Memarlıqda olduqca vacib elementlərdən biri də qapılardır. İlk baxışdan o qədər də çətin görsənməsə də, memar gərək onların eni, uzunluğu, hansı tərəfə açılması, növü, materialı, işıq keçirdib-keçirməməsini, otağa görə rahat yerləşdirməsini və s.-ləri bilsin.
(Qapıların eni planda minimum 1000 mm. , hündürlüyü min. 2200 mm. , qoşa qapıların eni min. 1200 mm. (hər tay 600 mm.) olmalıdır)
Bu, qapılar haqda ümumi məlumat idi, bu yazımda isə yeni nəsil qapıları sizinlə bölüşmək istəyirəm. Şəkillərdə gördüyünüz qapıları bir neçə gün əvvəl memarlıq və dizayn sahəsində ixtisaslaşmış www.digsdigs.com saytı nümayış etdi.
Karim Rashid tərəfindən Di bi Group üçün hazırlanan bu qapılar Sensunels adlanır. Qapılara sifarişə görə rəng, dekor və ölçülər verilir. Yeni qapılar futurizm üslubundadır.
Məncə bu qapılar interyeri daha canlı, sərin, maraqlı göstərəcək. Son dəblə ayaqlaşan qapılar interyerdə xüsusi yer tutur, incəsənət əsəri kimi.
QEYD: Ölçüləri mm.-lə yazmağımın səbəbi memarlıqda bunun bir qayda olmasıdır.
QEYD 2: Futurizm haqda gələn yazılarımda məlumat verəcəm, bu olduqca maraqlı memarlıq üslubudur.
QEYD 3: Faktları digs-digs saytından əldə etdim.
QAPILARIN MINIMUM 1000 MM OLMASI YALNIZ ASAS GIRISH QAPILARINA SHAMIL EDILE BILER.DAXILI QAPILAR 900-800MM VA HATTA EYVAN QAPILARI 700MM OLA BILAR.
KARIM RASHID artiq dunya saviyyali dizaynerdi va onun kompozisiyalarina komentariya yazmaq yersiz olsada manca bu qapilardaki naxislara hacmde verilsa daha futuristik va bionik baxilardi.
ESASEN GIRISH QAPILARI MINIMUM 1000MM LAYIHELENIR.OTAQ DAXILI QAPILAR ISA 900-800MM NAZARDA TUTULUR.EYVAN QAPILARI ADETEN 700-800 MM NEZERDE TUTULUR.BIR CHOX BREND MARKALARIN ISTEHSAL ETDIYI QAPILAR 900-2160MM OLCHUSUNDA OLUR.
Şahin düz deyirsən, indi ölçülər daha dəqiq oldu. Amma mən qeyd etmişdim ki planda 1000 mm olur. yəni hər tərəfdən 5-10 sm çərçivə üçün çıxsaq daxili qapılar sənin dediyin ölçülərə uyğun gəlir.
Həcm məsələsində də razıyam. Bir şeyi də nəzərə almaq lazımdır ki qapıda gözü yoran dizayn olmasın, çünki qapı ən çox istifadə olunan elementlərdəndir və gözü tez yora bilər.
Fikrini bildirib, daha çox məlumat bölüşdüyün üçün təşəkkür edirəm
900 mm lik qapilar otaq daxili qapilar sayilir bu zaman qapinin tamiz olchusu 810 mm qalir yani har tarafdan 40 mm charchiva olur.bele qapilar layihede deqiq 900 mm kimi
gostarilir.digar olchulu qapilarda hamin qaydada gostarilir.
qapilarda hacmlar max 10-18mm qabariqliqda olsa nisbatdan chixmaz eksine maraqli illuziya yaradar.yenede bu muallifdan asilidir.Bizde ise bele texnologiyalar heleki yoxdu ki oz fantaziyamizi reallashdiraq.
Sahifanida chox gozel yaratmisan alqishlayiram.
Əhsən, ölçülərə ciddi yanaşırsan, bu memarlıqda vacib amildir. İdeanı da bəyəndim. Amma məncə bunu reallaşdırmaq üçün texnalogiya var. 3d Max proqramında yığa bilərsən öz ideanı, bəlkədə fürsət düşsə xarici şirlətlərə də sata bilərsən.
Təşəkkür edirəm. Həm komplimentə görə həm də biliklərini bölüşdüyünə görə
Salam. bu qapilari hardan ? nece almaq olar? mumkunse nomreya adres
Salam. İnternetdən axtarış vermək lazımdır, Azərbaycanda rastıma çıxmayıb, inanmıram ki, bizdə satışda olar
Kateqoriyalar
Blogroll