32 dərəcə

aha öncəki yazılarımdan biri, xatırlayırsınızsa 34 dərəcə haqda idi. Qısa məlumat üçün qeyd edim ki, 34 dərəcə ilə təbiətin ideal bölgüsü – Qızıl Bölgüsü olan 1,618 nisbətini almağı öyrənmişdik. Bu yazımda isə sözü gedən nisbəti daha sadə və modern üsulda tapmağı öyrənəcəyik. Bu 32o -dir.

34-dən fərqli olaraq 32 dərəcənin sadəliyində fərq ondan ibarətdir ki, iti bucağın tərəflərindən biri qızıl bölgü düzbucaqlısının tərəflərindən birinə bərabərdir. Beləcə paralel tərəfi və digər şaquli tərəfləri tapmaq nisbətən sadələşir. Gəlin bir yerdə aşağıdakı şəklə nəzər salaq və 32 dərəcənin köməyi ilə qızıl bölgü nisbətini tapaq: (daha&helliip;)
Ardını oxu →

Eskiz 4-cü hissə (klassik memarlıq)

emarlıq eskizdən başlayır. Bu fikirlə eskizlər silsiləsində olan əvvəlki postlardan artıq tanışıq. Buna görə “eskiz sənəti”ni dərindən bilmək, öyrənmək lazım olduğunu da yaxşı bilirik. Bu səbəbdən öz praktikamı sizinlə bölüşməyi özümə şərəf bilirəm :) Bu yazıda sizə klassik memarlığa dair eskizlərdən nümunələr və çəkmək üçün hansı mərhələlərin keçdiyindən bəhs edəcəm.

Klassika bildiyimiz kimi memarlıq üslubları içərisində ən ideal üslüb sayılır. Məhz buna görə klassik memarlıq eskizləri də digərlərindən seçilməlidir. Başqalarından fərqi, memarın istifadə etdiyi elementlərin savadlı həlli ilə yanaşı həm də əl qabiliyyətinin gözəl olmasındadır. Yalnız belə olduqda klassikaya yaraşan memarlıq eskizi əldə etmək olar. (daha&helliip;)
Ardını oxu →

AURA Lounge Club

dətən qış boyu nəzəri işlərlə məşğul olduqdan sonra memarlıq tələbəsinin tədris proqramına əsasən yay təcrübəsi və mümkün olarsa proqramdan kənar iş təcrübəsi ilə məşğul olması çox yararlıdır. Bu məqsədlə başa vurduğumuz yayda iş təcrübəsi ilə məşğul oldum və bunu sizinlə bölüşmək istərdim. Layihə “Aura” restoran klubun interyer dizaynının həlli idi. Bu cür sifarişləri icra edərkən keçilən mərhələləri və əldə olunan nəticəni, eyni zamada tövsiyyələrimi sizlərlə bölüşmək niyyətindəyəm.

Belə yararlı işə məni köməkçi dizayner kimi dostum və kolleqam memar Hüseyn Rəmzi dəvət etdi. Azərbaycn Dövlət Memarlıq və İnşaat Universitetinin məzunu olan Hüseyn sənətinə vurğun, dostcanlı insandır. Hüseynlə gələcək məqalələrdə də iş birliyimizin davam etdiyini görməyinizi ümid edirəm.

(daha&helliip;)
Ardını oxu →

Memarlıq gününüz mübarək

amını yeni mövsümdə salamalayıram. Nəhayət memarlıq adından 3-cü mövsüm üçün start verdik. Güman edirəm ki, yeni mövsümdə daha çox sizi maraqlandıran mövzulara toxunacağıq, yeni layihələr və işlərlə görüşünüzə gələcəyik. Mövsüm açılışının oktyabr ayına qədər gecikməsinin bir neçə səbəbi var. Əvvəla, ilk yazını tamamlamaqda olduğum layihə ilə start verməyi planlaşdırırdım, yeri gəlmişkən növbəti yazı onunla əlaqəli olacaq. İkinci səbəb isə bu günün beynəlxalq Memarlıq Günü olması ilə əlaqədardır :)

Hamını bu gün münasibəti ilə ürəkdən təbrik edirəm. Fərqi yoxdur memar olan və ya olmayanlar, bu gün hamımızın bayramıdır. Çünki hər kəs, memar olmayanlar belə günün 24 saatı memarlıqla təmasda olur, ona görə hamılıqla bu günü bayram səviyyəsində qeyd etməli hətta dünyanın ən qədim sənətinin  - memarlığın ümumbəşəri bayramı kimi qəbul etməliyik :) (daha&helliip;)
Ardını oxu →

1-ci kurs memarlara kolleqa məsləhəti

vvəla bu il memarlıq ixtisası üzrə qəbul olan abituriyentləri gec də olsa ürəkdən təbrik edirəm. Seçdiyiniz yol sizi gələcəyin görkəmli memarı edəcəyinə ümidvaram. Bu sənətə layiqincə yanaşsanız bəhrəsini tezliklə görəcəksiniz. İmtahan verib qəbul olmayan dostlarımıza isə demək istəyirəm ki, heç özüm də 1-ci il qəbul olmamışdım, həyat davam edir, çalışın gələn il mütləq qəbul olasınız.

Bu ixtisasa qəbul olmağın çətinliyi bir yana buranı oxuyub bitirmək də ayrı bir dərddir :) Çalışacam dostyana öz kiçik məsləhətlərimi verim. Artıq 4-cü kurs kimi müəyyən təcrübə əldə etmişəm və onu sizinlə bölüşməyi özümə borc bilirəm, çünki özüm də qəbul olanda yuxarı kursların dəyərli məsləhətlərinə qulaq asa-asa nəyəsə nail olmuşam. (daha&helliip;)
Ardını oxu →

Pimp “My Ride” müsabiqəsi və birincilik

[     Hi, I am architect desinger and I make car designs as well. This is one of my designs that I have uploaded to the page, Pimp My Ride. It won first ten out of over the 500 cars uploaded, and two hours ago shared by page out of 10. Thank you all, for your likes and comments. I’m so happy, this is insane =)      ] Bir neçə il öncə maşın dizaynları verdiyim vaxtlarda ən sevimli verilişim, Amerikanın ən məşhur TV şousu Pimp My Ride-ın rəsmi facebook səhifəsində öz dizaynımı yerləşdirmişdim. Bu ən sevdiyim maşın – Ford Mustang eleanor GT500 1960 modelinin tam yeni görünüşü idi. Yeni dizaynım facebook səhifəsindəki Avtomobil dizayn müsabiqəsində 500-dən artıq iştirakçı içərisində ən yaxşı maşınlar arasında ilk 10 –luqda yer aldı. Daha sonra isə səhifə özü onluqdan ən yaxşı maşın kimi bu maşını paylaşdı :) Bu haqda MTV –nin rəsmi bloqunda da qeyd olunur. Şəkli səhifədə share edəndən 1 saat sonra artıq 1000 –dən artıq like və şərhlər gəldi :) Məncə bu uğura Mustanqın üzərinə uğurlu rəqəmim 9-u yazmağım oldu. (daha&helliip;)
Ardını oxu →

Qara Qarayev abidəsi üçün layihə təklifi

eçən semestr Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında yeni proqram qəbul olundu. Proqrama əsasən memarlarla heykəltəraşlar bir iş üzərində işləməli idilər. Proqramın mahiyyəti tarixən memar-heykəltəraş iş birliyini bakalavr və ya magistr pilləsindən möhkəmlətmək idi. Tələbələr üçün bu prosesi erkən öyrənmək çox yararlıdır.

Akademiya adından cəmi bir nəfər memar tələbə, 3-cü kurs bakalavr və 2-ci kurs magistr heykəltəraşlara rəhbərlik etməli idi. Bu təklif mənə çox hörmətli xarq rəssamı, professor Tokay Məmmədovdan gəldi. Onunla işləmək, məsləhətlərini dinləmək, dahi memarlarla birgə çalışmış heykəltəraşla bir memar kimi ünsiyyətdə olmaq mənim üçün böyük şərəf idi. Tək başına 12 tələbə ilə çalışmağın çətinliyi qrup yoldaşım Nurlan Məmmədovu da bu layihəyə dəvət etməyimi zəruri etdi. Çalışğan tələbə olan Nurlanla birlikdə 10 balakavr və 2 magistr tələbəyə memarlıq qanunları, heykəlin şəhər mühitində düzgün yerləşdirilməsi və s. haqda məsləhət və tapşırıqlar verməli, ərazi müəyyənləşdirməli, ölçü işləri aparmalı və maket düzəltməli idik. (daha&helliip;)
Ardını oxu →

Memar Rəhim Seyfullayev

u günlərdə Azərbaycanın nadir istedada malik, ustad memarı Rəhim Seyfullayevin qonağı oldum. Memarla tanışlığım çoxdankı arzum idi. Çox səmimi insan olan Rəhim müəllim haqda, onun həyat və yaradıcılığından faktları sizinlə bölüşmək istərdim. Memarı tanımaq təkcə digər memarlar üçün yox həm də ölkə vətəndaşları üçün vacibdir. Müəllifi Rəna Əfəndizadənin "Memar - Rəhim Seyfullayev" kitabını oxuduqdan sonra memar haqda araşdırmalar edib sizinlə bölüşmək qərarına gəldim.

R. Seyfullayev 16 fevral 1944-cü ildə Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Politexnik universitetində memarlıq təhsili almışdır. 1970-ci illərdə Norilsk şəhərinə köçür və 10 il orada həyat yoldaşı (Nailə Seyfullayeva) ilə birgə memarlıq və interyer sahəsində fəaliyyət göstərir. SSRİ Memarlar ittifaqının və SSRİ Rəssamlar ittifaqının üzvü olur. 1982-ci ildə vətənə qayıdan memar Bakının baş rəssamı vəzifəsinə dəvət olunur. 1999-cü ildə R.Seyfullayev Şərq ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvu seçilir. 2002-ci ildə isə Azərbaycanın əməkdar memarı adına layiq görülür. (daha&helliip;)
Ardını oxu →

İnteryerdə təbii materiallar – I hissə (təbii qaya elementi)

Artıq son dövrlərdə insanlar təbiətə daha çox yaxınlaşmağa başlayıb. Bunun səbəbi kimi son zamanlar təbiətin korlanmısı və insanların şüuraltlarına qayıtmaları ilə əlaqələndirilir.

(İnsanlar daima təbiətin qoynunda yaşadıqlarına görə genetik kodlarımızda təbiətin hər zaman öz yeri var. Sonradan şəhər mühitinə köçmək qismən insanları təbiətdən uzaqlaşdırsa da, hamı istirahət üçün təbiətin qoyuna gedir, şəhərə məcbur qalmasalar orda da yaşayarlar. Son dövrlərdə isə təbiətin amansız təsirlərə məruz qalması insanların öz köklərinə, genetik kodlarına qayıtmalarına meyli gücləndirir. Məhz buna görə də müasir memar və dizaynerlər insanların yaşadıqları, ən çox istifadə etdikləri məkanlarda təbiətdən bir parça da olsa nəyisə yerləşdirməyi məqsədəuyğun bilirlər) (daha&helliip;)
Ardını oxu →

Binalara verilən tələblər (II hissə: eko-tələb)

Binalara verilən tələblər haqda əvvəlki yazılarımdan birində 3-lük barədə məlumat vermişdim. Vitruvi üçlüyü – uyğunluq, möhkəmlik, gözəllik (yunanca adları müvafiq olaraq – utilitas, firmitas, venustas) Bu üç tələb qədimlərdən bu günə qədər memarlığın əsas 3 tələbi olmuşdur. Lakin dünya inkşaf etdikcə yeni tələblər ortaya çıxdı. XX əsr dünyanın əvvəlki əsrlərlə müqayisədə ən çox inkşaf etdiyi əsrlərdən biri idi. Kapitalizmin yaranışı bəşəri sənətə - memarlığa təsirsiz ötüşmədi. Yeni tələb – İqtisadi tələb yarandı. Bunun səbəbi “pul”un insan həyatında tutduğu mühim yer idi. Bu gün də memarlıqda “4-cü tələb” vacib sayılır. (daha&helliip;)
Ardını oxu →