Üzlük Materiallar – Mis

Bu gün dünyada onlarla yeni üzlük materiallar istehsal olunur. Onlar adətən özlərindən əvvəlki materiallardan qat-qat keyfiyyətli, praktik, ucuz başa gələn olur (bəzən də təhlükələri..)

Bu yazımda mis üzlüklərdən danışacam.

Bu material fasadda istənilən əyrilikləri almaqda və fasada özünəməxsus effekt verməkdə memara çox kömək olur.

Mis örtükdən fasad, dam örtüyü kimi istifadə oluna bilər. Bəzən interyerdə də istifadə olunur, adətən ictimai binaların keçid məkanlarında (dəhliz, vestibül və s.) Fasadda örtüyün altında quraşdırılan izolyasiya təbəqəsi isti və soyuğun daxilə keçməsinin qarşısını alır.

Üzlüklər sifarişə uyğun müxtəlif rəng və dekorlarda hazırlanır – çıxıntılı, deşikli, torşəkilli, kompazisiaya uyğun müxtəlif dekorlu və s. olur. Rəngləri isə sifarişə uyğun – qızılı, qara, paslı dəmir effektli, boz, parıltılı və s. olur.

Keyfiyyət və müasirlik baxımından bu material çox xoşuma gəlir, xüsusilə memar Frank Gehry-nin layihələri bu materialı daha da sevdirir.

Mis materialı “Bakı 2010, 23-26 noyabr”da keçirilən inşaat sərgisində gördüm. Məhsulu Alman şirkəti olan KME təklif edirdi. Azərbaycan üçün qiymətləri 50-150 manat olmaqla dəyişir (hər kvadrat metrəsi).

QEYD: Növbəti yazılarımdan biri təhlükəli üzlüklər haqqında olacaq.

QEYD 2: KME şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyi HFS International Limited-dir. Göstərdiyi köməkliyə görə şirkətin əməkdaşı Arzu Heyderovaya təşəkkür edirəm.