Yeni nəsil qapılar

Memarlıqda olduqca vacib elementlərdən biri də qapılardır. İlk baxışdan o qədər də çətin görsənməsə də, memar gərək onların eni, uzunluğu, hansı tərəfə açılması, növü, materialı, işıq keçirdib-keçirməməsini, otağa görə rahat yerləşdirməsini və s.-ləri bilsin.

(Qapıların eni planda minimum 1000 mm. , hündürlüyü min. 2200 mm. , qoşa qapıların eni min. 1200 mm. (hər tay 600 mm.) olmalıdır)

Bu, qapılar haqda ümumi məlumat idi, bu yazımda isə yeni nəsil qapıları sizinlə bölüşmək istəyirəm. Şəkillərdə gördüyünüz qapıları bir neçə gün əvvəl memarlıq və dizayn sahəsində ixtisaslaşmış www.digsdigs.com saytı nümayış etdi.

Karim Rashid tərəfindən Di bi Group üçün hazırlanan bu qapılar Sensunels adlanır. Qapılara sifarişə görə rəng, dekor və ölçülər verilir. Yeni qapılar futurizm üslubundadır.

Məncə bu qapılar interyeri daha canlı, sərin, maraqlı göstərəcək. Son dəblə ayaqlaşan qapılar interyerdə xüsusi yer tutur, incəsənət əsəri kimi.

QEYD: Ölçüləri mm.-lə yazmağımın səbəbi memarlıqda bunun bir qayda olmasıdır.

QEYD 2: Futurizm haqda gələn yazılarımda məlumat verəcəm, bu olduqca maraqlı memarlıq üslubudur.

QEYD 3: Faktları digs-digs saytından əldə etdim.