Kompyuter yoxsa ənənəvi Memarlıq qrafikası?

Bu gün haqqında danışmaq istədiyim mövzu vizualizasiya və onun yaxşı-pis tərəfləri olacaq. Adətən bu mövzuda söz düşərkən mübahisələr yaranır. Kompyuter qrafikasının yaxşı olması və ya ziyanlı tərəfləri barədə söhbətlər danışılır. Öz fikrimi və Memarlıq qrafikası sahəsində axtarışlarım haqda söz açacağam.

11037706_10202376942223142_1435515095743276856_n

İlk əvvəl gəlin vizualizasiya haqda razılığa gələk. Əgər fikirlərimlə razı olmayan olsa məqaləyə şərh hissəsində müzakirəni davam etsək xoş olar. Ümumiyyətlə Memarlıq da digər incəsənət sahələrində olduğu kimi hər hansısa fikirlə yaranır və bu yaradanın özü üçün yox, normal halda, hər kəs üçündür. Deməli yaratdığın “nə isə” başqaları tərəfindən görülməli və ya duyulmalıdır. Məsələn, musiqiçi fikrindəki melodiyanı notlara çevirməsə onun yaradıcılığını heç kim görməyəcək və onun əsəri nə qədər gözəl olsa da yaşamayacaq. Başqa tərəfdən rəssam da öz əsərini çəkməsə, sadəcə fikrində canlandırsa yenə də onun ideyası heç kəs tərəfindən görünməyəcək və s. Eynilə Memarlıqda da bu məsələ var, məsələn, fikrində canlandırdığın layihəni əvvəlcə sifarişçiyə göstərməli və razılığa gəlməlisən ki, ideyanı reallaşdıra biləsən.

Bəs bunun üçün hansı yollar var? Ənənəvi qaydada eskiz çəkmək və ya layihənin professional perspektivasını qurmaq lazım idi. Bu dövr min illərlə gələn və kompyuterin geniş yayılmasına qədərki dövrü əhatə edir. Təxminən son 20 ilə qədər. Hal-hazırda eskiz və ya perspektivanın yerini bəzən qismən, bəzən isə bütünlüklə kompyuter qrafikası əvəzləyib. Bu yerdəyişmənin kökündə Memarlardan daha çox həm də dövrün tələbləri dayanır. Təkcə vizualizasiya, yəni render baxımından yox, müasir Memar həm də işçi layihəni hazırlamaq baxımından kompyuterə möhtacdır. Əks halda Memar dünya ilə ayaqlaşa bilməz və onun ideyalara reallaşmaz. Memarın yaradıcılığı sürət əsri ilə üst-üstə düşməz. Bu isə passiv Memarlıq olar. Əlbəttə heç bir Memar bunu özü üçün arzulamaz. Ən azından yaradıcı biri olaraq, heç kim ideyalarının sadəcə özündə qalmasını istəməz.

Storm-House-by-Arkin-Adam-Esref

Arkin Adam Esref tərəfindən hiper realistik renderə nümunə. Məqsəd, render olmasına baxmayaraq həyatın anlarını göstəmərkdir. Məsələn, binanın tufan vaxtı görüntüsü

Bunlar hamısı aydın məsələlərdi. Bəs kompyuter qrafikası yaradıcılıqdırmı? Bax bu suala cavab əslində bütün mübahisələri aradan qaldıra bilər. Fikrimcə kompyuterlə, rəqəmsal olsa belə yaradıcılıq əlbəttə qabiliyyət, talant tələb edən işdir. İkinci sual – bəs kompyuter qrafikası ilə məşğul olmağı bacaran insan qabiliyyətlimidir? Hər zaman yox. Söhbət çətin proqramları əlinin içi kimi bilməkdən yox, talantdan gedir. Görülən iş rəqəmsal olsa da, olmasa da sonunda qrafik işdə lazım olanlar rəssam səviyyəsində, qabiliyyətlə həll edilibsə sözsüz ki, bu yaradıcılıqdır.

Bəs mübahisələri yaradan nədir? Rəssamlıqla hər insan məşğul olmur. Primitiv götürsək adicə boyaları, kətanı almaq, hardasa natürmort düzəldib onu çəkməyi hər sadə insan etməz.  Amma kompyuter qrafikası ilə istənilən insan məşğul ola bilər, çünki lazım olanlar hamının evində olan kompyuterdə var. Proqramların “crack” versiyasını yükəlyib hamı kompyuter qrafikası ilə məşğul ola bilər. Asanlıqla başa gəlmiş renderlər isə onu edən insan tərəfindən çox bəyəniləcək. Amma yaradıcı iş üçün lazım olan gözəllik, düzgünlük olanlar olmayacaq (bir çox hallarda). Söhbət, işıq-kölgə, rənglər, tekstura və s. -dən gedir ki, bunu anlamaq, duymaq üçün insana rəssamlıq qabiliyyəti lazım olur.

a8306a48c58fe6bf50c11c8c8c84538a

Həmyerlimiz Elvin Əliyev tərəfindən hiper realistik render edilmiş Memar Tadao Andonun layihəsi

Bunu qəbul edək ki, bəzən rəssamlığı bacarmayanlar da gözəl render, yəni kompyuter qrafikası nümayiş etdirə bilir. Burada söhbət mütləq rəssamlıq qabiliyyətli olmalıdır və ya rəssamlığı bacarmayan adamdan yaxşı vizualist çıxmaz demək düzgün deyil. Duyum, hissiyat və s. olan insanlar bu işin öhtəsindən lazımınca gələ bilir.

Deməli, bu iş əslində qabiliyyət işidir. Amma tək rəssamlıq qabiliyyəti yox, ümumi hissiyat və duyum məsələsidir. İstənilən halda isə öz şəxsi fikrimcə Memar ilk növbədə eskiz çəkə bilməli, öz həyəcanını kağıza tökə bilməli ondan sonra isə ehtiyac olarsa kommpyuter qrafikasında bu işi daha dərindən işləyib göstərə bilməlidir.

Başqa bir məsələ isə dövrümüzün tələbi halına çevrilmiş vizualizasiyanı bacarmayanlara Memar kimi baxmayanlar var. Bu məsələ haqda geniş müzakirəyə ehtiyac yoxdur, çünki fikir kökündən səhvdir. Bu sözün altında duran fikir onu deyir ki, 20 il əvvələ qədərki Memarlar Memar olmayıblar. Nə isə…

Memarlıq və qrafika əslində bəzi hallarda bir-biri ilə çox yaxınlaşır. Bəzi Memarlar öz işlərini sadəcə kağız üzərində qrafik olaraq layihləndiriblər. Adətən 20-ci əsr Memarlarında bu dəb idi. Ard-arda yeni yaranmış rəssamlıq, ümumiyyətlə incəsənət növləri, həyat bu cür Memarlar yetişdirirdi. Iakov Chernikov kimi.

chernikhov-2

cher_3

0a4493880ed0c434db381ea0fcbecf1ed13059a4_m

4-Iakov

Və ya Memar Aldo Rossi kimi. Onun sifarişçi üçün çəkdiyi plan, kəsik, perspektiva o səviyyədə idi ki, onlar artıq muzeylərdə qrafik iş kimi nümayiş olunur.

rossi-2

tumblr_luu6oeZIgo1qe0nlvo1_1280

Nəticə: Əgər düzgün qaydada kompyuter qrafikası ilə məşğul olunursa, deməli bu qəbulolunan yoldur. Əks halda kompyuterin verdiyi imkanlarla, sürətli amma keyfiyyətsiz işlər meydana çıxacaq. Əl qabiliyyəti isə heç zaman aktuallığını itirməyən və Memarın bacarması lazım olan üstünlüklərdəndir.

Mövzuya uyğun 2011-ci ildə yazdığım ilk yazımı bu keçiddən oxuya bilərsiniz.