7-ci baxış

əmişə fikirləşirdim ki, incəsənət ixtisası üzrə təhsil alan tələbələr 4-cü kursda mütləq klassik əsər üzərində işləməli, kurs işini və ya diplom işini klassik ənənələrə dayanaraq icra etməlidir. Xoşbəxtlikdən bu mənə qismət oldu. ADRA  ilk dəfə olaraq bu il ənənədən kənara çıxaraq, 4-cü kursu tamamilə diploma ayırmadı, 1-ci semestri mikrorayon layihəsi və onun tərkibində ayrıca inzibati bir binanı layihələndirməyi tapşırıq kimi bizim qrupa verdi. Və bununla mikrorayondan əlavə inzibati binanı klassik layihələndirmək fürsəti ələ düşdü.

Təsadüfən bu ərəfələrdə iş yoldaşım və dostum Hüseyn Rəmzi ilə birgə şəhərin məşhur restoranlarından birinin ikinci binasını layihələndirmək təklifini aldıq. Bina klassik olmalı idi. Və fürsətdən istifadə edib bu layihəni həm real tikilməsi, həm də kurs işimdə istifadə etmək üçün işlədim. (daha&helliip;)
Ardını oxu →

Memar – Əlibəy Novruzi

zərbaycan memarları silsiləsinin növbəti qəhrəmanı çox hörmətli, yaradıcılığı və şəxsiyyətinə pərəstiş etdiyim Əlibəy Novruzidir. Belə böyük insanlar haqda yazmaq hər nə qədər şərəfli olsa da, bir o qədər də məsuliyyətlidir. Çalışacağam Əlibəy müəllim haqda, gördüyü işlər, yaratdığı əsərlər və s. haqda əlimdən gəldiyi qədər məlumat verim.

Əlibəy Novruzi 8 noyabr 1942-ci ildə Bakı şəhərində anadan olub. 1965-ci ildə Moskva memarlıq institutunu bitirib. Memarın əsas fəaliyyəti elə gənc yaşlarından, təhsilini bitirdiyi illərdən – 1967-69 –cu illərdən başlayır və bu yaş üçün qeyri-adi olan yeniliklərə imza ataraq ölkədə və ölkə hüdudlarından kənarda ad-san qazanır. (daha&helliip;)
Ardını oxu →

Eskiz 6-ci hissə (fasad)

skizlər silsiləsindən növbəti məqaləni ancaq fasada həsr edirəm. Bu məqalədə yalnız fasadla əldə olunan imkanlar haqda söz açmağa çalışacağam. Yeri gəlmişkən son vaxtlar adəti üzrə bazar günləri məqalələri yazıb yayımlaya bilmədiyim üçün oxucularımdan üzr istəyirəm. Mövcud layihələrlə əlaqədar bir az gecikmələri yəqin ki, mənə bağışlayarsınız :)

Keçək əsas mövzumuza. Yalnız fasad çəkməklə nələr əldə etmək olar ona baxaq. Birinci növbətə sizdə memarlıq hissiyatı güclənəcək. Daha sonra gözünüz yaxşı görmə qabiliyyəti əldə edəcək. Söhbət uzağı və ya yaxını görməkdən getmir. Söhbət fasaddakı mütənasiblikləri, tarazlıqları görməkdən gedir. (daha&helliip;)
Ardını oxu →

İnteryerdə təbii materiallar – II hissə (təbii taxta elementi)

izlərə bu həftə 2011 Baku Build inşaat sərgisində gördüyüm ekskluziv mebellərdən söz açacağam. Ümumiyyətlə isə "interyerdə təbii materiallar" başlığı altında yazdığım məqalələrdə əsasən təbii materialların önəmini vurğulamaq istərdim (1-ci hissə - "İnteryerdə təbii qaya elementi"). Hamıya artıq aydındır ki, süni və keyfiyyətsiz materiallar son dövrlər dizayn sektorunda kifayət qədər özünə yer tutub. Bunların isə insana mənfi təsirləri hamıya aydındır. Bu səbəbdən təbii materialla üstünlük verən şirkətləri hər zaman dəstəkləyir və onların təklif etdikləri məhsulları sizinlə bölüşəcəyəm.

Haqqında bəhs edəcəyim məhsulu Tutto Bello şirkəti təklif edir. Şirkət bir çox mebel və məhsullar təklif etsə də sərgidə vurğulanan məhsul təbii taxtadan hazırlanmış ev əşyalarından ibarət idi. Təbii ki, bu cür orijinal mebellər diqqətimi çəkməyə bilməzdi. Çünki yeni mebellər ecazkarlıq, saflıq, rahatlıq baxımından bütün tələblərə cavab verir və interyerə köhnə, gözü yoran mebellərdən tam fərqli bir baxış bucağı təqdim edir. (daha&helliip;)
Ardını oxu →

Memarlıq və Dizayn üzrə diplom layihələrinin I Respublika müsabiqəsi

yirmi səkkiz noyabr 2011 -ci il tarixində Azərbaycanda ilk dəfə olaraq “Memarlıq və Dizayn üzrə diplom layihələrinin I Respublika müsabiqəsi” keçirildi. Müsabiqənin təşəbbüskarı Azərbaycan Respublikası Memarlar İttifaqıdır. Əvvəla qeyd etmək istərdim ki, bu cür təşəbbüsə görə ittifaqa böyük təşəkkür düşür. Hər il ənənə halını alacaq sərgi artıq diplomçular arasında proqressiv rəqabət və inkşaf üçün zəmin yaradacaqdır.

Sərgidə memarlıq və dizayn ixtisası tədris olunan, respublikanın dörd ali məktəbi iştirak edirdi.

(daha&helliip;)

Ardını oxu →

Eskiz 5-ci hissə (klauzura)

u gün sizə memarlıqdan fərdi inkşaf üçün lazım olan, belə desək, “memarlıq məşqi” ndən söz açacağam. Hər bir sənət sahəsində olduğu kimi memarlıqda da mütləqdir ki, öz üzərində çalışasan, məşqlər edəsən, daim axtarışda olasan. Yalnız bu yolla nəyəsə nail olmaq mümkündür, ələlxüsus da memarlıqda. Təəssüf ki, müasir təhsil siztemimizdə bu cür məşqlərə demək olar ki, fikir verən yoxdur. Tələbələrə tələbkar olmayan müəllimlərlə yanaşı, müəllimlərə tələbkar olmayan tələbələrin olması hamıya aydındır ki, hal-hazırki təhsilimizin ən başlıca prolemidir. Buna görə də çalışacağam ki, bir çox tələbə və memarların nəzərindən qaçmış, hətta artıq unudulmaq üzrə olan, amma olduqca maraqlı memarlıq çalışmasından söz açım. Buna Klauzura deyilir.

Klauzura latın sözündən gəlir. Latıncadan “klauzula” kimi deyilən söz bizə “klauzura” formasında ruslardan keçib. Hərfi tərcüməsi bir növ “göstərmək” deməkdir. Yəni beyindəki ideyanı açıb göstərmək. Tərifinə isə qeyri-rəsmi olaraq demək olar ki: “Qısa vaxt ərzində həll edilən layihə”. Elə bir layihə ki, 1- 2 saata kağız üzərində həm binanın fasadları, həm perspektiv görünüşləri, planları və baş planı – bir sözlə - eskiz layihə üçün lazım olan hər bir xırdalıqların çəkilməsi.

(daha&helliip;)

Ardını oxu →

Müasir döşəmə örtüyü

aku Build inşaat sərgisində diqqətimi çəkən növbəti məhsul East-West şirkətlər qrupunun təqdim etdiyi yeni nəsil döşəmə örtüyü oldu. Bu, döşəmədə şüşə üzərində çapın işıqlandırılmış variantıdır. İlk dəfə Azərbaycanda bu cür məhsulu gördüyüm üçün yazmaq qərarına gəldim, ümid edirəm xoşunuza gələcək.

Gəlin məhsulun sıfırdan istifadəyə qədər olan mərhələlərinə diqqət yetirək, beləcə məhsul haqda ümumi təsəvvür formalaşmış olacaqdır. Məhsulun quraşdırılma mərhələləri: (daha&helliip;)
Ardını oxu →

Fibrobeton

eçən il olduğu kimi bu il də inşaat sərgisində iştirak etdim və ən çox diqqətimi çəkən materialları sizinlə bölüşmək niyyətindəyəm. Qeyd edim ki, bu ilki 17-ci Azərbaycan Beynəlxalq inşaat sərgisi- Baku Build, 19-22 oktyabr tarixində baş tutdu və istər həcminə istərsə də peşəkar təşkilatçılığına görə olduqca müsbət təsir bağışladı. Təşkilatçılara fürsətdən istifadə edib minnətdarlığımı bildirirəm.

Materiallardan ilk olaraq isə Azərbaycanda yeni olan Fibrobeton haqda söhbət açmaq istərdim. Qeyd edim ki, məhsulu sərgidə “SilkWay Holding”in SWC (Silkway construction & industry) şirkəti nümayiş etdirirdi (şirkət haqda ətraflı məlumadı www.swfibrobeton.az saytından əldə edə bilərsiniz). (daha&helliip;)
Ardını oxu →

Yeni nəsil qapılar (2-ci hissə)

atırlayırsınızsa bir müddət əvvəl “Yeni nəsil qapılar” haqda məqalə yazmışdım. Bu yazımı da sözü gedən mövzuya həsr edirəm. Diqqətimi interyeri (eyni zamanda eksteryeri) bəzəyən qapı elementinə istiqamətləndirməyimin səbəbi, memarlıq elementi kimi qapılara sənətkarlar, memar və dizaynerlər tərəfindən hər dövrdə xüsusi diqqət, maraq olmasından irəli gəlir. Söz açılmışkən qeyd etmək istərdim ki, gələcək yazılarımdan biri “İçəri şəhərdə qapılar” olacaq. Bu məqalə ilə həqiqətən Azərbaycan incəsənətinin gözəlliyinin bir daha şahidi olacağıq. Gələcək mövzu qalsın sonraya sizə deyim yeni nəsil qapılardan və onların interyerə gətirdiyi üstünlüklərdən :) (daha&helliip;)
Ardını oxu →

32 dərəcə

aha öncəki yazılarımdan biri, xatırlayırsınızsa 34 dərəcə haqda idi. Qısa məlumat üçün qeyd edim ki, 34 dərəcə ilə təbiətin ideal bölgüsü – Qızıl Bölgüsü olan 1,618 nisbətini almağı öyrənmişdik. Bu yazımda isə sözü gedən nisbəti daha sadə və modern üsulda tapmağı öyrənəcəyik. Bu 32o -dir.

34-dən fərqli olaraq 32 dərəcənin sadəliyində fərq ondan ibarətdir ki, iti bucağın tərəflərindən biri qızıl bölgü düzbucaqlısının tərəflərindən birinə bərabərdir. Beləcə paralel tərəfi və digər şaquli tərəfləri tapmaq nisbətən sadələşir. Gəlin bir yerdə aşağıdakı şəklə nəzər salaq və 32 dərəcənin köməyi ilə qızıl bölgü nisbətini tapaq: (daha&helliip;)
Ardını oxu →