Behance Portfolio Təqdimat Gecəsi

tən həftələrin birində, Behance saytının Azərbaycan üzrə istifadəçilərinin görüşü və onlardan bəzilərinin çıxış mərasimi baş tutdu. Behance saytı, incəsənətin bütün sahələrinə aid insanları ətrafına toplayan sosial şəbəkədir. Orada fotoqraflar, Memarlar, dizaynerlər, rəssam, illüstratorlar və s. incəsənət adamları öz işlərini paylaşır və müzakirələr aparırlar.

Bununla da ölkəmizdə ikincisi baş tutmuş tədbirin bu səfərki təşkilatçıları Elvin Əliyevİlkin Qurbanovlar oldu. Görüş üçün seçilmiş xudmani məkan, diqqətli izləyicilər və maraqlı çıxışlar – hər şey olduqca gözəl şəkildə təşkil olunmuşdu.

Bu tip görüşlərin məqsədi eyni sferadan olan insanları bir yerə toplamaq, ümumi birlik və inkşafa təkan verməkdən ibarətdir.


Çıxış edənlər:

Elvin Əliyev – Memar

Elvin Tağıyev – Dizayner

Leyla İbrahimova – Memar

Nəzrin Musayeva – Rəssam

Ruslan MəmmədovRüfət Mehdiyev – Fotoqraflar

Urfan Məmmədov – Memar

və Liza Həsənova – İllüstrator

Çox səmimi aurası olan görüş əminəm ki, hər bir izləyicidə və iştirakçıda yeni fikirlər, ideyalar və xoş təəssüratlar doğurdu.

Növbəti Behance Review Noyabr ayında, bütün dünya ilə eyni anda baş tutacaq. Bu sahədə işləriniz varsa Behance-ə qoşulun və təşkilatçılara, iştirakçı və ya sadəcə izləyici qismində görüşlərə qoşulmaq istəyinizi bildirin.

Behance-in Azərbaycan üzrə qrupundan son xəbərləri və görüşlər barədə daha çox informasiya əldə etmək üçün bu linkə klikləyin – Behance Azerbaijan. İştirakçıların video çıxışlarını isə növbəti məqalələrdə görə bilərsiniz.

QEYD: səmimi və sərbəst keçirilmiş görüş üçün başda təşkilatçılar olmaqla əziyyəti keçmiş hər kəsə təşəkkür edirəm və ümid edirəm bu qəbildən olan görüşlər tez-tez baş tutacaq.