İxtisas seçimi: Memarlıq

Abituriyentlərin bu ərəfələrdə ixtisas seçiminə başlamalarını nəzərə alıb öz məsləhətimi vermək istəyirəm. Təbii ki, mənim məsləhətim memarlıq ixtisasını seçmələridir, amma bu ixtisasın yaxşı və çətin tərəflərini də əvvəlcədən deməyi özümə borc bilirəm. (daha&helliip;)
Ardını oxu →

Konstruktivizm

Konstruktivizim qərbdə yaransa da özünün ən yaxşı dövrünü SSRİ-də tapıb. Bu üslübda maksimal utilitarizm özünü göstərir. “Sadəlik və məqsədyönlülük” konstruktivizmin devizidir. Göstərişdən və dəbdəbədən uzaq olan bu üslübdakı binalar insanlar arasındakı ümumi bərabərliyə meyl edirdi. Üslübün yaranmasının ilk qığılcımları 19-cu əsrin sonlarında özünü göstərdi. Dəmir-beton konstruksiyalardan istifadə etməklə iri həcmlər yaratmaq mümkün olurdu. Bu konstruksiya həm də binadan kənara çıxan və havada qalan konstruksiyalar yaratmağa imkan verirdi. Material kimi adətən saf betondan üzlük örtüyü kimi istifadə edirdilər. Indi də bu materialdan bəzi müasir evlərdə, binalarda görmək olar. (daha&helliip;)
Ardını oxu →

Pilləkənlər

Memarlığın başlanğıcı pilləkənlərdir. Bu memarlığa giriş hesab olunur.

Ümumi məlumat - Pilləkənin standart hündürlüyü 150 mm. , eni isə 300 mm. olmalıdır. Bunun səbəbi insanın pilləkənlə rahat çıxması üçün ayağını 45 dərəcədə yuxarı qaldırmasıdır. 15 sm. + 30sm. də 45-ə bərabərdir. Əgər yer problemi varsa memar 1, 2 sm. ölçülərdə dəyişiklik edə bilər ancaq bu dəyişikliyik cəmin 45 olmasına mane olmamalıdır. Yəni hündürlüyü 160 mm etmək üçün mütləq en 290 mm. olmalıdır. Və ya 140 mm hündürlük üçün en 310 mm. olmalıdır. (daha&helliip;)
Ardını oxu →

Kiçik İşlərlə Böyük Dizayn

Son bir neçə aydır ki, qarşıma interyer dizaynında yeni bir cərəyan çıxıb. Bu qeyri-rəsmi cəryanı “kiçik işlərlə böyük dizayn” adlandırmaq olar. İlk dəfə dizayner Ziemowit Maj tərəfindən yaradılan bu dizayn işləri evləri, ofis və ya ictimai binaları daha da rəngarəng edir. (daha&helliip;)
Ardını oxu →

Yeni nəsil qapılar

Memarlıqda olduqca vacib elementlərdən biri də qapılardır. İlk baxışdan o qədər də çətin görsənməsə də, memar gərək onların eni, uzunluğu, hansı tərəfə açılması, növü, materialı, işıq keçirdib-keçirməməsini, otağa görə rahat yerləşdirməsini və s.-ləri bilsin. (Qapıların eni planda minimum 1000 mm. , hündürlüyü min. 2200 mm. , qoşa qapıların eni min. 1200 mm. (hər tay 600 mm.) olmalıdır)

Bu, qapılar haqda ümumi məlumat idi, bu yazımda isə yeni nəsil qapıları sizinlə bölüşmək istəyirəm. Şəkillərdə gördüyünüz qapıları bir neçə gün əvvəl memarlıq və dizayn sahəsində ixtisaslaşmış www.digsdigs.com saytı nümayış etdi. (daha&helliip;)
Ardını oxu →

Mobil Evlər

XXI əsrin ən aktual memarlıq hadisələrindən biri mobil evlərdir. Mobil ev dedikdə köçürülə bilən kiçik evləri nəzərdə tuturam. (Onlara prefabrik evlər də deyirlər. Bu fransız sözü olub préfabriqué – “hissələri əvvəlcədən hazırlanıb, yerləşdiriləcəyi yerdə qurulan” deməkdir)

Mobil evlərin kifayət qədər üstünlükləri var. Ekoloji üstünlük : fibriklərdə hazırlanan bu evlər ətraf mühitə zərər vermədən yerləşdirilir, yəni tikinti üçün ağaclar kəsilmir, tullantılar yaranmır və hətta ərazidəki otlar belə zərər görmür. Materiallar da adətən təbii və yüngül materiallardan istifadə olunur (əsasən taxta materiallardan) (daha&helliip;)
Ardını oxu →

Le Corbusier-in 5 prinsipi

Korbuzye memrarlıq tarixinin ən məşhur simalardından biridir. Onun memarlığa gətirdiyi yeniliklər saysızdır amma Korbuzye dedikdə ağıla ilk olaraq onun 5 prinsipi gəlir. Bu müasir memarlığın başlanğıcı hesab edilir. İndiki binaların bğyük əksəriyyəti  XX əsrin əvvəllərində təklif edilmiş bu 5 prinsipə əsaslanır.
  1. sütun üzərində evlər
  2. düz dam örtüyü
  3. daxili məkanın sərbəst planlaşdırılması
  4. zolaq şəkilli pəncərələr
  5. sərbəst kompazisiyalı fasad (daha&helliip;)
Ardını oxu →

Məbədlər

Qədimlərdən bu günə qədər meamrlıqda ən məsuliyyətli tikililər içərisində məbəd tikililəri əsas yer tutur. Çünki bu tikililər insanları sadəcə estetik yox həm də şüuraltı təsirləndirməli, ilahi məhiyyətini biruzə etməlidir. Digər tərəfdən bu binalar ibadət üçün idisə deməli memarın qarşısında qeyri-adi problem qoyulur – ibadətin düzgün alınması. Çünki ibadət zamanı insanların fəzaya buraqxdıqları vibrasiyalarla kosmosun biovibrasiyaları üst-üstə düşməlidir ki bu da ilahi qatla birbaşa əlaqə deməkdir. Həmən vibrasiyanı yaradan ən yaxşı vasitələrdən biri isə əvvəlki məqalələrimdə də tez-tez vurğuladığım qızıl bölgüdür. Məbədin içərisində “vibrasiya akkustikası”na xidmət edən hündür tavan, günbəzlər və s. də olur. (daha&helliip;)
Ardını oxu →

Memarlıqda heykəllər ( I hissə )

Bundan əvvəlki yazımda insan modullarına uyğun order sistemlərindən söhbəti, bu sütunların  davamçıları olan sütun heykəllərdən və ümumiyyətlə memarlıq obyektlərində işlənən heykəllər barədə davam etmək istiyirəm. Qeyd edildiyi kimi insan mütənasüblüyü üzərində qurulan sütunlar getdikcə daha da xırdalıqlara qədər insanı əks etdirməsi, sonralar sütunları real insan heykəlləri ilə əvəz olunmasına gətirib çıxardı. Bu heykəllər daşıdığı ağırlığa görə qadın və ya kişi obrazları ilə nümayiş olunurdu. (daha&helliip;)
Ardını oxu →

Sütunlar

Bu mövzuya toxunmağımın məqsədi sütunların yerində - düzgün işlədilməsinin vacibliyini vurğulamaqdır. 4 əsas sütun tipi var - Dorik, Toskan, İonik, Korinf Bunlar qədim Misir sütunlarından istifadə edilərək yaradılmış antik Yunan sütunlarının adlarıdır. (daha&helliip;)
Ardını oxu →