Aforizmlər

Alvar Aalto

– Mebel dizaynında tarixi və pratiki aspektlərdən yola çıxaraq elementləri horizontal və vertikal hissələrlə birləşdirməkdir. Mənim fikrimcə bu stilə öz xarakterini vermək də önəmli faktordur. Horizontal hissə ilə birləşdiyi zaman, stulun ayağı arxitektonik sütunun balaca bacısı kimidir

Andrea Palladio

– Gözəllik bütündən və formadan əmələ gəlir, müəyyən hissələrə hörmət, bu hissələrin bir-biri ilə olan əlaqəsindən və bunların bütünə qarşı olan davranışından. Nəticədə struktur tam və bitmiş bədən kimi ortaya çıxır, harada ki, hər bir üzv digəri ilə uyğunlaşır. Bütün bunlar istədiyini formalaşdırmaqda vacib faktorlardır

Antoni Gaudi

– Ornamentləşdirmə rəngarəng olub və olacaq. Təbiət bizə heç bir şeyi birrəng şəkildə təklif etmir. Tamamilə vahid forma şəklində rəngə ehtiram göstərməklə-Bitkilər və heyvanlar aləmi şəklində, geoloji şəkildə, topoqrafk şəkildə deyil. Həmişə rəng kontrastında. Rəng kontrastı çox və ya az şəkildə canlı olur. Bu səbəbə görə də biz hər bir memarlıq elementini tam və ya bir hissəsini rəngləməliyik

Arata İsozaki

– Mən həmişə hiss etmişəm ki, ən vacib iş çərçivədən və ya şüurlu estetikadan çıxış yolunu tapmaqdır. Hansı ki, mən onun içində basdırılıb qalmışam

Arthur Erickson

– Mən heç vaxt eyni ideyanı yenidən işlətmirəm. Əgər bir dəfə işlətdimsə, bitti

Buckminster Fuller

– Dünyanın dizayneri məni dərin şəkildə təəccübləndirir. Əminəm ki, heç bir yerdə bu qədər güclü və ya buna yaxın olacaq qədər bir layihə reallaşdıra bilmərəm

Cass Gilbert

– Hədsiz-özgüvəndən ehtiyatlı ol. Xüsusilə struktur zamanı

Cecil Balmond

– Mən memarlığı soyundurmaq istəmirəm. Mən onu daha da dolğunlaşdırmaq və üzərinə təbəqələr əlavə etmək istəyirəm. Təməl olaraq Qotik memarlıqdakı kimi, haradakı ornament və struktur bir ittifaq əmələ gətirir

Cesar Pelli

– Səmaya ucalmaq istəyi bütün bəşəriyyətin psixikasında var

Charles Eames

– Məhsul funksionallığı, keyfiyyəti saxmlaqla dəyəri azaltıqda artır

David Chipperfield

– Mən o qədər də maraqlı memar sayılmaya bilərəm, lakin, mən burdayam və bütünlükdə hər hansı bir hissəni tutmuşam

Denise Scott Brown

– Əsasən hamının ideyası inqilabı olmağa çalışmaqdır. Ən böyük inqilabı sən sadə olmağa çalışsan edə bilərsən


Eduardo Souto de Moura

Mən bir layihəni edirəm və panikaya düşürəm, hansıki yaxşıdır, bu metod ola bilər. Birinci panika, ikinci panikanı işləməklə məğlub edirsən, Üçüncü isə şübhələrindən yaxa qurtarmaq üçün həll yolları tapırsan

Eero Saarinen

– Mənə görə cizgi dili həmin dildir ki, hər şeyi aşkar edir. Hər hansı bir nəfər bu cizgilərə baxmaqla deyə bilər ki, bunu çəkən Memardır yoxsa yox

Elizabeth Diller

– Əvvəlcə incəsənət, növbəti olaraq memarlığı oxuduqdan sonra, mənə heç vaxt ikisindən biriyəm kimi seçim lazım olmayıb və mən bu ikisinin arasında bir yer tapdım, o yer ki, hər iki sahədən təsirini götürüb

Emilio Ambasz

– Memardan soruşandakı ən yaxşı layihən hansıdır, adətən cavab – Növbəti – olur


Frank Gehry

– Mənə görə hər gün yeni bir şeydi. Mən hər bir layihəyə, ilk layihəmə yanaşdığım kimi yanaşıram-yeni bir güvənsizliklə. Daha sonra tərləyirəm və işləməyə başlayıram. Hansi istiqamətə getdiyimdən əmin deyiləm. Əgər hara getdiyimi bilsəydim, o zaman bu işi etməzdim

Frank Lloyd Wright

– Ən böyük memar mənəm-deməyimlə təqsirləndirilirəm. Əgər demişəmsə bu o qədər də arroqant səslənməz. Çünki, inanmıram o qədər də çox böyük memarlar var. Əgər varsa

Hans Hollein

– Bir müddət Friderich Achleitner memar və ya şair olmaq arasında qalmışdı, daha sonra başını keçəl qırxdı, başına papaq qoyub dedi ki-Mən şairəm və əlavə etdi ki indi o Memarlıq və Ədəbiyyat arasında seçim etməlidir. Bundan sonra mən dedim- Sən hər iksini etməyə qərar verə bilərsən. Bir neçə ildən sonra onun qərarı elə bu idi.

Henry Hobson Richardson

– Mən insan nə istəsə onu planlaşdıra bilərəm. Kadetraldan toyuq hininə qədər. Öz yaşayışımı mən belə qururam

Herman Hertzberger

– Əgər dünyanı daha yaxşı bir məkana çevirəcəyinə inanmırsansa, ən azından daha pis etməyəcəyinə əmin ol


Gelnn Murcutt

– Biz hər hansı bir iş yaratmırıq, fikrimcə fakt budur ki, biz əslində kəşfiyyatçılarıq

– Mən tələbələrimə deyirəm ‘Siz öz işinizə ilk növbədə zəhmət, ikinci növbədə sevgi və üçüncü isə əziyyət qoymalısınız (?)

Greg Lynn

– Mən həmişə əyrilər ilə düşünməyə çalışıram

Jacques Herzog

– Bir çox memarlar var ki, onlar öz naxışlarından xəbərdar deyil, bir çox insanın öz şəxsi naxışlarını bilmədiyi kimi. Bu çox maraqlıdır. Çünki bu məqamda memarlıq və psixologiya çox yaxınlaşır

James Polshek

– Təbii şəraitdə (fərqi yoxdur urban və ya quraqlıq) binanın dizaynı ucaldığı yer və ucalacağı səma ilə əlaqəli olmalıdı

Jan Kaplicky

– Bir problem üçün 65 dənə ideyan varsa bu yaradıcılığı göstərmir, əksinə vaxt itkisidir

Jeanne Gang

– Binanı bir quş yuvası kimi düşünün. Yerli və bol materialdan tikilir. O zaman o öz ərazisinə və iqliminə uyğun olar. Həmin bina az enerji istifadə edər

John Ruskin

– Yaddan çıxartma ki, dünyadakı ən gözəl şeylər, ən lazımsız şeylərdi. Məsələn tovuz quşu və ya liliya

Juhani Pallasmaa

– Dizany prosesinin dərinliyi nəticədə böyük olanı əmələ gətirir-memarı, binanı ara-sıra ziyarət edənlər isə azca olaraq daha yaxşı varlıqlardır (?)

Kazuyo Sejima

– Ağ rəngə qarşı ümumi bir keyfiyyət yanaşması var, hansını ki, biz bəyənirik

Kenzo Tange

– Uyğunsuzluq özü-özlüyündə dayanma gücünü yetişdirir


Lebbeus Woods

Memarlar layihəni çəkirlər ki, başqaları bunu inşa etsin. Mən də layihələr çəkirəm. Əgər kimsə bunu inşa etmək istəsə, bu artıq onun özündən asılıdır

Le Corbusier

– Mən danışmaqdansa eskiz etməyi üstün tuturam. Eskiz etmək daha tezdir və yalanlara daha az yer saxlayır

Ludwig Mies van der Rohe

– Az çoxdur – Less is more

*Robert Venturi

– Az darıxdırıcıdır – Less is bore

*Bjarke Ingels

– Hə-çoxdur – Yes is more

Louis Kahn

– Günəş heç vaxt binanın bir hissəsinə toxunmayana qədər özünün necə böyük olduğunu bilmir

Louis Sullivan

– Forma həmişə funksiyanı izləyir

*Philip Johnson

– Forma formanı izləyir, funksiyanı deyil

*Richard Rogers

– ‘Forma mənfəəti izləyir’-bu bizim zamanın estetik prinsipidir

Maya Lin

– Mənim əsas məqsədim hər şeyi üstdən çıxartmaqdır, amma o qədər yox ki, nəticədə o ruhsuz olsun. Yalnız lazımı qədər söz vəya forma ilə sən onu çatdıra bilərsən. Mən düzəliş etməyi sevirəm

Mies van der Rohe

– Stul çox çətin obyektdir. Göydələn ondan daha asanddır. Buna görə də Chipendale məşhurdur

Michael Graves

– Mən düşünürəm ki eskizlər eskizdir. Binalar da binadır. Mən nə vaxt eskiz etsəm, çalışıram ki, layihənin ümumi ideyasını izah edim. Baxmayaraq ki bu eskizlər sulu boya, prizmarəng vəya kağız üzərində karandaş ilə çəkilib, nəticə olaraq bu bina ola bilməz

Müəllif

– Memarlıq bəşəri sənətdir

– Memarlıq həyat tərzidir

– Memarlıq göz oxşayan musiqidir

– Şəhərə yenilikçi kontrast verən hər bir Memarlıq yaxşıdır

– XXI əsr Memarlığı ortoqonal fasaddan oxunmamalıdır. XX əsrdən fərqli yeni dildə danışmalıdır

– Pis Memar olmur, pisdirsə o, Memar deyil. Memarlıq ideal olmalıdır

– Memarın iş saatı səhər gözünü açandan, gecə gözünü yumanadəkdir

– Memarın gündəlik yaşamı da onun iş saatına daxildir və o karierasına dünyaya ilk gözünü açdığı gündən başlayır. Çünki Memar yaşamın təşkili ilə məşğul olan sənət sahibidir

– Əvvəlcə insan Memarlığı tikir, sonra isə Memarlıq insanı

– Memarlıq qəşəng yox, Memarlıq (ilk növbədə) düzgün olmalıdır

– Minimalizm yalnız Memarın iş masasında eybəcərdir

– Memarlıq saat kimi olmalıdır: Funksional, Dəqiq və Estetik

– Memarın mükəmməl olmaqdan başqa şansı yoxdur (sənətdə)

– Memarlıq təbiətlə əlbir olub insana xidmət etməlidir

– Tanrı insanı yaradıb ki, o xoşbəxt olsun. Memarın nə ixtiyarı var ki, onu bu xoşbəxtlikdən məhrum etsin?

– Memarın bitməmiş layihəsinə qiymət vermək, aşpazın bişməmiş yeməyinə qiymət vermək kimidir

– Memarlıq əbədidir, bunun üçün ona xarizma yox, ilahi gözəllik lazımdır

– Memarlıq bağlılıq yaradır, hər gün dozanı artırmalısan

– Memar tək bina verən deyil, həyat verəndir

– İnandığım din Memarlıqdır, sitayiş etdiyim Memar isə Tanrı

Oscar Niemeyer

– Mən qələmimi götürürəm. O axır və bina meydana çıxır. Və budur! Bundan artıq deyilməli bir şey yoxdur

Bir gün Walter Gropius gəlib məni öz evimdə – Riodan yuxarıda Canoasda ziyarət etdi. Mən buranı təbii əyrilərin ardıcıllığının mövcud landşafta girintili və çıxıntılı şəkildə axması ilə dizayn etmişdim. O baxdı və dedi -Bu çox gözəldir lakin, kütləvi şəkildə istehsal oluna bilməz. Elə bil mən buranı kütləvi şəkildə istehsal olunsun deyə layihələndirmişəm. Axmağın biri

Paolo Soleri

– Əgər memarın egosu azdırsa o bir şey edə bilər. Əgər böyükdürsə, o zaman o vacib töhfələr verə bilər

Paulo Mendes da Rocha

– İdeal layihə yoxdur. Sadəcə olaraq hər dəfə ideallığa yaxınlaşmaq üçün imkan var

Peter Cook

– Mən bunu sezmişəm ki, kompyuter bəzən daha yumşaq qərara gətirib çıxarır. Hal-hazırda hamı köpüklü və axımlı binaları layihələndirə bilər

Peter Zumthor

– Mən artıq həddindən çox işlənilən-Memarlıq dünyanı xilas edəcək-qavrayışı ilə vidalaşmışam

A. W. N. Pugin

– Memarlıqda ən kiçik detalın belə bir mənası vəya bir məqsədə xidməti var

Rem Koolhaas

– Mən düşünürəm ki, kontekst bir çox işlərdə həddindən artıq şişirdilmiş söz və bəhanədir. Yalnız bir cür memarlıq konteksti mövcuddur ki, bu da iki şeyin – ölçü və dəyər-arasında yerləşir. Özümüzü kontekstə hörmət dediyimiz qavrayışdan azad etmək çox vacib bir şeydir. Biz kontekst haqqında biraz skeptik olmalıyıq

Renzo Piano

– Sən pis bir kitabı oxumaya bilərsən, xoş olmayan bir musiqidən də qaça bilərsən, amma, sən evinlə üzbəüz olan hər hansı bir eybəcər bina blokunu görməyə bilməzsən

Santiago Calatrava

– Mən həmişə biraz daha artıq işıq və məkan axtarışında oluram

Steven Holl

– Memarlıq həmişə situasiyaya bağlı bir şeydir. Binanın nə olmaq istəməsi üçün ərazi metafizik və poetik bir vasitədir

Sverre Fehn

– Hər bir materialn özünün kölgəsi var. Daş ilə aluminum panelin kölgəsi eyni deyil. İşıq materialdan keçir və materialın demək istədiyini əks etdirir

Tadao Ando

– Sən hər hansı bir şeyi hər hansı bir yerə qoya bilməzsən. Mütləqdir ki, ətrafında gördüyünü mənimsəyib və daha sonra bu düşüncəni çağdaş düşüncə ilə biləşdirərək, gördüyünü izah edəsən

Zaha Hadid

– Mən qəşəng binalar dizayn etmirəm. Mən onları bəyənmirəm. Mən memarlığı hər hansı bir-xam, vacib, yerlə əlaqəli keyfiyyət kimi sevirəm. Lazım deyil ki, betonu mükəmməlcəsinə hamar edəsən, rəngləyəsən vəyaxud cilalayasan. Əgər sən bu dəyişiklikləri bina tikilməmişdən qabaq işığin binanın üzərindəki oyunu ilə hiss edə bilsən, əmin ola bilərsən ki, gün işığı ilə bütün bunları və beton üzərindəki rəngi də dəyişdirə bilərsən