Boutique Palace Hotel (otellər silsiləsindən)

Növbəti səfər Boutique Palace otelə oldu.

5 ulduzlu otel olsa da həcminə görə ilk baxışdan inandırıcı gəlmir, cəmi 11 nömrə var, düzdür otelin növü kiçikhəcimli olduğuna görə buna irad tuta bilmərik.

Bir neçə otağa baxdıq, səliqə, təmizlik var idi. 11 nömrə olmasına baxmayaraq,  otaqlar 248 nömrəsi olan Park inn-dən daha yaxşı idi. Demək istədiyim kəmiyyət olmasa da keyfiyyət var idi. ancaq çox kiçik olması komfort baxımından sıxıcı hiss yaradır. Bura haqda – kiçik disco və restoranlı, kiçik vestibüllü ümumiyyətlə “kiçik otel” sözlərini demək olar.

Sakitlik sevənlər üçün yaxşı məkandır. Diqqətimi çəkən fərqlilik restoranın br divarı 12-ci əsrdən bu günə gəlmiş qala divarı idi (otel İçəri Şəhər qala divarına bitişikdir)

QEYD: Oteldə çəkiliş üçün icazə olmadığına görə bütün şəkilləri otelin saytından götürdüm. Mehriban münasibətə görə isə otelin işçi heyətinə təşəkkür edirəm