Park inn (otellər silsiləsindən)

Bakıda mövcu olan otellər haqqında araşdırma etdim, gözləmədiyim nəticələrlə qarşılaşdım.

İlk olaraq Park inn otelinə yollandım. İşçilər yaxşı qarşılasalar da otel bir o qədər də xoşuma gəlmədi. 4 ulduzlu olduğunu dedilər, xidmətə görə ola bilər amma bəzi memarlıq qüsurları oteli gözdən salır. Məsələn, mərtəbələrin hündürlükləri alçaq idi. İnsan özünü sıxılmış hiss edir. Ən böyük səhv isə bina hündürmərtəbəli olsa da, orada əsas hərəkət liftlərlə idi, pilləkən isə yalnız dar yanğın çıxışı sayılırdı. Holldakı böyük pilləkən yalnız ikinci mərtəbəyə-konfrans zallarına çıxır.

Lüks nömrələrin standart nömrələrdən yalnız mərtəbə fərqi var idi. Belə ki alçaq mərtəbələr mənzərəsi olmadığına görə standart, yuxarı mərtəbələr isə mənzərəsi yaxşı olduğuna görə lüks nömrələr sayılır (buradan Xəzər dənizinə gözəl mənzərə açılır).  Düşünürəm ki, belə olan halda lüks nömrələr öz xarakterini müəyyən qədər itirir-yalnız mənzərə fərqi olmaqla bahalı nömrə. Üstəlik lüks nömrə olmasına baxmayaraq yataq adi yataq ölşüsündən kiçik görünürdü, dünya praktikasında isə bu əksinədir.

Otaqların düz ortasından sütun keçməsi isə başqa qüsurdur. otaqda hərəkəti, rahatlığı pozur.

Axırıncı mərtəbədə restoran yerləşir ki burada ancaq sushi menu ilə qonaqlara xidmət göstərirlər. Birinci mərtəbədə ayrı restoran da fəaliyyət göstərir.

İdman zalı 10 nəfərlik olması da fikrimcə düzgün deyil. 248 nömrə üçün bu azdır həm də kiçik zal olduğu üçün komfortlu deyildi.

Otelin memarının kimliyin öyrənə bilmədik amma görünür layihəyə bir o qədər də can yandırmayıb. Xidmət yaxşı idi amma nə vaxtsa zəng etsəniz sizə rus və ya ingilis dilində cavab verəcəklər ki bu da növbəti qüsur.

(Qeyd: şəkillərin təşkilinə görə İlhama, bizi gəzdirmək üçün çəkdikləri əziyyət üçün isə Park inn otelinin işçi heyətinə təşəkkür edirəm.)