Memar Rəhim Seyfullayevlə gənclərin görüşü baş tutdu

tən həftə (01.02.2013) Memarlarla gənclərin görüşü, yaxından tanışlığı məqsədi ilə keçirilən tədbirlərdən ilki keçirildi. İlk görüş bundan əvvəlki məqalədə də qeyd etdiyim kimi ustad Memar Rəhim Seyfullayevlə baş tutdu.

Görüş belə demək mümkünsə, anşlaqla keçdi. Memar tələbələr, gənc Memalar və təcrübəli Memarların, Azərbaycan Memarlar İttifaqına yığışması və belə bir Memarla görşməsi, yaxından tanış olması, məsləhətlərinə qulaq asması əlamətdar bir hadisədir.

Görüşün Memarlar İttifaqında keçirilməsinin isə xüsusi əhəmiyyəti var idi. Belə ki, gəncləri bura dəvət etmək, onları ittifaqla yaxından tanış etmək, ittifaqda yenidənqurmadan sonrakı dövrdə yeni ab-hava yaratmaq və s. məqsədləri ilə tədbir burada təşkil olundu. Amma bunun kiçik problemlər yaratması da qçılmaz idi, nəzərə alsaq ki, görüş bu qəbildən olan ilk tədbirimiz idi, buna görə də yer darısqallığı və s. kimi çatışmazlıqları ümid edirəm Memar dostlarım bizə bağışlayar :)

Ümumiyyətlə isə insanların, Memarların bir dam altında, isti guşədə, hətta “mehriban darısqalçılıq”da çiyin-çiyinə olmasının verdiyi ləzzət tam başqa idi. Ümid edirəm növbəti görüşlər daha rahat və gözəl şəraitdə keçər.

Görüşdə iştirak etməyənlər üçün isə görüş haqda qısa məlumat verə bilərəm ki, Memarın öz layihələri haqda maraqlı çıxışı, gənclərə məsləhətləri və Memarın kitablarından gənclərə hədiyyə oldu. Fürsətdən istifadə edib Rəhim Seyfullayevə gözəl və səmimi çıxış üçün buradan bir daha minnətdarlığımı bildirirəm.

Hər bir dəvətlimizə görüşdə iştirak etdiyi üçün təşəkkür edirəm və növbəti görüşlərə hamını indidən dəvət edirəm :)

QEYD: fotolara görə Rəsul Həsənova təşəkkür edirəm