Unudulmuş yerlər

övzunun adı müsabiqənin adından götürülüb, Böyük Britaniyada hər il keçirilən "Forgotten Places" müsabiqəsindən. Bu gün sözügedən müsabiqəyə dostum Sara ilə bir neçə ay öncə hazırladığımız layihədən söhbət açacağam. İdeyalar, qarşımıza çıxan problemlər və həlli yollarını bölüşəcəyəm.

Belə ki, müsabiqənin əsas mövzusu şəhər mühitini canlandırmaq üçün unudulmuş yerlərdə yeni ictimai mərkəzlərin qurulması və şəhər mühitini insanlar üçün cəlbedici etməkdən ibarətdir. İngiltərənin Wolverhampton şəhərində keçirilən müsabiqəyə, orada yaşayan Sara öz professorları ilə birgə, layihələndirmək üçün köhnə, istifadəsiz qalmış qarajı seçdi və bununla da layihəyə start verdik. (daha&helliip;)
Ardını oxu →

Žužemberk Pavilion

atırlayırsınızsa bir müddət əvvəl easa 2013-də iştirakım və orada gördüyümüz işlər haqda məqalə yazmışdım. Və həmin məqalədə layihənin tikinti prosesinin tam başa çatmış versiyasından fotoları sizinlə bölüşəcəyimə dair söz vermişdim. Budur - Žužemberkdə Pavilion tikintisi tam başa çatdı, xeyirli olsun :)

(daha&helliip;)
Ardını oxu →

Kitab

rtıq Milanda magistr təhsili almağa başladım. Bu gün 1 həftəni başa vurdum. Düşünürəm ki, burada gördüklərimi öyrəndilərimi sizlərlə bölüşmək borcumdur. Belə ki, hər həftə sonu çalışacağam dərslərdə baş verənlər haqda və ya yeni mühitdə ümumi gördüklərim haqda nəsə yazım.

Sizə danışım dərsdən.. İlk dərs, tələbələri qruplara bölmək oldu. Məqsəd, daha professional müxətəsislər yetişdirməkdir. Çünki Memarlıq komanda işidir və məcbursan ki, komanda ruhunu özündə inkşaf etdirəsən. Bu hissi avropalıların universitet illərindən etibarən Memarların canına hopdurmağa çalışmaları diqqətimi çəkdi. Çünki Memarlıq sırf komanda işidir. Tək Memar olmaq sadəcə mümkün deyil. Bir çox insan ilk vaxtlar tək işləməyə üstünlük verir. Bu isə böyük səhvdir. Komanda işi Memarlıqda daha vacibdir.

(daha&helliip;)
Ardını oxu →

100

100… Qulağa xoş səslənir, elə deyilmi? Bir əsrdə 100 ilin olması, bütün valyutalarda əsas böyük rəqəmin 100 rəqəmi ilə ifadə olunması, maksimum faiz nisbətinin 100 olması və s. Bəs görəsən bloq postların sayının 100-cüsünə çatmaq nəyi bildirir? Yaşın ötməsi, müdrikləşmək və ya sadəcə vaxt itkisi? Yox... Məncə bu izaholunmaz bir həzzdir. Özündən hissəcikləri kəlimələrə çevirib insanlarla bölüşmək... Bəli, bununla da 100-cü məqaləmi sizinlə bölüşürəm :)

2010-cu ildə ilk məqaləmi yazanda təsəvvür etməzdim ki, bu məqalələrin ardı gələcək və məhz bu məqalələr məni tamam başqa insan edəcək. Kənardan sadə görsənə bilər, amma daxilə enəndə hər məqalə üçün fikirlərin düşünülüb tapılması, onların cilalanıb yazılması, fotoların hazılranması, araşdırmalar, cızma-qaralar və s. kimi əmək tələb edən işlər insanı çox dəyişərmiş. (daha&helliip;)
Ardını oxu →

Behance Portfolio Təqdimat Gecəsi

tən həftələrin birində, Behance saytının Azərbaycan üzrə istifadəçilərinin görüşü və onlardan bəzilərinin çıxış mərasimi baş tutdu. Behance saytı, incəsənətin bütün sahələrinə aid insanları ətrafına toplayan sosial şəbəkədir. Orada fotoqraflar, Memarlar, dizaynerlər, rəssam, illüstratorlar və s. incəsənət adamları öz işlərini paylaşır və müzakirələr aparırlar.

Bununla da ölkəmizdə ikincisi baş tutmuş tədbirin bu səfərki təşkilatçıları Elvin Əliyevİlkin Qurbanovlar oldu. Görüş üçün seçilmiş xudmani məkan, diqqətli izləyicilər və maraqlı çıxışlar – hər şey olduqca gözəl şəkildə təşkil olunmuşdu. (daha&helliip;)
Ardını oxu →

Gün Keçdi

eynəlxalq Memarlar gününü bu ilki təqvimə əsasən 7 oktyabrda qeyd etdik. Bu münasibətlə bütün Memar kolleqalarımı və eyni zamanda digər sənət sahiblərini də ürəkdən təbrik edirəm. Çünki bu təkcə Memarların yox, Memarlığın simasında insanlığın, mədəniyyətin və svilizasiyanın bayramıdır.

Belə gözəl günü səmərəli keçirmək üçün bir qrup Memar dostla bir dam altına yığışıb Azərbaycan kino tarixinin ən dəyərli əsərlərindən biri olan Güç Keçdi filminə tamaşa etdik. Həqiqətən də olduqca aktual mövzulara toxunan filmə gənc Memarlara birgə baxmaq xoş təəssüratlar yaratdı. Filmdə yer alan Bakı Memarlığının problemlərindən, Köhnə Bakıdan və onun yaşamından kadrlar insanda xüsusi hisslər doğurur. (daha&helliip;)
Ardını oxu →

easa 013

u yay gənc Memarların növbəti yığıncağı easa 013 –də iştirak etdim. Easa-nın mənası, European Architecture Students Assembly, yəni Avropa Memarlıq Tələbələrinin Cəmiyyəti deməkdir. 1981-ci ildən bu günə qədər hər il fərqli-fərqli Avropa şəhərlərində keçirilən bu yay məktəbinin məqsədi, tələbə Memarları bir araya yığmaq, onları təcrübə işlərinə cəlb etmək, fərqli mədəniyyətlərə sahib insanlar arasında ünsiyyətin təşkilini qurmaq və yeni ideyaların icrası üçün imkanlar yaratmaqdan ibarətdir.

Bu il Sloveniyanın Zuzemberk şəhərində keçirilən easa -ya ilk dəfə qoşuldum. Bu yazımla isə sizə iştirak etdiyim workshop haqda söhbət açmaq istəyirəm. Çünki burada öyrəndiyim təcrübə Memarlığa baxışımı dəyişdi və bunu sizlərlə bölüşmək istərdim. (daha&helliip;)
Ardını oxu →

Qaraj loft

ünyan modernist Memarlığının daşıyıcı sütunlarından sayılan Le Corbusier Memar tələbələrə məsləhətində deyir: ilk layihələrinizi vaqon, kapsul evlər kimi mövzularda layihələndirin. İnsan yaşayışı üçün lazım olan ən minimal yaşam tərzini hər şeydən əvvəl öyrənin. Bu sözlərdən ilhamlanaraq növbəti layihəmi kiçik bir ailənin ən minimal yaşam tərzinin qurulması mövzusuna həsr etdim və müasir Azərbaycan ailəsinin alternativ yaşam yollarının nə dərəcədə mümkünlüyünü araşdırdım.

Bunun üçün Azərbaycanda çox geniş yayılmış maşın qarajına 2 və ya 3 nəfərdən ibarət olan kiçik ailəni yerləşdirmək qərarına gəldim və belə bir layihə ərsəyə gəldi. (daha&helliip;)
Ardını oxu →

Memar Dəzgahı

malatxana, studiya şəraitində işləməyə məcbur olan Memarlar çox vaxt bu şəraitə ofis xaricində, əsasən yaşayış evlərində qovuşa bilmirlər. Məlum məsələdir ki, bir çox Azərbaycan ailələrində xüsusi iş otaqları yoxdur. Bunun səbəbi isə yaşadığımız evlərin Sovet hökümətinin "hədiyyəsi” olmasına görə evlərin minimumlarla layihələndirilməsidir (ümumiyyətlə götürdükdə, iş otağı anlayışı millətimizin həyat tərzinə son zamanlar daxil olmağa başlayır). Bu məqaləmlə sizə, Memarın ehtiyacı olan guşəni yalnız bir masada cəmləşdirməyin nə dərəcədə mümkünlüyü barədə söhbət açacağam və son loft üslubunda dizayn etdiyim “Memar dəzgahı” layihəmi sizinlə bölüşəcəyəm.

Haqqında söz açdığım problemlə özüm də rastlaşdığım üçün Memarlara özəl masa dizaynı fikirləşdim. Elə bir masa ki, orada Memarın iş prosesindəki arzuları reallaşsın və hər şey əlinin altında tam rahat şəraitdə olsun. Memarlıq, işləyərkən fikri cəmləşdirməyi sevir. Bu səbəbdən yaradıcı proses zamanı Memara lazım olan vasitələr – kağız, karandaş, flomaster, xəttkeş və s. Memarın əlinin altında olmalıdır ki, onu axtarmağa sərf edilən vaxtda yaradıcılıq enerjisinin axını dayanmasın, fikir dağılmasın. (daha&helliip;)
Ardını oxu →

Eskiz 8-ci hissə (Urbanizm)

rban sözünün mənası şəhər deməkdir, Memarlıqda Urbanizm elmi isə şəhər mühitinin formalaşdırılması, şəhərdə yenidənqurmanın təşkili və s. kimi qəbul oluna bilər. Şəhərsalma, Memarlığın xüsusi elm sahəsidir və şəhərsalma Memarları, həcm Memarlarından fərqlənir. Buna baxmayaraq hər iki sahənin Memarları arasında sıx əlaqə olur və bu iki sahə biri-birindən ayrılmaz şəkildə işləyir.

Bu məqaləmlə sizə bəzi urbanistik obyektlər və onlara olan təlabatımız haqda söhbət açacağam. Belə ki, XXI əsr ötən əsrdən başalyaraq tam fərqli şəkildə inkşafı, qədimlərdən bu günə qədərki kəmiyyət fərqliliyi artıq dövlət və incəsənət adamlarının diqqətini özünə çəkməyə başladı. Bu o deməkdir ki, nüfuz artır, şəhərlərə kütləvi köçlər başlayır və əhali sıx şəraitdə yaşamağa məhkum olur. (daha&helliip;)
Ardını oxu →