Terminlər

Bu bölmədə Azərbaycan dilində olan Memari terminlər və onların izahı ilə tanış ola bilərsiniz. Səhifə daim yenilənəcək və zənginləşəcəkdir. Bu yolda kömək etmək istəyən dostlara minnətdar olarıq. Səhifədə görmək istədiyiniz termini [email protected] ünvanına göndərə bilərsiniz
A
Abidə – Şəxsiyyət və hadisələrin şərəfinə ucaldılan əsər, böyük həcmli memarlıq və ya heykəltəraşlıq kompozisiyası.
 
Abstraksiya – (lat. – təcrid etmə, ayırma, mücərrd deməkdir) Mühüm əlamətlərin şəklini, əşyanın və ya hadisələrin sadələşdirmə, ona bir növ “təmiz halda” kimi ümumiləşdirilmiş yaradıcılıq metodudur.
 
Açar (və ya Aqraf) – Tağların (arkaların) orta hissəsində yerləşdirilən birləşdirici ornament formalı bənd.
 
Axromatik rənglər – Ağ, qara və boz – bu rənglərin tərkibində piqment (başqa rənglərin qarışığı) olmadığına görə axromatik rənglər adlanır. Tünd və işıqlı tonlarla (çalarlarla) ayrılırlar.
 
Akademizm – (fr.) XVII – XIX əsr Avropa boyakarlığında əmələ gəlmiş, klassik incəsənətin zahiri formalarına qanun və qaydalarına ciddi riayət edilən cərəyan.
 
Akant – (yun.) Nəbati elementlərdən istifadə olunan, bəzək naxışlı dekorativ ornament. Memarlıqda və heykəltəraşlıqda istifadə olunan plastik forma.
 
Akveduk – (lat. – suyu aparmaq mənasındadır) Yeraltı və yerüstü növləri olan suvarma sistemi, hündür yerlərdən su gətirən qurğu, kanal. Üzərlərindəki körpüşəkilli hissəsinə də deyilir. İlk akveduklar e. ə. II minillikdə Şərqdə tikilmişdir.
 
Akropol – (yun. – yuxarı şəhər mənasındadır) Qədim Yunan şəhərlərinin hündür qayalıqda tikilmiş və istehkama çevrilmiş məbəd (e. əv.)
 
Aksent – (lat. – vurğu) Təsviri sənətdə hər hansı bir yeri, əsyanı, portpeti və yaxud fiquru cəlbedici etmək, nəzərə çarpdırmaq məqsədi daşıyır.
 
Aksesuar – (fr.) Əşya, geyim, butaforiya, bijuteriya, rekvizit əşyaları və yaxud mövzu ilə əlaqədar ikinci dərəcəli köməkçi detal.
 
Aksonometriya – (yun. – mərkəz və ölçürəm) Ciusmin (əşyanın) müstəvi üzərində həcmi təsviri. Rəsmxətdə əşya və seçilmiş məkan sistemində paralel proeksiyalanmasına əsaslanır. Aksonometriya üç hissəyə bölünür: İzometrik, dimetrik və trimetrik proyeksiyalar.
 
Aktual – (lat. – müasir) Mövzunun aktuallığı və müasirliyi deməkdir.
 
Akustika – (yun. – eşitmə) Akustika haqqında ilk tarixi məlumat (e. ə. VI əsrdə) Pifaqor vermişdir. Memarlıqda səsin eşidilmə, yayılma və ya səsudma prosesində akustik üsullardan istifadə olunur.
 
Akustik materiallar – Səsi udan və səsi izolə edən və yaxud akustik xassələri yaxşılaşdırmaq, həmçinin optimal eşitmə şəraiti yaratmaq üçün istifadə olunan inşaat materiallarıdır.
 
Aqraf (və ya Açar) – Tağların (arkaların) orta hissəsində yerləşdirilən birləşdirici ornament formalı bənd.
 
Ağac üzərində oyma – Çox qədim tarixi olan, xüsusi alətlər vasitəsilə bədii oyma və naxışvurma yolu ilə işlənilir.
 
Apallon(yun. – işığın qoruyucusu mənasındadır.) Gələcəyin ilhamvericisi, günəşi, işığı, qoruyan və müdafiyəsində duran. Memarların və rəssamların istifadə etdikləri antik heykəltəraşlıq nümunəsi.
 
Apsida (və ya Erker)– (yun. – qübbə) Binaların divarındakı əlavə çıxıntı. Yarımdairəvi, düzbucaqlı, bəzən isə çoxbucaqlı olur; adətən kilsəvə bazilika istifadə olunur (erkerlər yaşayış evlərində də istifadə olunur).
 
Alaçıq (və ya Çadır) – Türk xalqlarının əsasən çoban ailələrinin yaşaması üçün bir yerdən başqa yerə köçməyi asanlaşdıran, açılıb-yığılan mənzil.
 
Alqapı (və ya Darvaza) – (az.) Darvaza (fars.) Qəsr və şəhər divarlarında minik vasitələrinin keçməsi üçün açılan enli və hündür qapı, keçid.
 
Altan – (lat.) Eyvan, balkon (əgər balkonun oturacağı birinci mərtəbədə, yerə oturubsa, altan adlanır).
 
Altar – (lat. – hündür yer) Xristian dinində qurbanın yerinə yetirilən hündür stol, sənduqə. Kilsədə ainlər oxunan hündür yer, səhnə.
 
Amfiteatr – (yun.) Qədim Romada kütləvi tamaşalar, oyunlar, qladiatorların yarışan yeri, monumental tikili. Müasir teatrların tamaşa zalında parterdən müəyyən hündürlükdə yerləşən və pillə-pillə qalxan oturacaq yerləri.
 
Amur – Mələk – Məhəbbət Allahı, qanadlı uşaq şəklində olan, incəsənətdə ən çox simvol kimi istifadə edilən dekorativ bəzək elementi.
 
Analogiya – (yun. – oxşarlıq, uyğunluq) Müxtəlif əşya və hadisələr arasında oxşarlıq, uyğunluq və ya yaxınlıq.
 
Anfas (və ya Fas, Fasad) – Obyektlə üzbəüz durma.
 
Antikvar (və ya Əntiq) – (yun. – köhnə retro əşyalar) Qədim, unikalvə bədii formalı tarixi əşyalar.
 
Antik incəsənət – Qədim Yunan-Roma incəsənətinin intibah dövrü.
 
Ansambl – (fr. – birlikdə) Memarlıq, heykəltəraşlıq kompozisiyalarında və musiqidə vəhdətin, ahəngdarlığın bədii ideyanın ifadəsi.
 
Arabesk – (ital. – “ərəb bəzəyi” mənasını bildirir) İncəsənətdə və memarlıqda yaxın şərq xalqlarında yaranmış, stilizə olunmuş ornament növüdür.
 
Arka (və ya Tağ) – (lat.) Memarlıqda binaların pəncərə və qapılarda, körpülərdə istifadə olunan yarımdairəvi ovuq formasıdır. Arkalar bütün üsullarda və formalarda olur. Bir neçə dəfələrlə təkrar olunan arkalı tikililərə Arkada deyilir.
 
Arkada (və ya Sıratağ) – (lat.) Bir-birinin ardınca düzülən arkalar.
 
Astraqal – (yun.) Antik elementlərdən sıraya düzülmüş ornament növü.
 
Assimmetriya – Simmetriyanın əksi olaraq, tərəflərin bir-birinə oxşarlığı olmayan deməkdir.
 
Atlant – (yun. – titan, güclü insan) Memarlıqda insan fiqurlarının heykəltəraşlıq nümunələri. Göy cismlərini, binaların balkon və protiklərini saxlayan güclü insan fiquru.
 
Attik – (yun.) Karnizin üstündə yerləşən memarlıq elementi. Çox zaman relyef və kitabələrlə bəzədilir.
 
Avanqard – (fr. – qabaq-mühafizə) İrəlidə gedən, qabaqda gedənin mühafizəsi.
 
Avanqardizm – (fr. – avanqard sözündən, yeni, qabaqcıl mənasındadır) Ədəbiyyat və incəsənətdə keçmişin realist ənənələrinin inkarı, bəzən əsas məqsədə çevrilən yeni forma və ifadə vasitələrini xarakterizə edən cərəyanın adı.
 
B
Barelyef – (fr. – alçaq relyef deməkdir) Qabarıq təsvir, yaxud ornamentin həcminin səthin fonunda yarıdan az çıxdığı heykəltəraşlıq əsəri.
 
Barokko – (ital. – şişirdilmiş möhkəmlik) XVI-XVIII əsr. Avropa incəsənətində hakim bədii üslub kimi, klassisizmə əsk olaraq, çoxlu, qabarıq formalardan istifadə edilmişdir. İtaliyada ədəbiyyatda, memarlıqda və incəsənətdə yaranmış, sonralar Avropanın başqa ölkələrinə geniş yayılmışdır.
 
Bağ bağça heykəltəraşılığı – Heykəltəraşlığın kiçik, dekorativ nümunələri kimi hovuzun içində və bağçalarda qoyulur.
 
Baget (və ya Çərçivə) – (lat. Taxta parçası mənasında) Rəngkarlıq və təsviri sənət əsərlərinə qalın formalı sadə və bəzəkli çərçivələr. İnteryerdə də bəzək elementi kimi istifadə oluna bilər.
 
Balaxana – Bir sıra Şərq ölkələrində yaşayış evlərinin üstündə tikilən otaq. Bəzən iki evin arasında olaraq, altı darvaza kimi boş saxlanılır.
 
Balkon (və ya Altan )– (fr. – balka) Binanın yuxarı mərtəbələrində əlavə, açıq çəpərlənmiş çıxıntı. Əgər balkonun oturacağı birinci mərtəbədə, yerə oturubsa, altan adlanır.
 
Baluster (və ya Balyustrada, Balyasina, Məhəccər) – Dairəvi və ya çoxbucaqlı sütun, daşdan və ya taxtadan hazırlanır.
 
Bazalt (və ya Məhək) – (lat. – məhək daşı) Sıx, xırda dənəli suxurş Qara, bəzən tünd boz rəngdə olur. Tikintidə və heykəltəraşlıqda istifadə olunur.
 
Bazilika – (yun. – hökümdar evi) Düzbucaqlı, uzunsov, iç hissəsi sıra sütunlarla 3-5 nefə ayrılan bina. Orta nef yan neflərdən hündür olub, apsida ilə bitir.
 
Baş plan – Şəhərin perspektiv inkşafının elmi əsaslandırılmış plan quruluşunun layihəsi; yeni salınacaq şəhərin plamlaşdırılma layihəsi.
 
Belveder – (ital. – gözəl mənzərə) Binaların üstündə, yaxud hündür, genişliyə açılan yerdə inşa edilən tikili. Adətən dəyirmi formada olur.
 
Besedka – (rus.) Köşə, Pavilyon
 
Beton – (lat. – yapışdırıcı maddə) Süni daş material. Tikintidə və heykəltəraşlıqda geniş istifadə olunur.
 
Bərpa – Bədii, yaxud tarixi əhəmiyyətli memarlıq tikililərinin, boyakarlıpq, heykəltəraşlıq, qrafika əsərlərinin, arxeoloji abidələrinin və s. bərpası və yaxud əvvəlki vəziyyətə gətirilməsi.
 
Bərpaçı – Qədim və zədələnmiş əsərlərin, abidələrin bərpası ilə məşğul olanlar.
 
Bənd – Çayın və ya su axınının qarşısını alaraq, suyun səviyyəsini qaldırmaq və su ambarını yaratmaq üçün tikilən hidrotexniki qurğu.
 
Bəzək materialları – Təsviri sənətdə və inşaatda; Bina və tikililərin istismar və dekorativ keyfiyyətlərini yüksəltmək üçün istifadə edilən materiallar və məmulatlar.
 
Bəzək işləri – (tikintidə, zərgərlikdə və modada) Bəzək məqsədilə işlədilən məmulatlar. İbtidai dövrdən insanlar sümükdən, balıqqulağından, daşdan, gildən və başqa materiallardan bəzək əşyaları düzəldirdilər.
 
Bordyur – (rus.) Döşəmə. Bağ, bağça və yolları ayırmaq məqsədi üçün düzülən (tikilən) sahə. Bordyurlar daşdan, betondan, metal və başqa materiallardan ola bilər.
 
Boyaqlar – Örtük əmələ gətirən maddələrlə qeyri üzvi və ya üzvi, narın piqmentin qarışığından ibarət lak boya materialları. Kağız, taxta, sənayedə, tikintidə, rəssamlıqda və başqa sahələrdə geniş istifadə olunur.
 
Buta – (az. – butə və ya puta) Qönçə, badamabənzər naxış. Azərbaycanda atəşpərəstlik dövrünə məxsus, ornament sənətində ən qədim və ən çox işlənən bəzək elementlərindən biridir. Buta “sadələşdirilmiş” od rəmzi kimi də verilir.
 
Buxarı – Köhnə evlərdə və ictimai binalarda divar içərisində hörülmüş ocaq yeri. Əsasən otaqların qızdırılmasına xidmət edir.
 
Bünövrə (və ya Özül) – Binanın və ya tikilinin (qurğunun) yeraltı, sualtı hissəsi. Əsasən düşən ağırlıq bünövrədən əsasa bərabər ötürülür.
 
Bürc – Qədim şəhər hasarlarının üzərində tikilən müşahidə və müdafiə qurğusu. İri qəsr qalaların künclərində tikilən dairəvi, hündür çıxıntılar formasında olur.
 
Büst – (fr. – qəbirüstü abidə sözündəndir) İnsanın beldən yuxarı hissəsi: Baş və çiyin hissələri, heykəl-portreti. Dairəvi formada olur.
 
c kicik
 
Cizgi – (az.) Rəsmin və ya layihənin xətlə çəkilmə forması.
 
Ç
 
Çadır (və ya Alaçıq) – Türk xalqlarının əsasən çoban ailələrinin yaşaması üçün bir yerdən başqa yerə köçməyi asanlaşdıran, açılıb-yığılan mənzil. Və ya müvəqqəti yaşayış üçün bərk parçadan (brezent) hazırlanan ev tipi.
 
Çardaq (və ya Mansard) – (fars – dörddağ) Binanındamı və çatılı örtüyü arasında olan qapalı tikili. Bəzən yaşayış sahəsi kimi istifadə edilir.
 
Çaxra – (az.) Köhnə evlərin interyerində, divarda düzəldilmiş yorğan-döşək yığmaq üçün böyük boşluqlar.
 
Çevrə – Qapalı, bir mərkəz nöqtəsindən eyni uzaqlıqda olan qapalı əyri xətt.
 
Çertyej (və ya Rəsmxətt) – (rus.) cızmaq mənasındadır.
 
Çərçivə (və ya Baget) – (lat. Taxta parçası mənasında) Rəngkarlıq və təsviri sənət əsərlərinə qalın formalı sadə və bəzəkli çərçivələr. İnteryerdə də bəzək elementi kimi istifadə oluna bilər.
D
 
Darvaza (və ya Alqapı) – (fars.) Alqapı (az.) Qəsr və şəhər divarlarında minik vasitələrinin keçməsi üçün açılan enli və hündür qapı, keçid.
 
Daş konstruksiya – Daşların inşaat məhlulu ilə müəyyən qaydada hörülməsindən alınan konstruksiyalar.
 
Daxma – Azərbaycanda qədim xalq yaşayış evi. Memarlıq tərtibatı sadə olaraq, birgözlü, divarları çiy kərpicdən hörülən, kənd evidir.
 
Dekorasiya – (lat. – bəzəyirəm) Dekor – bəzəmək mənasındadır. Ayrı-ayrı motivlərin, teatr-kino və ya interyer, eksteryerlərin tərtibatının verilməsi.
 
Dekorativ bitkilər – Park, bağ, yaşıllıqların, ağac və kolların formalarını süni yolla dəyişdirilən və onların görkəminə yeni formalar verən bəzək ağacları.
 
Dekorativ sənət – Ən geniş yayılmış plastik sənət sahəsi. Memarlıq və dizayn kimi insanların yaratdığı maddi mühitin bədii cəhətdən formalaşmasına xidmət edir.
 
Dekorativ heykəltəraşlıq – Kiçik və orta həcmli dekorativ formalı heykəllər.
 
Dekorativ şüşə – Bədii şüşə tərtibatında istifadə olunan dekorativ sənət növü. Şəffaf və rəngli şüşədən məişət, suvenir və mozaika işlərində istifadə olunur.
 
Diametr – (yun.) Həndəsi cismin ən uzaq iki nöqtəsi arasındakı məsafə. Çevrənin diametri onun ortasından keçən xəttdir.
 
Dioqonal (və ya Pentoqram) – (lat. – bucaqdan-bucağa gedən) Çoxbucaqlı həndəsi fiqurların künclərini birləşdirən düz xətt parçası.
 
Dizayn – (ing. – layihələşdirmək, çəkmək) İnsanın əmək, məişət və istirahətini əlverişli, estetik cəhətdən harmonikliyini nəzərə alaraq, ətraf mühiti və əşyaların layihələndirilməsini yeni formada təmin edən fəaliyyət sahəsidir.
 
Dolmen – (stol+daş) Tunc və dəmir dövrlərinə aid qəbirüstü abidələr.
 
Dorik order – Yunan klassik orderi.
 
Drenaj – (ing. – qurutmaq) Bina və tikililəri qrunt sularının təsirindən qorunmaq üçün suları toplayan və kənara axıdan mühəndis sistemi.
 
Düzbucaqlı – Bucaqları bir-birinə bərabər olan paraleloqram.
 
E
 
Erker (və ya Apsida) – (yun. – qübbə) Binaların divarındakı əlavə çıxıntı. Yarımdairəvi, düzbucaqlı, bəzən isə çoxbucaqlı olur; adətən kilsəvə bazilika istifadə olunur (erkerlər yaşayış evlərində də istifadə olunur).
 
Ə
Əntiq (və ya Antikvar) – (yun. – köhnə retro əşyalar) Qədim, unikalvə bədii formalı tarixi əşyalar.
 
F
 
Fas, Fasad (və ya Anfas) – Obyektlə üzbəüz durma.
 
K
 
Köşə – Besedka, Pavilyon
M
 
Mansard (və ya Çardaq) – (fars – dörddağ) Binanındamı və çatılı örtüyü arasında olan qapalı tikili. Bəzən yaşayış sahəsi kimi istifadə edilir. Eyni zamanda ilk dəfə çardaqda yaşam layihəsini irəli sürən fransız Memar – François Mansartın adı ilə bağlıdır
 
Məhəccər (və ya Balyustrada, Balyasina, Baluster) – Dairəvi və ya çoxbucaqlı sütun, daşdan və ya taxtadan hazırlanır.
 
Məhək (və ya Bazalt) – (lat. – məhək daşı) Sıx, xırda dənəli suxurş Qara, bəzən tünd boz rəngdə olur. Tikintidə və heykəltəraşlıqda istifadə olunur.
 
Modul – (lat. – balaca ölçü) Bina və ya təsvirdə hər hansı hissələrin uzlaşdırmaq, yaxud ona münasiblik, ahəngdarlıq verən şərti ölçü vahidi. Kompleks ədəd.
 
ö
 
Özül (və ya Bünövrə) – Binanın və ya tikilinin (qurğunun) yeraltı, sualtı hissəsi. Əsasən düşən ağırlıq bünövrədən əsasa bərabər ötürülür.
 
 
P
 
Pavilyon – Besedka, Pavilyon
 
Pentoqram (və ya Dioqonal) – (lat. – bucaqdan-bucağa gedən) Çoxbucaqlı həndəsi fiqurların künclərini birləşdirən düz xətt parçası.
R
 
Rəsmxətt (və ya Çertyej) – (rus.) cızmaq mənasındadır.
 
 S
 
Sıratağ (və ya Arkada) – (lat.) Bir-birinin ardınca düzülən arkalar.
 
T
 
Tağ (və ya Arka) – (lat.) Memarlıqda binaların pəncərə və qapılarda, körpülərdə istifadə olunan yarımdairəvi ovuq formasıdır. Arkalar bütün üsullarda və formalarda olur. Bir neçə dəfələrlə təkrar olunan arkalı tikililərə Arkada deyilir.