Məbədlər

Qədimlərdən bu günə qədər meamrlıqda ən məsuliyyətli tikililər içərisində məbəd tikililəri əsas yer tutur. Çünki bu tikililər insanları sadəcə estetik yox həm də şüuraltı təsirləndirməli, ilahi məhiyyətini biruzə etməlidir.

Digər tərəfdən bu binalar ibadət üçün idisə deməli memarın qarşısında qeyri-adi problem qoyulur – ibadətin düzgün alınması. Çünki ibadət zamanı insanların fəzaya buraqxdıqları vibrasiyalarla kosmosun biovibrasiyaları üst-üstə düşməlidir ki bu da ilahi qatla birbaşa əlaqə deməkdir. Həmən vibrasiyanı yaradan ən yaxşı vasitələrdən biri isə əvvəlki məqalələrimdə də tez-tez vurğuladığım qızıl bölgüdür. Məbədin içərisində “vibrasiya akkustikası”na xidmət edən hündür tavan, günbəzlər və s. də olur.

Qədimdən papaların varislərinə vəsiyyəti insanı vəcdə gətirən, həyəcanlandıran möhtəşəm kilsələr tikmələri idi. Bir çox hallarda məscid tikililəri də bu xüsusiyyəti özlərində daşıyır (ancaq bəzən kiçik, yığcam, o qədər də təsir bağışlamayan məscidlərə də rast gəlirik. Bunun səbəbi var ancaq mövzudan kənarlaşmamaq xatirinə üstündən keçirəm).

Məsələn Bakıda Təzə Pir məscidinin giriş portalı tam qızıl bölgü ilə həll olunmuşdur. Eynilə Bakıdakı alman kilsəsi, və dünyadakı bir çox kilsələr də bu tələbə cavab verir.

Təbii ki inanclar məbədin xarakterinin müəyyənləşdirməsinə birbaşa təsir edir. Bu səbəbdən qeyri – adi inanclar kimi qeyri – adi məbədlərə də rast gəlirik.

Başqa bir maraqlı məqam isə kilsənin quruluşu dua edən xiristianın əlini, məscidin quruluşu isə dua edən müsəlmanın əllərini xatırladır. Fikrimcə bu amilin bir o qədər də böyük rolu olmasa da müəyyən rolu vardır.

QEYD 1: məqaləni yazarkən V.L. Çaplinskayanın “yaşayış evlərinin ekalogiyasının əsas problemləri” məqaləsindən istifadə etmişəm.

QEYD 2:  bəzi rəsmləri google.az saytından götürmüşəm.