Daniel Libeskind-lə görüş (Hand – Eye – Mind)

u həftə həyatım boyu xatırlayacağım Memarlıq haqda çox maraqlı seminarda iştirak etdim. Orada öyrəndiklərimi sizlərlə bölüşməyi özümə borc bilirəm (hər gənc Memarın iştirak etməsi vacib olan bu tip tədbirlərdə imkan edib iştirak edə bilməyən dostlar üçün özüm iştirak etməyə çalışacağam və öyrəndiklərimi, qeydlərimi sizinlə bölüşəcəyəm). Leksiyanı deyən Memar isə çox populyar və modern Memarlığın daşıyıcı sütunlarından sayılan Amerikalı Memar – Daniel Libeskind idi.

Ustad Memarın tələbələrlə görüşü Milanın ən sanballı universitetlərindən biri sayılan Politecnico di Milano -da baş tutdu. Memarın çıxışından bəzi sitatları diqqətinizə çatdırmaq istərdim. Olduqca maraqlı və Memar tələbənin baxışını dəyişə biləcək sözləri var idi. İndi sizinlə bölüşəcəyim fikirlər tək bu seminardan yox, Memarın daha öncəki intervyularından da bəhrələnərək hazırlanıb:

– İlk əvvəl leksiyanın adından başlayaq. Tərcümədə – “Əl, Göz, Fikir” mənasını verən bu ad belə insanda Memarlığa qarşı müəyyən fikirlər doğurur. Memar çıxışa başlayan kimi ilk öncə əllə işləməyin, texnalogiyadan uzaq real eskizlər çəkməyin üstünlüyünü vurğulayır. Günün 10-12 saatını çəkməklə keçirməsini xatırlayıb, bununla da meditasiya ilə məşğul olduğunu deyir.

– Mürəkkəblik. Heç bir dahi sənətkarın işi sadə deyil

– Memarlıqda miqyas olmur. Kiçik qapı qulpundan göydələn dizaynına qədər hamısı eyni mahiyyət danışıyır

– Bu qədər nanotexnalogiyaların, atomun inkşaf etdiyi dövrdə Memarlıq utancaq olmamalıdır

– Muzey qoca nənə olmalı deyil. Orda “relax” lazımdır

– Memarlıqda Tarix vacibdir. “Dirçəliş” özünü Memarlıqda əks etdirməlidir

– Memarlıq əla heykəltəraşlıqdır

– İnsanlar günbəgün dəyişir, Memarlıq isə yox. Ona görə o, hər zaman üçün aktual olmalıdır. Memarlıq daha stabildir, min ildən bir dəyişə bilər

– Keçmişdən öyrən amma heç vaxt onu yamıslama, çünki o heç vaxt olduğu kimi qayıtmır

– Memarlıqla kitabın eyni tutumu var. Memarlıq danışır

Olduqca gülərüz, sadə və səmimi insan olan Libeskindlə xatirə fotosu çəkdirmək də qismət oldu :)

Sonda isə Memarın eyni mövzulu, lakin New York -un Texnologiya institutundan çıxışını izləməyə sizi dəvət edirəm. Qeydlərim sadəcə ən vacib ifadələr idi. Ümumilikdə isə hər cümlənin öz mahiyyəti var.