Eyvanlar

Memarlıqda kifayyət qədər vacib və çox işlənən elementlərdən biri də eyvanlardır. Bu səfərki yazımı post şəklində yox, post yazmağa hazırlaşanda götürdüyüm qeydlərimi sizinlə bölüşəcəm.

1. İçəri girmiş eyvanlar (istənilən qədər dərinə gedə bilər), Fransız eyvanları (demək olar fasaddan çıxmır), adi eyvanlar (maksimum 1,5 m binadan çıxa bilər), Terraslar (terraslara tam eyvan demək olmaz, çünki ölçüləri çox böyük də ola bilir, həyət kimi)…

Fransız eyvanları

2. Materialı daş, taxta, şüşə, dəmir..


3. Elektrikli (sensorlu) və ya mexaniki yeni nəsil eyvanlar..

Mükafat qazanmış mexaniki eyvan.

4. Sadə düzbucaqlı bina formasından eyvanlar vasitəsilə maraqlı kompazisiya qurmaq olur..


5. Eyvanlarla binanın üslubunu müəyyənləşdirmək olar.. kiçik elementlə xarakterik obraz yarada bilərsiniz.

6. Eyvanlarda yaşıllıqlar etmək olar… Bu ən sadə və ucuz üsüllarla olur. Əgər eyvanda yox, binanın başqa yerlərində yaşıllıq qurmaq istəsəniz bu baha başa gələcək.

7. Eyvanlarda rəngləri oynatmaq olur… Ən çox sevdiyim üsul bir rəngi yuxarı mərtəbədə tünd vurub aşağı doğru hər mərtəbədə bir-iki ton rəngini açmaqdır. Bu əsasən Bakı “kimi boz şəhərlər”ə nəfəs verir.

8. Eyvan – təbiətə toxunmaq üçün vasitə kimi.. baxdığım bir filmdə (Lake House) memar göldə ev qurur, ancaq göllə evin əlaqəsi olmur, evdə yaşayan sakin öz qayığına minib həmin göldə gəzintiyə çıxa bilmir, bunu bir növ memarın səhvi adlandırmaq olar. Eyvanlar da hər fəsildə təbiətlə bizi əlaqələndirir. Mənzərəli tərəfə baxan yerdə mütləq eyvanlardan istifadə olunmalıdır…

9. Açılan eyvanlar, sonradan terras etmək olur… Yəni sonradan layihələndirməklə binaya xələl gəlmədən eyvanları genişləndirib sütunlarla terras etmək olar. Hətta həmin terrasları hər mərtəbədən bir hörməklə maraqlı kompazisiya da almaq olar, bir terras bir otaq…

10. Üstübağlı terrasvari eyvanlar – günəşin bol olduğu yerlər üçün…

11. Eyvan otağı genişləndirmək üçün əlavə vasitə kimi – səhv düşüncə.. Bu cür eyvanlara Bakının çox yerində rast gəlmək olar. Bu birbaşa memara hörmətsizlikdir, yaxşı ki buna daha çox standart sovet panel evlərində rast gəlinir. Ancaq şəxsi evlərdə sonradan artırılan hissələr olur, bunu isə ancaq layihənin memarı etməlidir.

12. Eyvan binada ritmləri oynadan vasitə kimi, işıq kölgə yaradır.. Şəxsən fikirləşirəm ki, eyvanlarla memar ayrıca məşğul olmalıdır. Planda eyvan yerləşdirmək çətin deyil, əsas onu fasadda yerləşdirməkdir. Onun eni-uzunu ideal mütənasüblüklərlə olsa bina da ideal görsənər. Çox vaxt yeni başlayan tələbələr eyvanın xarici görünüşünü nəzərə almadan layihə verir, sonradan isə istədiyi binanı ala bilmir. Gərək planla fasad bərabər işlənə.

13. Künc eyvanları – əsasən erkerin üstündə olur..

14. Eyvanlar əsasən yaşayış binaları üçün xarakterikdir…

15. Konstruksiyası – kansolla, asma, sütunla..

16. Çox vaxt şimala baxan hissəni bağlayırlar..


17. Eyvanda yuxarı mərtəbəyə çıxmaq üçün pilləkən olur…


18. Bir neçə eyvan bir fomada qurula bilər.. hamısı bir yerdə ümumi forma yaradar…

Suallarınız olsa buyurun..