. Ümid edirəm ki, bu yazıdan sonra bir çoxlarınız yayın ləzzətini dadmaq üçün az vəsait və əmək sərf olunan hovuz inşaasına başlayacaqsınız. (daha&helliip;)
Ardını oxu →

Eskiz 3-cü hissə (etnik memarlıq)

Memar tarixi yaxşı bilməlidir” – bu sözə memarlıq sahəsində olan insanlar yəqin ki, tez-tez rast gəlirlər. İstər tələbəlik vaxtı müəllimlərdən, istər memarlıq kitablarından, istərsə də ustad memarların tövsiyyələrindən bunu eşitmək olar. Memarlıq sənətində olan biri kimi deyilən sözlə tamamilə razıyam.

Tarix dedikdə nəinki memarlıq tarixini həmçinin ölkənin, xalqın tarixini də bilmək vacibdir. Yalnız o zaman dinə, dilə, irqə, xalqa, millətə, mentalitetə uyğun “memarlıq əsəri” yaratmaq olar. Təsadüfi deyil ki, bir çox memarlar xarici ölkələrdən sifariş qəbul etdikdə həmin ölkənin iqliminə, millətinə və dünya görüşünə bələd olmaq üçün layihənin veriləcəyi ölkəyə köçür, bəzi hallarda layihə tam başa çatana qədər orada yaşayırlar. Təbii ki, elə “memarlar” da var ki, məsələn, Barselona iqlimində oturub, Barselonalıların əhatəsində Bakı üçün layihə hazırlayır. Hal-hazırda belə layihələr ölkəmizdə tikilməkdərdir. Təbii ki, bu ölkəmiz üçün yolverliməz qüsurdur. (daha&helliip;)
Ardını oxu →

6-cı baxış

Yəqin ki, bir neçə həftə məqalə yazımadığıma fikir vermisiniz. Səbəb sayca 6-cı baxış imtahanının başlaması və başımın layihəmə qarışması idi. Müntəzəm yaza bilmədiyim üçün sizdən üzr istəyir və layihəmi, xırda ideyalarımı sizinlə bölüşmək istəyirəm. Layihə ilə tanışlıq ilk öncə layihənin yeri, sonra funksiyası və digər şeylərlə davam edir. Bu smestr layihə tapşırığımız “yaşayış” oldu. Qülləvari və azmərtəbəli bölməli (bloklu) binalardan hərəsindən ən az biri olmalı idi. Yaşayış binalarındansa, yerinə görə yaşayış kompleksi layihələndirməyi qərara aldım. Layihəmin yeri Xətai prospektidir.  Şərq bazarı ilə Təhsil nazirliyinin arasında söküləcəyi nəzərdə tutulan birmərtəbəli "naxalstroy"ların yerində. Layihənin ortofotolarında yeri və binaların yerləşdirilməsi ilə tanış ola bilərsiniz.

(daha&helliip;)

Ardını oxu →

Kumpirizm

Kumpirizm cərəyanı bir çox dünya memarlarının ələxsus da Azərbaycan müasir memarlığının siması olmuş “modern” cərəyanlardandır. Kumpirizm sözünün mənası məşhur türk yeməyi olan kumpirdən götürülmüşdür. Bu yemək hazır salatlar və başqa qida məhsullarının bir-birinə qatılmasından hazırlanır. Yəqin aydın oldu ki söhbət hansı memarlıqdan gedir – hər şeyi bir-birinə qatan bəzi memarların “sənət əsərləri”ndən:)

(daha&helliip;)

Ardını oxu →

“Bu, memarlıq deyil, kompyuter qrafikasıdır”

Son dövrlər dünya memarlarını narahat edən ən aktual məsələlərdən biri kompyuter qrafikası, ona olan ciddi təlabat və bunun memarlıq yaradıcılığına verdiyi mənfi təsirlərdir.

Bir çox insan fikirləşir ki, kompyuter proqramlarını bilməyən memarlığı yeni bitirmiş tələbə heç kimə lazım deyil. Təəssüf ki, Azərbaycanda demək olar ki, vəziyyət belədir. Amma düşünüb görürsən ki, tələbə kompyuter qrafikasını öyrəndikdən sonrakı yaradıcılığı ilə əvvəlki arasında yerlə-göy qədər fərq var. Çünki kompyuter yaradacılığı kütləşdirir, bu artıq danılmaz faktdır. (daha&helliip;)
Ardını oxu →

Zaha, nənəm, Məmməd və mən

ZAHA HADİD haqqında ilk dəfə 1987-ci ildə SSSR Memarlar ittifaqının orqanı olan “Memarlıq” qəzetində rast gəlmişdim.. Konseptual işlərini tələbə ikən öyrənməyə başladım, çox maraqlı idi və yeni söz idi. (daha&helliip;)
Ardını oxu →

Yeni layihə – Təcrübəli memarlarla tələbələr arasında körpü

Artıq bu gündən etibarən MEMARLIQ.com bloqunda yeni layihəyə start verilir. Layihənin məqsədi Azərbaycan memarları ilə tələbələr və ümumiyyətlə Azərbaycan vətəndaşı arasında körpü yaratmaqdır. Məşhur yerli memarlar bu gündən etibarən hər ay 1-2 məqalə ilə öz fikirlərini Azərbaycan dilində bizlərlə bölüşəcəklər. İlk addımı məşhur memar Nəriman İmaməliyevlə, onun məqalələri ilə başlayacağıq. Ümid edirəm ki, tələbə memarlar üçün bu körpü yararlı olacaq həmçinin digər oxucular üçün də maraqlı mənbə olacaqdır.
Ardını oxu →

Mikayıl Hüseynov

Bu həftə Azərbaycanın görkəmli memarı Mikayıl Hüseynovun doğum günü oldu. Bu münasibətlə Azərbaycanın fəxri sayılan, dahi memar M.Hüseynov haqqında tarixi faktları, layihələrini və s.-ni sizinlə bölüşəcəm.

Memar 1905-ci il, aprel ayının 19-u Bakı şəhərində dünyaya gəlmişdir. Ali təhsilini 1922-29 –cu illərdə Politexnik universitetində, Mühəndis Memar ixtisası üzrə bitirmişdir. Bundan sonra sərbəst yaradıcılığa başlayan memar öz yaradıcılığı ilə Bakını XX əsr üçün dünyanın digər paytaxtlarından da yüksək səviyyəyə çatdıra bilmişdir. Layihələrinə baxanda Bakının ən məşhur binalarının müəllifi olduğunun şahidi olacaqsınız. (daha&helliip;)
Ardını oxu →

Danny Forster Bakıda

Discovery Science kanalında yayımlanan dünya şöhrətli tikinti və memarlıq proqramı Build it Bigger verlişi Bakıdakı memarlıq obyektləri barədə veriliş hazırlayıb. Daha dəqiq dünyanın ilk alovşəkilli Azərbaycanın isə ilk göydələnləri sayılan binalardan və Heydər Əliyev Mədəniyyət Mərkəzindən bəhs edir. Proqram bu gün Bakı vaxtı ilə 07:00 -da nümayış olundu, internetdə video çarxları tapan kimi sizinlə isti-isti bölüşmək istədim :) Aparıcı dünya şöhrətli dizayner Danny Forster sayəsində binaların həm memarlığı həm də mühəndis həlləri ilə tanış olacaqsınız. Bu iki möhtəşəm, həm Azərbaycan həm də dünya üçün yenilik gətirən binaların ən müasir texnologiyalardan istifadəsi, istifadə olunan materialların xüsusiyyətləri və dəqiq sayları mühəndislər tərəfindən izah edilir. Verilişdə həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi vəziyyəti, yerləşdiyi coğrafi mövqeyi və digər informasiyalar dünya tamaşaçısına çatdırılır. (daha&helliip;)
Ardını oxu →