Sütunlar

Bu mövzuya toxunmağımın məqsədi sütunların yerində - düzgün işlədilməsinin vacibliyini vurğulamaqdır. 4 əsas sütun tipi var - Dorik, Toskan, İonik, Korinf Bunlar qədim Misir sütunlarından istifadə edilərək yaradılmış antik Yunan sütunlarının adlarıdır. (daha&helliip;)
Ardını oxu →

Bakı və brutalizm

Mövzunun adındakı iki söz təəssüf ki bir birinə uyğun gəlmir. Çünki brutalizm ümumiyyətlə Azərbaycana gəlib çıxmayıb. Bunu dövrünün memarlarının səhvi də adlandırmaq olar, bu cür üslubda “əsərlər” yaratmayıblar. Amma bu üsluba çox yaxın olan tikililərə rast gəldim ancaq onlar brutalizm dövründən qalan tikililər yox əsasən 80-ci illərin sovet tikililəri olduğundan onları tam brutal üslubun nümunəsi adlandərmaq düzgün olmaz. (daha&helliip;)
Ardını oxu →

Butik otellər

Bu yazımı yazmağa məni eşitdiyim çox da ədalətli olmayan sözlər vadar etdi. Çoxları Bakıda yerləşən butik otellər haqda o qədər də yaxşı fikirdə deyil. Onlara sırf kommersiya məqsədli obyekt kimi yanaşırlar. Əslində isə “Boutique” adlanan belə otellər bütün dünyada (əsasən şəhərlərin tarixi məkanlarında) mövcuddur. Bakıda da İçəri Şəhər və ətraf yerlərdə bu cür otellərə rast gəlmək olar. Dünyada buna design hotels , luxury small hotels və ya lifestyle hotels də deyirlər. Digər adi otellərdən fərqi isə kiçik olmasına baxmayaraq 5 ulduzlu otel səviyyəsində olmasıdır. Butik otellər ən az 10 nömrəli, yüksək keyfiyyət və xidmət verən otellərdir. Nümunə üçün bəzi Bakı Butik otelləri: Museum Inn Boutique Hotel Baku, (daha&helliip;)
Ardını oxu →

Brutalizm

20-ci əsr memarlıq üslublarından ən kobud və ən xoşuma gələn üslub- Brutalizm. Sözün mənası ingilis dilindən tərcümədə “kobud” deməkdir. 1950-ci illərin ortalarında yaranıb. Bu üslubda kobud ağır formalar ön plana çəkilir. Aşkar konstruksiyalar və ya mühəndis qurğularına rast gəlinir. Dekor isə digər əksər 20-ci əsr üslubları kimi bu üslubda da imtina edilmişdi. Səbəb isə konstruksiya və materialların təbii formasını itirməsi idi. Forma olaraq düzbucaqlı daha çox istifadə edilirdi. Bu üslub Qərbi avropada, ABŞ-da, və Yaponiyada daha çox istifadə edilirdi. Bakıda da bu üslubda tikililərə rast gəlinir (Bakıdakı nümunələrə aid xüsusi məqalədə ətraflı məlumat verməyi planlaşdırıram). (daha&helliip;)
Ardını oxu →

Neft Texnikləri Sarayının Təhlili (Mikayıl Hüseynov)

Növbəti memarlıq incisi - M.Hüseynovun layihələndirdiyi Neft Texniklərinin Sarayını təhlil etdim və düşündüm ki, bunu sizinlə mütləq bölüşməliyəm. Binanın fasadında maraqlı mütənasibliklər var, musiqi ritmləri və ilahi bölgülər. Təəssüf ki, binanın indi mövcud olub olmamasın öyrənə bilmədim amma istənilən halda layihə çox gözəldir. (daha&helliip;)
Ardını oxu →

Excelsior Hotel Baku (otellər silsiləsindən)

Azərbaycanda mövcud olan ən yaxşı otellərdən biri - Excelsior Hotel Baku-ya getdim. Otel memarlıq, interier və xidmət baxımından dünya standartlarına cavab verir. 5 ulduzlu digər Bakı otellərinə nisbətən bura öz ulduz dərəcələrini doğruldur. Əsas otaqlardan işçi otaqlara qədər hər məkan memarlıq standartlarına uyğun hazırlanıb. Memarı və idarə heyyəti türklərdir, yəqin ona görə də əsas diqqəti yüksək keyfiyyətə yönəldiblər. (daha&helliip;)
Ardını oxu →

“Dövrünü qabaqlamış ev”in təhlili

Memar M. Hüseynovun bağ evini təhlil etmək və sizinlə bölüşməyi çoxdan istəyirdim. Ön fasadın ortoqonal layihəsin tapa bilmədim. Təhlillərim perspektiv təsvirdən olsa da güman edirəm ki, təxmini ölçüləri tapa bilmişəm. Planları da həmçinin təxmini, yaddaşımdan istifadə edərək çəkdim. Ev bir nəfərin yaşaması üçün nəzərdə tutulub. Ancaq evdə rahatlıq və estetiklik yüksək səviyyədə həll edilib. (daha&helliip;)
Ardını oxu →

Saraydan qalmış xarabalıq

Həcminə görə kiçik olsa da bu bağ evi bir çox memar üçün böyük bilik mənbəyi olan saraydır. Bu ev Buzovnada yerləşir Azərbaycanın ən məşhur və dahi memarlarından biri olan Mikayıl Hüseynova məxsus olub.

Evin təhlili haqda gələn yazım üçün geniş yer ayırmışam, fikrimcə layihəsini özü vermiş dahi memarın evinin təhlili maraqlı olar. Bu yazımda isə bir az kədər bir az qəzəb hisslərimi bölüşmək istiyirəm. (daha&helliip;)
Ardını oxu →

Binalara verilən tələblər

Memarlıqdan danışmağa başlayanda bir çox memar və bu ixtisası tədris edən müəllimlər ilk əvvəl Vitruvi üçlüyündən söz açırlar. Vitruvi eradan əvvəl 1-ci əsrdə yaşamış Roma yazıçısı,memar və mühəndisidir. Onun bir çox kitabları var ki onlardan “De Architectura” adlı kitabında “Utilitas, Firmitas, Venustas”-Vitruvi üçlüyündən bəhs edir. Utilitas-uyğunluq, yararlılıq; Firmitas-möhkəmlik; Venustas isə gözəllik mənasını verir. Utilitasın əhəmiyyəti: Hər hansısa bir nəfər sizə yaşamağınız üçün konsert zalı verə bilər. Təbii ki siz orada yaşaya bilməzsiniz. Çünki yaşayış üçün sizə lazım olan otaqlar orada olmayacaq və üstəlik əlavə lazımsız otaqlarla dolu olacaq. Amma hər bir memar və ya sadəcə bu işi bilən hər kimsə sizə yaşamaq üçün mətbəxi, yataq otağı və sairəsi olan ev təklif edəcək. Bu ucuz və düzgün variantdır. Firmitasın əhəmiyyəti: Firmitas qeyd etdiyimiz kimi möhkəmlik deməkdir. Bu anlayış memarlığın ən vacib şərtlərindəndir. Nəzərə alaq ki hər hansısa memarlıq nümunısində möhkəmlik olmazsa bu isanların həyatına təhlükə yarada bilər. Və memarlığın kifayyət qədər çətin bölməsidir. (daha&helliip;)
Ardını oxu →

Boutique Palace Hotel (otellər silsiləsindən)

Növbəti səfər Boutique Palace otelə oldu. 5 ulduzlu otel olsa da həcminə görə ilk baxışdan inandırıcı gəlmir, cəmi 11 nömrə var, düzdür otelin növü kiçikhəcimli olduğuna görə buna irad tuta bilmərik. (daha&helliip;)
Ardını oxu →