emarlıq.com olaraq yay ərzində məqalə yazmağa ara versəm də, yeni təhsil və iş ilindən etirabən yeni məqalələrlə tez-tez görüşəcəyik. Bu qısa fasilədən sonrakı ilk məqalə isə ölkəmiz və dünya üçün əhəmiyyətli günə hərs olunur. Memarlıq günü, ustad Memar Le Corbusier-in doğum günü və Azərbaycanda ilk Memarlar klubunun açılışı.
Bildiyiniz kimi dünyada Memarlıq günü hər il oktyabr ayının ilk bazar ertəsi qeyd edilir. Bu mövzuya əvvəlki məqalədə toxunmuşduq. Eyni zamanda təsadüfən bu il eyni gün ustad Memar Corbusier-in doğum gününə təsadüf etdi. Bir sözlə bayram bayrama qarışdı. Belə əlamətdar günü Azərbaycana aid etmək üçün isə Memarlar klubunun açılışını elə məhz 6 oktyabr tarixinə qərarlaşdırdıq.
Memarlar klubu dünyanın bir çox ölkəsində uzun illərdirki var olan və olduqca səmərəli fəaliyyət xətti ilə inkşaf edən vacib Memarlıq beşiyidir. Təəssüflər olsun ki, min illərlə Memarlıq və 100 illik peşəkar Memarlıq tarixi olan Azərbaycanda belə bir klub heç zaman olmayıb. Belə məkanın yaradılmasını hələ tələbə vaxtlarımdan çox arzulasam da təəssüf ki, bu təşəbbüs heç kəs tərəfindən irəli sürülməyib.
Artıq tələbəlik illərinin bitməsini və universitetlərimizdə olan təhsilin qaneedici olmadığını görüb bu cür Memarlıq evinin yaradılmasının vacib olduğunu düşündüm və əlimdən gələn qədər kiçik də olsa belə bir məkan yaratmağa müvəffəq oldum. Bu xoşbəxtliyin yaranmasında iştirak edən dostlarımın hamısına fürsətdən istifadə edib təşəkkür edirəm. Fotolardan da gördüyünüz kimi, 3 qat bayramın bir gündə olduğu vaxtda ənənəyə sadiq qalıb kiçik şənlik keçirdik və rəsmi olaraq “qeyri-rəsmi Memarlar klubu”nun açılışını həyata keçirdik. Klubun adının isə Memarlıq yox, Memarlar klubu olmasının səbəbi, burada insan amilinin daha qabarıq olmasına işarədir. Memarın yaxşı yetişməsi üçün düzgün mühit və gözəl əhatə mühim rol oynayır. Klubumuzda buna nail olmağa çalışırıq.
Bura İçəri Şəhərdə, Kiçik Qala 5 ünvanında yerləşən emalatxanamdır, amma tək özüm üçün yox, həm də Memarlığı sevən və ona hörmət edən, Memarlığı heç nəyə satmayan dostlarıma qapısı hər zaman açıq olan yerdir. Burada heç olmasa həftədə bir dəfə yığıncaq keçirib Memarlıq haqda kinolara baxa bilərik, təcrübəli Memarları dəvət edib mühazirə dinləyə bilərik və ya sadəcə gəlib kitab oxuya, eskiz çəkə bilərik.
Bu klubun yaranmasında əsas məqsəd, təhsilimizdə Memarların yetişməsi üçün lazım olan boşluğu müəyyən qədər doldurmaqdır. Ümid edirəm bu yolla istedadlı gənc Memarlar və tələbələr bir-biriləri ilə tanış olacaq, fikir mübadiləsi edəcək, mariflənəcək və gələcəyə daha hazır şəkildə Memarlıq yoluna qədəm qoyacaqlar.
Klubda keçirilən tədbirlərdən xəbər tutmaq üçün ya mənimlə birbaşa mobil əlaqə yaradın, ya elektron məktub yazın, ya da facebook səhifəmizi izləməyə davam edin.
Ümid edirəm siz də bizə öz fəaliyyətinizlə dəstək olacaq və lazımi biliklərin bölüşməsində öz töhfənizi verəcəksiniz. Hər birinizi kiçik klubumuzda görməyə şad olaram :)
Salam..
Bu cur gozel bir fealiyeti heyata kecirmeyinize cox sevindim..tesekkurler heqiqetende.
Inanin ki meqaleni oxuduqca icimde qeribe bir heyecan yarandi ozumu o muhite atmaq istedim..
Heqiqeten bizim cemiyyet ucun heddinden artiq gerekli bir sosyal klubdu esas da yetismekde olan genc memarlar ucun..cunki etrafimda yetismekde olan (ozum de daxil bu arada) genc memarlari gordukce heqiqeten bele bir klubun ehtiyaci duyulur..sizin de yuxarida qeyd etdiyiniz kimi gorusub muzakireler etmek, fikir mubadilesi ucun cox vacib muhitdi..
Hal-hazirda bakidan kenarda yasadigima gore heyfslenirem ama bakiya her geliwimde klubu mutleq ziyaret etmek isterem..kluba da her defesinde elimnen geldiyi qeder faydali melumatlarla destek vermeye caliwacagam..
goruwmek umidiyle.. isinizde ugurlar!
Salam Kənan,
Xoş sözlərin üçün təşəkkür edirəm. Ümid edirəm sizi də klubumuzda tezliklə görərik. Doğrudan da az zaman keçməsinə baxmayaraq, klubun fəaliyyətindən sonra gənc Memarlarda sevinc, həvəs, peşəsinə sevgini görməyə başladım. Ümidvaram ki, gündən günə sıralarımız artar və gənc Memarlar olaraq ölkəmizdə olan böyük boşluqları doldura bilərik.
Sizə də uğur arzu edirəm
salam Urfan senin universitete hazirlayan resm resmxet muellimin kim olub?
Salam Ceyhun. Rəssamlıq akademiyasında kafedra müdiri Kazım Ağabəyov
salam
qoyun bele deyim ki bakı foto şəkilləri ən gözəl şəkillərdənidi ki bir zamanlar bizim evlərimizi yani güney azərbaycanlıların evlərini bəzərdi. axı bu şəhərdə peşəkar memarlıq olduqca gözəlidi. bu binaların bənzəri bölgədəki paytaxtların heç birində yoxidi. nə tehranda nə bağdadda nədə istanbulda.
biz ora bir əlçatılmaz şəhər kimi baxardıq. modernlikden danışanda texnaloqyadan danışaçda qoca nəsil bakıdan danışardı.
təki gəlib memar olduq. ilk gunlərdən bakı memarlarilə ünsiyət qurmaq istərdim onları tanımaq istərdim.ama nəinki bir klub hətta memarlıq və inşaat universitətin belə web sayti yoxudu. bu sözü 2005inci illərə görə deyirəm. o zamanlar İranin ən ucqar universitətlərinin belə int sayti varıdi.əmin deyiləm ama bəlkə dilənçi ermənilərin çoxdan klubları varidi və bu bizi narahat deyil əsəbləşdirirdi belə. axi ora böyük memarlıq muzeyi olan bakıidi.
yenədə çox sağ olun ki bu klubu qurmusunuz. belə aktivasiyalar memarlığın üyrənilməsinə və evrəninə böyük koməklik edər və inşallah edəcəkdi. eləki azərbaycan memarınında cizqisini bakı və sairə şəhərlərimizin binalarında görəcəyik. və o zaman inkişafı içdən duyacayıq. sevinəcəyik
sevinəcəyik ki nefti satıb pullarıilə xarici şirkətlərinən bina tikdirəcək qədər ləyaqətsiz bacarıqsız deyilik.
sağ olun
fəriborz fərəczadə
Salam qardaş,
Xoş sözləriniz və etimadınız üçün təşəkker edirəm. İnşAllah bu yolda əlimizdən gələni edəcəyik. Yaxın gələcəkdə sizi də klubumuzda görməyi arzu edirəm. Bir daha təşəkkürlər
17yawli qızlar və oğlanlar bu kluba gəlməyi düzgündürmü?
Niyə də yox. Amma adətən klubda Memarları yığışır və fikir mübadiləsi edir
Salam Urfan öncədən belə bir klub yaratdiginiz üçün sizə dərin təşəkkürümü bildirirəm çox istərdimki sizinlə və klubunuzla yaxindan taniş olmaq .
Təşəkkür edirəm İlkin. Ümid edirəm yaxından tanışlıq qismət olar
Salam by kulub helede fealiyyet gosterir?men memar deyilem ama ressamam memarig hagginda oyrenmek istyrem hemde kluba uzv olmag) ola bileremmi?)
Salam. Səhifəmizi izləməyə davam edin və təlimlərimizdə iştirak edin. Beləcə yaxından tanışlıq ola bilər
Salam Urfan.Bele bir klub yaratdiginiza gore cox sag olun. Bu klub memarlarimizin inkisafina ve bununlada Azerbaycanda memarligin inkisafina cox yaxsi tesir edecek.
Men ixtisasca muhendis olmagima baxmayaraq memarliq senetinin aludecisiyem. Bele bir klubun varligindan xeber tutanda cox sevindim.
Men sizin kluba gelib getmek , ordaki memarlarla ve sizle tanis olmaq ve bu sahede sohbetler etmek , bilmediyim incelikleri orgenmeyi cox isterdim.
Salam Namiq. Xoş sözləriniz üçün təşəkkür edirəm. Səhifəmizi izləməyə davam edin, növbəti təlimlərimizin elanları veriləcək. Qoşulun, iştirak edin, beləcə tanış olaq :)
Urfan salam.
Memarligin esaslarini ozunde birlesdiren, dolgun edebiyyatlardan bir necesini burda yaza bilersiz?
Yeni eger memarsansa hemin edebiyyatlari oxumalisan, bilmelisen bu cur kitablardan
Salam Namiq. Xüsusi kitab oxumaqdan çox, həyatı, insanları, yaşamı, tarixi, mədəniyyəti öyrənsəniz kifayət edər. Bundan sonra sizə hansı mövzuda kitab lazım olduğunu özünüz başa düşəcəksiniz
Kateqoriyalar
Blogroll