Milan Suite Hotel-ə ikinci həyat

roqramın 2-ci dərsi olaraq bizə Milanda yerləşən və fəaliyyət göstərən otelə yenilik gətirməyimiz tapşırıldı. Bu otel Milanın şimalında yerləşən Milan Suite Hotel –dir. Böyük otellər zəncirinə sahib olan Planetaria Hotels Group şirkətinin otellərindən biri.

Əsas tapşırıq o idi ki, necə edirsiniz edin, bu binada insanları cəlb edəcək nəsə yaradın, otelə heç bir yerdə olmayan yenilik gətirin. Binanın yerləşdiyi yer son vaxtlar inkşaf etməyə başladığı üçün insanları şəhər mərkəzindən buraya dəvət edəcək yeni nəsə lazımdır. Eyni zamanda yeni ideya ərazidə çatışmayan nəyisə burada yaradıb, yerli camaatın diqqətini özünə cəlb etməlidir.

Bunun üçün qısa vaxt və tələbkar müəllimlərimizin zəhmi bizə kifayyət etdi ki, detala girmədən ümumi konsepti quraq və layihəni slide-lar şəklində onlara təqdim etdirək. Konsepti fotolarla, eskizlərlə, qrafik renderlər və kollajlarla izah etməyə çalışacağam.

Sifarişçinin tələbi aydın olsa da, professorların istəyi şəhərsalmadan başlayıb, ərazini öyrənməyimiz, ətrafda yer alan restoran, mağaza və insanları araşdırıb, bölgə üçün ən vacib lazım olan predmetlərdən istifadə edib oteli redizayn, relife etməyimiz oldu.

Müəllimlərin şəhərsalma tələb etmələri bəs deyilmiş kimi, bir də Memarlıq və İnteryeri də qurmağımız istənildi. Lap yaxşı :)

Aşağıdakı karikaturada dünyanın binalar tərəfindən yeyilməsi və yaşıllıq hissələrin azalmasına dair ürəkağrıdan mənzərə əks olunub.

Buradan yola çıxaraq otelimizin əsas xəttini təşkil edən konsepti qurdum. Belə ki, otellər Butik otel, Sport otel və s. kimi kateqoriyalara bölünür. Biz də otelimizi Park Otel adlandırmaq qərarına gəldik. Əlbəttə park təkcə sözdə yox, həm də əməldə özünü göstərməli idi.

Getdik slide-lara:

Burada binanın ətrafında yer alan parklara nəzər salaq. Parklar binadan çox aralıdı və yaşayış komplekslərinin daxilindəki kiçik parkları da sadəcə orada yaşayan insanlara xidmət edir. Bu səbəbdən binanın ətrafında park üçün yer olmadığına görə, parkı binaya gətirmək lazım gəldi. Bu haqda bir az sonar..

2 -ci fotoda göstərmək istədiyim park silueti fonunda təbiətdir

3 –cüdə təbiəti kəsirik

Bina tikirik

Yaşı tikək. Amma heç olmasa kəsdiyimiz təbiəti binamızda bərpa edək. Aşağıda binanın terrasında çox asan başa gələn yaşıllaşdırma işlərini vurğulayıram. Sadəcə dipçəklərdə yaşıllıqlar terrasa qoyulur, əlavə yaşıllaşdırma qurğuları lazım deyil və dipçəklər kənardan görünmür, sadəcə yaşıllıq görünür. Binaya bu toxunuş çox asan başa gəlir və cazibədar görünür. Binanın qarşısında səki hissədə bir dənə də olsun yaşıllıq yoxdur, ona görə də, binanın 2-ci mərtəbəsindən – terrasdan etibarən yaşıllıqların yerləşdirilməsi, bu boşluğu doldurur. Terrasda hər qonşu arasında metal sərhəd var, biz onları yaşıllıqlarla əvəz edib, daha canlı görüntü yaradırıq. Üstəlik mühit baxımından, otaqlara düşən yaşıllığın kölgəsi daha canlı aura yarada bilir. Bu haqda kölgə oyunu məqaləsində danışmışdıq. Yaşıllıqlar həm də binanın narıncı fonu ilə ahənglik təşkil edib maraqlı dizayn yaradır.

Terrasın gecə işıqlanması ilə yaşıllıqların sadəcə qaranlıq siluetinin görünməsi də fasadda fərqli naxışvari cizgilər yaradacaqdır.

Daha sonra müasir texnalogiyanın imkanlarından istifadə edib binanın damında yaşıllaşdırma işlərini cızma-qara etdim. Artıq dəfələrlə təcrübədən keçmiş bu sınaq Milanın özündə də çox binaların üstündə yer alır və heç bir problemsiz, əlavə üstünlüklər verir. İstər ekoloji baxımdan, istər həyat tərzi – Memarlıq baxımından, istərsə də fərqli mühit baxımından əlverişli Memarı elmentdir.

Bundan sonra binaya çox sadə, ancaq funksional Memarlıq qatmalı idik. Sifarişçinin tələbinə görə binaya ikinci restoran lazım idi. Biz də bunu parklarda olduğu kimi sadə yolla restoran eskiz etdik. Ancaq bunu binaya əlavə Memarlıq kimi yox, sadəcə bir xəttlə göstərmək istədik. Çünki bu hissənin kompozisiyasında dominantlıq parkda olmalı idi. Restoranı parka əlavə etmək ideyası parkı restorana əlavə etmək ideyasından daha qabarıq olduğu üçün, restoranı sadə bir xəttlə vurğuladım.

Bu dəyişiklikdən sonra binanın damı park və restoran zonası olmaqla 2 hissəyə ayırldı. Bununla da əldə etdiyimiz məkanların sayını artırmağa nail olduq. Məsələn, aşağıdakı qrafikaya nəzər salsaq görərik ki, burada 5 fərqli məkan var:

– Üstü və kənarları bağlı restoran,

– Üstü bağlı, kənarları açıq park,

– Üstü də, kənarları da açıq park,

– Ütü bağlı, kənarları açıq restoran və

– Üstü də, kənarları da açıq restoran.

4 fəsilli Milan üçün məncə bu ən uyğun konsepsiyadır. Bu şəhərin təbiəti mürəkkəb xarakterlidir. Bir neçə gün dayanmadan yağış yağa bilər ancaq hava xoşdur. Bu halda üstü bağlı, kənarları açıq yerlərdən istifadə etmək olar. Bəzi günlər günəş o qədər qəşəng parlayır ki, qışın ortasında özünü yaydakı kimi hiss edə bilərsən. Bu halda üstü və kənarları açıq yerlərdən istifadə etmək olar. Bəzən isə elə soyuq olur ki, çöldə qısa müddətlik belə dayana bilmirsən. Bu zaman tam qapalı restoranda sevgilinlə isti şokolad içib, qarın yağmasını seyr etmək olar.

Sifarişçinin də qeyd etdiyi kimi otellərdə başlıca xidmət növü təhlükəsizliyin təmin edilməsidir. Bizim yaratdığımız park isə sadəcə otel müştərilərinə yox, həm də ətrafda yaşayan şəhər sakinlərinə xidmət etməli idi. Bu halda insanları otelin daxilindən parka çıxarmaq bir o qədər düzgün olmazdı. Üstəlik parka gələnlər də özlərini rahat hiss etməyəcəklər. Bu səbəbdən binanın yan fasadında əlverişli yerdə ikinci lift quraşdırıb insanları oraya ayrı yolla qaldırmaq ideyası yarandı.

QEYD: bu layihə üçün hər qrupdan 5 slide foto tələb edirdilər. Mən isə 20 slide hazırlamışdım. Professorlarım bu qədər slide-ı gördükdə təəccübləndilər və qaydalara niyə riayət etmədiyimi soruşdular, cavabında isə dedim – “I don’t care, I have a brillant idea” . Və onlar layihə ilə tanışlıqdan sonra heç nə demədilər :)

Bunu deməyimdə məqsədim odur ki, çalışın saf ideyalar və sağlam təqdimatla bütün lazımsız qaydaları dağıtmağa nail olun. Ancaq bu ikisi ilə bunu etmək mümkündür