Haqqımızda

MG_0457Salam,

Mən Məmmədov Urfan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Memarlıq və Dizayn fakultəsini 2012 -ci ildə fərqlənmə ilə bitirmişəm.

2014-cü ildə isə İtaliyanın Milan şəhərində SPD və İULM universitetlərinin İnteryer Memarlığı ixtisasının magistratura pilləsini bitirmişəm.

Memarlıq haqda Azərbaycan dilində bloq olmadığını, amma buna olan ehtiyacı görüb, 2010-cu ildə Azərbaycanın ilk Memarlıq bloqunu yaratdım. Bloqda Azərbaycan və dünya Memarlığı haqda öz şəxsi fikirlərimi, yeni xəbər və faktları yerləşdirəcəyəm. Eyni zamanda Azərbaycanın görkəmli Memarlarının mühazirələrini və Bakıdakı araşdırdığım Memarlıq obyektləri haqda tənqidi fikirlərimi də yazacağam.

Bundan əlavə 2014-cü ildə Azərbaycanın ilk qeyri rəsmi Memarlar klubunun təsisçisiyəm. Memarlıq bloqu və Memarlar klubu vasitəsi ilə Memarlıq sahəsində olan və ya bu sənətə yiyələnmək arzusunda olan gənclərə əlimdən gələn köməkliyi göstərməyə hazıram