Kölgə oyunu

undan bir neçə məqalə əvvəl Memarlığı Bəstələmək haqda yazıb, memarlığa bir az fərqli baxışa nəzər saldıq. Bu səfərki məqaləmin də mövzusu bu sislilədən olub, memarlıq duyğusunu artıran vasitələrdən biri haqda olacaq. Söhbət memarlıqda işıq-kölgə oyunundan gedir. Məşhur memar Corbusierin bir sözü yadıma düşdü – “Memarlıq müxtəlif həcmlərin işıq altında müxtəlif oyunlarıdır”. Ümumiyyətlə işıq bizim yaşadığımız həyatın ayrılmaz bir hissəsidir. İnsan yaşamı ilə yanaşı, işıq və kölgə, həm də incəsənətdə olduqca mühim rol oynayır.

Əlaxsus da Memarlıqda işıq və kölgə vasitəsilə kompozisiyaya tamamilə yeni görünüş verə bilərsiniz. Düzgün qurulmamış işıq-kökgə “oyunu” ilə layihələndirdiyiniz bina istənilən effekti verməyəcəkdir. Əksinə, o qədər də cazibədar olmayan layihəni isə işığın gücü ilə olduqca cazibədar etmək mümkündür. (daha&helliip;)
Ardını oxu →

Qırmızı Körpü

tən həftə (27 iyul, 2012-ci il) Bakı Müasir İncəsənət Muzeyində növbəti memarlıq kitabı olan Qırmızı Körpü – Müasir Cənubi Qafqaz Memarları kitabının təmtəraqlı təqdimat mərasimi keçirildi.

Kitabın ərsəyə gəlməsində əsas təşəbbüsü, bununla artıq bir neçə kitabın müəllifi olmuş, memar Elçin Əliyev göstərmişdir. Kitabın iki müəllifi vardır- Elçin Əliyev və memarlıq sənətini dərindən araşdıran və yüzlərlə məqalə və kitab müəllifi olan Nino Laghidze. Kitab Azərbaycan və Gürcüstanın müasir memarları və onların layihələrinin cəmini təşkil edən kataloq şəklindədir və 3 cilddən ibarətdir. İki cild memarların işlərini əks etdirir, üçüncü cild isə barəsində danışılan memarların əlaqə vasitələrindən ibarətdir. (daha&helliip;)
Ardını oxu →

“Memarlığı Bəstələmək”

ayihələndirərkən milyon cür fikir beyinin süzgəcindən keçməlidir. Məsələn, layihə harda yerləşəcək, ona baxış bucaqları hardan və necə olacaq, layihəni kim istifadə edəcək, kimlər bu binadan pul qazanacaq, kimlər xərcləyəcək, kimlər gündəlik tələbatını və ya estetik tələblərini məhz bu məkanda ödəyəcək və s.

Bunları qruplaşdırmaq üçün kiçik plan tutmaq lazımdır. Təbiətin bizə verdiyi 5 hissin üstünlüklərindən istifadə etməklə, belə demək mümkünsə memarlıqda “min oyundan çıxmaq olar”. Rəng, forma, faktura, material çalarları, təbiətdən bir parça və əlbəttə bütün bunların mərkəzində dayanan insan. Hansı ki, o insan memarlığı tamamlayan ən vacib ünsürdür. (daha&helliip;)
Ardını oxu →

Fotorqraflar Evi

on bir neçə aydır ki, məqalə yayımlamıram. İlk növbədə belə gecikdiyim üçün daimi oxucularımdan üzr istəyirəm. Bunun səbəbi aylardır diplom layihəm üzərində işlərim və üstə gəl digər işlər. Yazmağa təlabat hədsiz çox olsa da vaxt edə bilmirdim. Amma indi nəhayət ki, diplom layihəmi bitirdim və hətta yüksək qiymətlə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu oldum.

Bu qədər aradan sonra sizlərlə diplom layihəmin müdafiəsini bölüşmək istərdim. Müdafiə üçün yazdığım referatı olduğu kimi aşağıdan başlayaraq oxuya bilərsiniz. (daha&helliip;)
Ardını oxu →

Memarlıqda insan amili və uşaqlar üçün müasir guşə

emarlıq - içərisində insan yaşayan maşındır (bu sözlər modern memarlığın atası sayılan Korbuzyeyə məxsusdur). Bu səbəbdən onu elə layihələndirmək lazımdır ki, insan orada ideal həyat tərzinə qovuşa bilsin.

Memarlıq layihəsi verərkən “insan amili” nəzərə alınmalı və onun üçün xüsusi guşələr yaradılmalıdır. Məsələn, kitab oxumağı sevən sakin üçün, səssiz, isti, işıqlı məkan dizayn etmək lazımdır, pionist üçün onu vəcdə gətirə biləcək ilahi cizgilər, rəssam üçün azad şəkildə çəkmək, boyaları yerə dağıda bilmək, yaşayıb yaratmaq üçün emalatxana və s. layihələndirmək lazımdır ki, həmin insanlar orada özlərini dünyanın ən xoşbəxt insanı hiss etsin. (daha&helliip;)
Ardını oxu →

Dekorativ Radiatorlar

nteryer dizaynının əsas tələbləri kimi dekorativ işlər gözə görünsə də, əsas məsələ orada yaşayan, məkanı istifadə edən insanların həyat şəraitinin maksimal rahatlığıdır. Yəni, interyer gündüz işığını kifayət qədər qəbul etməli, gecə süni işıq azlığı yaşamamalı, qışda isti, yayda sərin və s. üstünlüklərə malik olmalıdır. Əslində bu üstünlükdən daha çox memarın qarşısına qoyulan öhdəlikdir.

Müasir dövrümüzdə bu problemləri düzgün həll etməklə yanaşı dizaynı da kamil layihələndirməliyik. Deməli hər iki vacib ünsür bir-birinə zidd yox, bir-birinə kömək edən olmalıdır. (daha&helliip;)
Ardını oxu →

Ustadla görüş

n doqquz aprel Azərbaycan memarlığının daşıyıcı sütunlarından biri sayılan memarımız – mərhum Mikayıl Hüseynovun doğum günü oldu. Ustad haqda əvvəlki mövzularda müəyyən məsələləri müzakirə etmişdik. Memarın həyatı və layihələri haqda, Neft Tenikləri sarayının təhlili və məşhur bağ evinin söküləcəyi təhlükəsi, eyni zamanda həmin evin böyük məktəb olmasına sübut olacaq evin təhlili barədə mövzulara toxunmuşduq.

Bu həftə memarın doğum günü ilə əlaqədar bağ evinin nə vəziyyətdə olmasını araşdırmaq üçün gənc memar dostlarımla həmin bağ evinin yerləşdiyi Bakının Buzovna kəndinə yollandıq. Ancaq getməyimizə peşman olduq. Ürək ağrısı ilə qeyd edirəm ki, Mikayıl Hüseynovun bağ evi tamamilə sökülüb və yerində biyabrçı bir ev tikilib. Heç bir estetik gözəlliyi olmayan eybəcər, o cür şedevrin yerinə keçib. (daha&helliip;)
Ardını oxu →

Memarlıqda səs

u həftə memarlığın görünməyən, amma məkanın yeri gəldikdə 70 faizini təşkil edən səsdən və professional səs sistemindən söhbət açacağam. Onların yaxşı və ya pis olmasını səciyyələndirən xüsusiyyətlərdən, dünyanın ən yaxşı səs sitemi ilə məşğul olan markasından və Azərbaycanda onları haradan əldə etmək olar, o haqda yazacağam.

Hər şeydən əvvəl diqqətinizə çatdırmaq istərdim ki, keyfiyyətli səs, 5 hissimizdən birinin yaxşı işləməsinə səbəb olur - eşitmə hissimizin. Və çox vaxt keyfiyyətsiz səs sistemlərinin içində olduqda orqanizm də düzgün qidalana bilmir. (daha&helliip;)
Ardını oxu →

Çilçıraq

dından da göründüyü kimi bu həftəki məqaləmi işıq aləminə həsr edirəm. Hansı ki, interyerin və memarlığın dadı-duzu sayılan işıqlara. Və dünyanın qabaqcıl çilçıraq dizaynları, dizaynerləri kimlərdir, ölkəmizdə ən yaxşı işıqları haradan tapmaq olar, onlar haqda söhbət açacağam.

İşıq bildiyimiz kimi həcm sənətinin ürəyidir. Əgər işıq olmasa nəinki həcm hətta rənglər, materiallar və s. də seçilməz, bunu bilirsiniz. Diqqətinizi çəkmək istədiyim məqam isə ondan ibarətdir ki, işıq dizaynın tarixi, onun incəsənətdə tutduğu yeri təsəvvür etməyəcəyimiz qədər genişdir. (daha&helliip;)
Ardını oxu →

Təcrübəli memarlarla gənc memarların görüşü

zun müddətdən sonra yenidən bloq post yazmağıma çox şadam. Üstəlik bu yazım memarliq.com –un 3 yaşında ilk məqalədir və bu olduqca gözəl günə həsr olunmuş məqalə olacaq. Ümid edirəm uzun müddət yazmamağımı mənə bağışlayarsınız. Diplom işi, xarici memarlarla iş birliyi və s. kimi önəmli işlərin çoxluğu yazı-pozu işlərinə vaxt saxlamır, bundan sonra belə uzunmüddətli ayrılığın olmamasına çalışacağam :)

Keçək əsas mövzumuza – Təcrübəli memarlarla gənc memarların görüşünə. Çoxdandır gənc dostlarımı, artıq bu sənətdə böyük işlər görmüş nisbətən yaşlı nəslin nümayəndələri olan təcrübəli memarlarla tanış etmək istəyirdim. Bu təşəbbüsə ağsaqqal memarımız Əlibəy Novruzi də təkan verdi. (daha&helliip;)
Ardını oxu →