Biliksiz Sifarişçi (təlim üçün bloq post)

Azərbaycanda xüsusilə Bakıda ən son problemlərdən biri memarlıqla əlaqədar problemlərdir. Bu sahədə olan insanlar problemin kökünü bilir, lakin kənardan baxan şəxslər təəssüf ki, məsələnin nə yerdə olduğunu təbii olaraq tam bilmirlər.

Problem : Səviyyəsiz memarlıq.

Səbəblər: Savadsız memarlar, Rüşvətxorluq və Biliksiz sifarişçi.

“Problem” hamıya aydındır. Müasir Bakının memarlığı bu cür memarlıq kökü olan bir ölkə üçün təəssüf ki, biabırçı həddədir.

Səbəblər də yəqin ki, ilk ikisi (savadsızlıq, rüşvətxorluq) hamıya aydındır. Memarlıq təhsilinin ölkəmizdə bərbad səviyyədə tədris olunması son 10 ildə fəaliyyətə başlayan gənc memarlarda özünü göstərir.

“Rüşvətxorluq” da həmçinin ümummilli problemimizdir. Ölkədə ən güclü senzura memarlığa qoyulan senzura olmalıdır ki, bu maneəni  də pulla-rüşvətlə asanlıqla həll etmək olur.

Diqqətinizə çatdırmaq istədiyim ən vacib səbəblərdən biri isə bir çoxlarının bilmədiyi “biliksiz sifarişçi” məsələsidir. Memarlıq elə sahələrdəndir ki, sırf sifarişçiyə bağlı olan sənətdir. Əgər hər hansısa iş adamı “külli miqdarda” vəsait ayırmasa heç bir memar öz xərcləri ilə böyük memarlıq işi görə bilməz. Şifarişçi isə külli miqdarda pulu işə yatırmaq üçün əlbəttə ki, büdcəsində müəyyən qədər vəsaiti olmalıdır. Bu ölkədə kobud desək pullu insanların çoxu biliksiz, zövqsüz olduqları üçün, üstəlik memarın işinə birbaşa müdaxilə etdikləri üçün müasir memarlığımız da bu vəziyyətə düşüb.

Belə bir yanaşma var ki, əsl memar sifarişçinin yersiz istəklərini qəbul etməməyi bacarmalıdır, öz sözü olmalıdır. Amma yenə əvvəlki səbəblər ön plana çıxır. Savadlı memar layihəni qəbul etməsə də savadsızlar məmnuniyyətlə o sifarişçini qəbul edib, lazımsız layihə verəcəklər. Bundan sonra 2-ci səbəb də işə düşür – rüşvət. Rüşvətlə həmin layihə təstiq olunur və tikilir.

Belə çıxır ki, dairəvi əlaqələnən probemlər, səbəblər Bakı memarlığını bu günə salıb. Bunun düzəlməsi üçün isə hərtərəfli düzəlişlərə ehtiyac var. Bəzi hallarda memarlar, bəzən qanunverici orqanlar çox hallarda isə günahkar sifarişçilərdə olur.