AYF Palace Hotel (otellər silsiləsindən)

Növbəti səfər AYF palace Hotel-ə oldu.

Otel 5 ulduzludur.  Administrator oteldə bir prezidend nömrəsi olmaqla 18 nömrə olduğunu dedi.

Burada da Park inn-də olduğu kimi birinci mərtəbədən ikinciyə çıxan geniş pilləkən var idi amma digər mərtəbələrə yenə dar, ensiz pilləkən çıxırdı. Yalnız Park inn-dən fərqli olaraq burada pilləkən yanğın çıxışı deyildi sadəcə ensiz idi (otelin tipinə görə bunu o qədər də böyük qəbahət saymaya bilərik baxmayaraq ki 5 ulduzludur). İkinci mərtəbədə lüzumsuz həddə böyük bilyard zalı yerləşirdi. Hətta administrator bildirdi ki bura o qədər çox istifadə olunmur, belə çıxır ki havayı yer itkisi var.

Ən üst mərtəbədə kiçik restoran var.

Mərtəbələrdən biri xüsusi olaraq müdir və konfrans zanı üçün istifadə olunmuşdu. Müdirin mərtəbəsində üç otaqda üç katibə və istirahət üçün xüsusi otaq vardı. Fikrimcə bunun əvəzinə əlavə bir nömrə və ya başqa yararlı otaq yaratmaq olardı. Gözümdən yayınmayan bir səhv də konfrans zalının yuxarı başında kiçik sanitar qovşağı-duş olması və qapısının düz zala açılması oldu.

Ümumiyyətlə oteldə bizi yaxşı qarşıladılar buna görə AYF otelin işçi heyətinə təşəkkür edirəm. 5 ulduzlu olmasına baxmayaraq buna ilk baxışdan tam cavab verməsə də otelin “boutique” (administrator az nömrəli kiçik otel olduğundan AYF otelin bu qəbilə aid olmasını bildirdi) olduğunu bilib buna göz yummaq olar.

Nömrələrin səliqəli, təmiz, geniş olmasını əlbəttə müsbət dəyərləndirmək lazımdır.

QEYD: şəkillərə görə İlhama və AYF otelin heyətinə gəzmək üçün yaratdığı şəraitə görə təşəkkür edirəm.