Lüks mobil evlər

Əvvəlki yazılarımdan birində mobil evlər, onların müasir dünyamızda mühüm yeri, komfortu və s. barədə söz açmışdım. Bu yazımda isə kiçik araşdırma ilə əlimə keçən iki möhtəşəm mobil evi sizinlə bölüşmək istəyirəm.

Bu mobil evlər nəinki digər öz sinifindən olan evlərdən, hətta bir çox başqa yaşayış evlərindən də gözəldir. Ev maşının arxa hissəsini təşkil edir, üstəgəl içində kiçik maşın üçün də yer var. Otaqlar, sanitar qovşaqları, idarəetmə insanı bu evlərdən birini almağa həvəsləndirir. Qiyməti barədə təəssüf ki, heç bir mənbədə məlumat yoxdur. Çox güman ki, xüsusi sifarişlə hazırlandığı üçün konkret qiymət bildirilmir.

İkinci mobil ev – bu daha müasir dizayndadır.