Konstruktivizm

Konstruktivizim qərbdə yaransa da özünün ən yaxşı dövrünü SSRİ-də tapıb. Bu üslübda maksimal utilitarizm özünü göstərir. “Sadəlik və məqsədyönlülük” konstruktivizmin devizidir. Göstərişdən və dəbdəbədən uzaq olan bu üslübdakı binalar insanlar arasındakı ümumi bərabərliyə meyl edirdi.

Üslübün yaranmasının ilk qığılcımları 19-cu əsrin sonlarında özünü göstərdi. Dəmir-beton konstruksiyalardan istifadə etməklə iri həcmlər yaratmaq mümkün olurdu. Bu konstruksiya həm də binadan kənara çıxan və havada qalan konstruksiyalar yaratmağa imkan verirdi. Material kimi adətən saf betondan üzlük örtüyü kimi istifadə edirdilər. Indi də bu materialdan bəzi müasir evlərdə, binalarda görmək olar.

İlk nümunə kimi 1852-ci ildə Londonda ümumdünya sərgisi üçün tikilmiş “Xrustal saray” və Fransadakı Eyfel qülləsini nümunə göstərmək olar.

İlk konstruktiv memar kimi Peter Behrens-i hesab etmək olar. Oun Peterburqdakı Alman səfirliyi binası bu üslüba aid ilk nümunələrdəndir (1911).

SSRİ-də bu üslübün liderləri – Konstantin Melnikov, Moisey Qinzburq, Vladimir Tatlin və b.-larını dmək olar.

Konstruktivizmin banısı isə Le Korbuzye sayılır. Onun 5 prinsipi konstruktivizmin inkşafına şərait yaratmışdı. Korbuzye yenilik edib binanın konstruktiv elementlərini binaya gözəllik verən memarlıq kimi istifadə edir və beləliklə 20-ci əsrin ən populyar və mənə görə ən gözəl üslüblarından biri – Konstruktivizm rəsmi olaraq meydana gəlir.


QEYD : Bakıdakı konstruktiv binalar haqqında xüsusi məqalə yazmağa hazırlaşıram, kimin məsləhəti varsa deyin, sevinərəm.

QEYD 2: köməyə görə İlham Əlimməmədova təşəkkür edirəm.