Eskiz 7-ci hissə – #stickART

aradıcılığa marağı olub, amma buna vaxt tapmayan insanlar həmişə öz yaratmaq eşqlərindən danışırlar, bir o qədər də yaradıcılıq üçün vaxt tapa bilmədiklərindən şikayətlənirlər. Bu mövzumla sizə yaradıcılığın əslində çox da uzaqda olmadığını və əlinin altında olan xırda imkanlardan maksimum yararlana biləcəyimizi göstərəcəyəm.

Bu üsluba #stickART adını verməyimin səbəbi onun stickerlərdən yaranan incəsənət olması və sosyal şəbəkələrdə daha rahat yaymaq məqsədi daşıyır. Belə ki yaradıcılığınızı həm də tez bir zamanda insanlara göstərmə imkanınız olur. Bu haqda bir az sonra, keçək mövzunun əsas qayəsinə. #sticART nədir? #stickART ofis ləvazimatları ilə yaradılan sürətli incəsənət növüdür. Bu, stickerlərlə, kitab üçün qeyd flomasterləri ilə, disk üzərini yazmaq üçün lazım olan flomasterlərlə yaradılan xüsusi rəssamlıq texnikasıdır.

Hamıya aydındır ki, XXI əsr sürət əsridir və incəsənətlə əvvəlki əsrlərdə olduğu kimi illərlə məşğul olmaq ancaq əsil sənətkar insanlara mənsub olur. Amma diqqətlərini çəkmək istədiklərim qeyri yaradıcı işlərlə məşğul olub, amma yaradıcılıq eşqi ilə yanan dostlarımdır ki, onlara kiçik şeylərlə nələrinsə yaratmağın mümükün olduğunu göstərmək istəyirəm. Təbii ki, professionallar da bununla məşğul olsa yaxşıdı, çünki bunun verdiyi üstünlüklərin yeri tamam başqadı.

Belə ki, bu sənətlə məşğul olsanız, stikerlər sinin kətanınız, ofis flomasterləri isə yağlı boyanız olacaqdır. Bu işin əsas fəlsəfəsi isə ondadır ki, #sticART-la məşğul olarkən vaxt itirmirsiniz, bahalı ləvazimatlara əlavə pul xərcləmirsiniz və əsil yaradıcılıq ruhunuzu qidalandırmış olursunuz. Ofis işi ilə məşğul olduğunuz vaxt arada 3-5 dəqiqəlik fasilə verin və bununla məşğul olun. #stickART -la həm dincəlmiş olarsınız, həm yaradıcılıq enerjinizi incəsənətə çevirmiş olarsınız, həm də həyatı daha rəngarəng edərsiniz :)

Bu işə yeni ofisə keçməklə start verdim. Yeni ofisdə iş vaxtının çoxluğu məni eskizlərdən ayırmağa başlayanda alternativ variant kimi #sticART-la məşğul olmağa başladım. Bunun üçün sizə lazım olanlar qiyməti çox ucuz olan və hər ofisdə tapılan, stikerlər, flomasterlər, karandaş və disk üzü yazan flomasterlər kifayyətdir.

Burada istənilən mövzuda və janrda yaradıcılığınızı göstərə bilərsiniz. Özüm Memar kimi adətən Memarlıq eskizləri çəksəm də, bəzən rəsmmalıq qurdumu da öldürürəm :) Ən əsası isə odur ki, bunlar çox vaxt aparan şey deyil və iş arası bununla məşğul olmaq işə qarşı olan motivasiyanı artırır. İlk vaxtlar çox uğurlu rəsmlər alınmaya bilər, amma #sticART-ın ən yaxşı tərəfi də odur ki, yaradıcılığı gücləndirir, əl qabiliyyətini inkşaf etdirir, kiçik ölçülü kağızda işləmək daha incə işlər görməyi öyrədir, bu isə həyatda daha səliqəli və dəqiq olmağa kömək olur. Belə işlərlə məşğul olmaq doğrudan da, insan həyatına müsbət təsir göstərir. Belə ki, insanın daxilində olan yaradıcılıq enerjisi tənzimlənir, daha pozitiv olursan, həyata baxışın dəyişir, həyat eşqin artır və s. :)

Aşağıdakı stikerlərdə “Təsbeh” silsiləsini görə bilərsiniz. #sticART-la həm də belə silsilə işlər görmək olur. Təsbeh silsiləsinin isə fəlsəfəsi ondadır ki, təsbeh bizim millətin tarixində önəmli yer tutur. Bu həm dini baxımdan, həm kişilik simvolu baxımından, həm var-dövlət, ictimai status baxımından önəmli əşyadır. Eyni zamanda bunu “qədeş”lərin də simvolu hesab etmək olar. Belə çoxşaxəli istifadə olunması diqqətimi çəkdi və bu cür silsilə işlər meydana çıxdı :)

Bu həm də ideyalarınızın itib-batmaması üçün yaxşıdı. Ağlınıza nə isə maraqlı ideya gələn kimi öz qeydlərinizlə, planınızla, kiçik modelinizlə cızma-qara edib özünüzdə saxlayın, gələcəkdə lazım ola bilər. İdeyalar adətən yaddaşdan tez silinir, onları həm yadda qalan etmək, həm də haradasa qeydiyyat kimi saxlamağın ən yaxşı yolu isə fikirləşməkdən əlavə həm də onları çəkmək, yazıb-pozmaqdır.

Mövzuya aidiyyatı olmasa da, əlavə informasiya kimi sizinlə bölüşmək istədim bir texnika var :) Aşağıdakı stiklərə diqqət yetirsəniz görərsiniz ki, orada üstəgəl işarəsi ilə insan üzünün müəyyən froqmentləri əks olunub. Bu texnikanın fəlsəfəsində üstəgəl işarsinin müdrikliyi dayanır. Belə ki, hamıya aydın olduğu kimi, üstəgəl işarəsində həm üfiqi, həm də şaquli xəttlərin bir yerdə işləndiyi riyazi əməldin işarəsidir. Bu isə dünya rəssamlığının və ümumiyyətlə incəsənətinin ən çox itifadə etdiyi iki xəttdir. Bu xəttlərlə hətta əyri xəttləri də əldə etmək mümkündür. Bu ikisinin vəhtətindən yaradanan üstəgəl işarəsi isə istifadə olunmasına görə bizə işıq və kölgə verir, bu isə sonsuz sayda kompozisiya yaratmağımıza kömək olur.

Əsla çəkdiyiniz stikləri tullamayın, yoxsa ilham pəriniz bunu görər və sizdən inciyib gedər və bir daha geri qayıtmaz :) hər bir xəttinizin qədrini-dəyərini bilin və çəkdiyiniz bütün stikləri özünüzdə saxlayın. Onlar artıq bir neçə yüzə çatdıqda isə hamısından ibarət xüsusi sənət də yaratmaq olar. Məsələn, ofisdə elan lövhələrinin üzərini çəkilmiş sticklərlə doldurub divardan asmaqla maraqlı sənət yaratmaq olar.

#stickART həm də xəyal gücünü artırır, bu isə həyatda daha çox uğur qazanmağa, yeni perspektivlər qurmağa kömək olur. Müasir həyatın əsas tələblərindən biri də odur ki, digərlərindən daha kreativ olasan, bu işdə də məşğul olduğunuz incəsənət növü- #stickART sizin yanınızda olacaq.

Bunlarla yanaşı müasir texnalogiyalar imkan verir ki, öz online sərgini təşkil edəsən. Məsələn, Instagram, fb, twitter kimi sosyal şəbəkələrdə hər günə ən azı bir #stickART paylaşmaqla öz daxilinizdəkiləri göstərmək, kimlərəsə ilham vermək, kimlərdəsə humanist duyğular oyatmaq imkanı əldə edə bilərsiniz.

Ümumiyyətlə incəsənətlə məşğul olmaq insanın zövqünü formalaşdırır. Həyat isə ondan zövq alınması üçün olduqca idealdır. Ancaq daxilindəki incəsənət ruhunu oyatmaqla bu gözəllikləri duya bilərsən, ondan müsbət enerji alarsan, monoton həyatdan daha rəngli dünyaya keçərsən. Buna görə də professional sahəniz hansı istiqamətdə olursa olsun, incəsənətlə məşğul olun və bilinki bunu etmək heç də uzaqda deyil, hər şey əlinizin altındadır. Sizə incəsənət dünyanızda uğur arzu edirəm, bizim rəngli dünyamıza xoş gəlmisiniz :)