u yay gənc Memarların növbəti yığıncağı easa 013 –də iştirak etdim. Easa-nın mənası, European Architecture Students Assembly, yəni Avropa Memarlıq Tələbələrinin Cəmiyyəti deməkdir. 1981-ci ildən bu günə qədər hər il fərqli-fərqli Avropa şəhərlərində keçirilən bu yay məktəbinin məqsədi, tələbə Memarları bir araya yığmaq, onları təcrübə işlərinə cəlb etmək, fərqli mədəniyyətlərə sahib insanlar arasında ünsiyyətin təşkilini qurmaq və yeni ideyaların icrası üçün imkanlar yaratmaqdan ibarətdir.
Bu il Sloveniyanın Zuzemberk şəhərində keçirilən easa -ya ilk dəfə qoşuldum. Bu yazımla isə sizə iştirak etdiyim workshop haqda söhbət açmaq istəyirəm. Çünki burada öyrəndiyim təcrübə Memarlığa baxışımı dəyişdi və bunu sizlərlə bölüşmək istərdim.
Belə ki, 50 fərqli ölkədən təxminən 500 iştirakçısı olan easa -nın proqramındakı 20-yə yaxın fərqli-fərqli workshop-lar iştirakçıların seçiminə verilmişdi. Onlardan biri Zuzemberkdə Pavilion tikintisi idi. Hansı ki, bir müddət əvvəl bu pavilion üçün yarış təyin edilmiş və qalib Memarlar Böyük Britaniyadan olan William Burgess və Jack Richards idi. Onların ideyası, şəhər mərkəzində ənənəvi Memarlıq ruhunu saxlamaqla, insanların tükləvi istifadə edəcəyi “public space” qurmaq idi.
Bu ideya başqa workshop-lardan daha həyəcanvericidir. Çünki burada işləyərək Memarlığın tikinti prosesini öyrənə bilirsən, üstəlik 2 həftəlik easa-nın keçirildiyi şəhərdə öz kiçik də olsa izini qoymaq imkanına sahib olursan.
Xoşbəxtlikdən təlimçilər üzv olmaq istəyimi müsbət dəyərləndirib məni də öz komandalarına qoşdular. Təxminən 20-yə yaxın gənc Memar, 2 həftə vaxt və tikilməsi lazım olan Pavilion layihəmiz. Əlbəttə ilk başlayanda pavilionu vaxtında bitirməyə daha ümidli idik. Ancaq tikinti prosesi zamanı gözlənilməz problemlərin çıxması, komandanın professionallardan yox, tamamilə könüllülərdən ibarət olması və s. kimi faktorlar bizi bir az ləngitdi və tikintini tam vaxtında bitirə bilmədik.
Buna baxmayaraq, təlimçilər bizim tikinti prosesini tam öyrənməyimiz üçün görüləcək hər işdən biraz-biraz görməyi təklif etdi. Beləliklə yer qazmaq, bünövrə qurmaq, beton hazırlamaq, taxta kəsmək, divar hörmək, daş daşımaq, fərqli parçaları birləşdirmək və s. kimi tam fəhlə işləri görməyə imkan yarandı.
Əslində Memar olaraq kənardan baxarkən bu işlərin çox sadə olduğunu görürük və tikilən layihələrin əslində hansı əziyyətlə başa gəldiyini tam dərk etmirik. Bu səbəbdən, bütün Memar dostlarıma imkan düşdükcə real tikinti prosesində şəxsən iştirak etməyi məsləhət görürəm. Belə olduqda siz Memarlıq və tikinti prosesini tam dərk edə bilərsiniz.
Easa-nın sonuna yaxın öz kiçik layihələrimdən birinin tikinti prosesini addım-addım yazaraq, eskizlərini çəkərək onun hansı mərhələlərdən keçməsi lazım olduğuna baxdım və gördüm ki, paviliondan əvvəlki eskizlərlə, sonrakı eskizlər arasında dağ qədər fərq var. Artıq sən gördüyün işin və çəkdiyin xəttin mənasını, gələcəkdə çıxa biləcək problemləri və s.-ni daha yaxşı dərk etməyə başlayırsan.
Bu təcrübədən sonra əvvəlki eskizlərimdən və ya tam yeni bir layihə ilə Bakıda bir yerdə pavilion tikintisini reallaşdırmağı və Azərbaycandakı Memarlıq universiteti tələbələrini bu işə könüllü cəlb etməyi düşünürəm. Əgər kiminsə belə bir təcrübədən yararlanmaq istəyi olarsa zəhmət olmasa bildirin.
Sonda isə bir daha qardaş məsləhəti verirəm ki, mütləq real tikinti prosesində “fəhlə” kimi işləyin, beləliklə Memarlığı bir addım daha yaxşı dərk edəcəksiniz. Tək eskizlərinizdə yox, eyni zamanda tikililərə baxanda da, xırda detalların, iri həcmlərin necə ərsəyə gəlməsi barədə təsəvvür formalaşmış olacaq.
QEYD: hal-hazırda pavilionun tikintisi təlimçilər tərəfində başa çatdırılır. Tikinti işləri tam yekunlaşdıqdan sonra, layihənin açılış fotolarını buradan izləyə bilərsiniz
Ela!, men hemishe haziram :)
Mənim fikirimcə, eləməli olsaq workshop, memarlarnan pavilionu birlikdə layihələndirib sonra onlarnan da tiksək, bütün iştirakçılara daha maraqlı olar :)
Bunu eşitmək çox xoşdu, Tünzalə :)
Sabina bu haqda düşünmüşəm. Tələbələr arasında irimiqyaslı konkurs təşkil edib, ən uyğun layihəni seçmək və onun tikintisini ərsəyə gətirmək. Tələbələr üçün bundan daha gözəl nə ola bilər? :)
Heçnə :)
Amma konkurs yox, herkesi eşidib birlikde bir ümumi layihə hazilamaq
Xırdalıqları müzakirə edərik ;)
Her bir meqaleni oxuyuram, sayti izlemeye davam edirem. Bu cox yaxshi haldi ki, bezilerinden ferqli olaraq kechdiyin tecrubeni bizimle paylashirsan. Buna gore sene xususile tesekkur edirem. Senden oyrendiklerim meni memarliq haqqinda oyrenmeye heveslendirir.
Bunnnan bashqa meqalende qeyd elediyin haqqinda dushunmeden raziliq verirem. Zehmet olmasa layihe bashlasa mene xeber eliyin. :)
Novbeti ishlerinizde ugurlar arzuluyuram!
Çox sağ ol, Üzeyir. Ətrafımızda belə enerjili gənclər olduqca belimiz yerə gəlməz :)
Bizi izləməyə davam et, belə bir iş etsək əvvəlcədən elanlar veriləcək
Kateqoriyalar
Blogroll