06. II. 2011-ci ildə maraqlı bir həndəsi qanun tapdım, çox istərdim ki, bunu sizinlə bölüşüm. Tapdığım bucaq Qızıl Bölgü sahəsinə, bu mütənasibliyə aiddir. Obrazlı desək bu “kəşf” 34o adlanır.
Mahiyyəti: bu elə dərəcədir ki, 34o –lik bucağın tərəflərindən birinin istənilən yerində bir nöqtədən üfiqi və şaquli xətt çəkməklə qızıl bölgü düzbucaqlısını (1,618 mütənasibliyini) əldə etmək mümkündür.
Üfiqi xətt (ixtiyari nöqtədən çıxıb) bucağın digər tərəfi ilə kəsişdiyi yerdə saxlamalı, şaquli istiqamətdə bucağın təpə nöqtəsi ilə bir düz xəttə duracaq yerə qədər çəkilməlidir. Beləcə alınan düzbucaqlı qızıl bölgü düzbucaqlısı olacaqdır.
Daha aydın izah etmək üçün aşağıdakı şəklə diqqət etməyinizi xahiş edirəm. Burada bucağın tərəflərindən birnin üzərində, istədiyim yeri göy nöqtə ilə qeyd etdim (A nöqtəsi). Daha sonra göy nöqtədən bucağın digər tərəfinə düz xətt çəkib kəsişmə nöqtəsini B adlandırdım (qırmızı nöqtə). Həmin göy və qırmızı nöqtələrdən şaquli istiqamətdə bucağın təpə nöqtəsinə tərəf iki xətt çəkdim. Həmin xəttləri “b” və “c” kimi adlandıraq. Bu xəttləri bucağın təpə nöqtəsindən (yaşıl nğqtədən və ya C nöqtəsindən) hündürə keçməməlidir. Hər iki xətti “a” xəttinə paralel şəkildə birləşdiririk. Alınan düzbucaqlının nisbəti 1,618 olacaq. Beləliklə qızıl bölgü düzbücaqlımız hazırdır.
Daha rahat istifadə etmək üçün bu dərəcənin xüsusi xəttkeşin bir neçə nüsxəsini düzətldirmək istəyirəm, əgər bu xəttkeş aşağıdakı eskizdəki kimi başa gələrsə istər rəssamlar, istərsə də memarlar rahatlıqla, hesab işləri aparmadan öz kompazisiyalarını qura biləcəklər. Bir düzbucaqlı üçün 10-15 dəqiqəlik beyin yorucu hesabdansa bir neçə saniyəlik bu üsulla kompazisiya qurmaq daha asan başa gələn olacaq. Xəttkeşdə sadəcə 4 nöqtəni müəyyənləşdirib xəttləri birləşdirmək lazım gələcək.
QEYD: sual və ya təklifiniz olsa buyurun, bu yolda sizin iradlarınıza böyük ehtiyacım var.
mence bu coxdanin meselesidir. men de bir defe qeyri qeti endirimle piramida icerisine yerlewdirilmiw kurenin havada qalma ehtimalini tapmiwdim, sonra melum oldu ki, iki yuz evvel hansisa italyan gedesi kewf edib.. amma bu o demek deyil ki, bunu sen kewf etmemisen. maraqli idi, Urfan.
Ülvi, bunu tapandan sonra qızıl bölgünün qurulma qaydalarının hamısını bir dəfə də nəzərdən keçirdim. Əsrlərlə yığılıb qalan bütün variantlara baxdım. 36 dərəcəlik bucaq da var amma o 5 guşəli ulduzun bir guşəsinin dərəcəsi idi və dərəcənin yan tərəfinin uzunluğunda qızıl bölgü almaq üçündür. 34 dərəcədə isə qızıl bölgü düzbucaqlısını qurmaq olur. Bu tamam başqa sistemdir.
Sizin piramida kürənizi görmək istərdim. Mümkünsə bizimlə bölüşün
maraqlidir…
Kateqoriyalar
Blogroll