Bakı Tarixini Yazan Qapılar

evindirici haldır ki, artıq son illər Azərbaycan dilində kitabların sayı artır. Əlaxsus da Memarlıq haqda olan kitabların. Bu problem – Azərbaycan dilində kitab qıtlığı,  Memarlıq sahəsində olan böyük boşluq idi. Şükürlər olsun ki, yavaş-yavaş olsa da, bu problemin öhtəsindən gəlirik. Bu gün sizə çox dəyərli kitab haqda söz açacağam.

Bu kitab Memarlığın ən maraqlı mövzularından birinə həsr olunur. Söhbət müəllifi Elçin T. Əliyev olan – “Məkanların Astanasında, Bakı Tarixini Yazan Qapılar” kitabından gedir. Bu elə kitablardandır ki, hər bir Bakısevərin kitab arxivində yer almalı və obrazlı desək dəyərli əşya kimi irsi olaraq qorunub saxlanmalıdır.

Kitabda da qeyd olunduğu kimi qapılar, dünyanın ən qədim və maraqlı ixtiralarından biridir. Bunun vasitəsilə insan oğlu ilk dəfə ictimai və şəxsi həyatını ayırır və bu bəlkə də sivilizasiyanın inkşafında dönüş nöqtəsi olur.

Kitaba XIX əsrin sonları və XX əsrin əvvəllərində əsl sənətkarlar tərəfindən yaradılmış qapılar, eyvan froqmentləri və giriş zalları daxildir. Hər bir rəsmin izahatı, hər binanın yerləşdiyi küçənin adı və s. də əlavə informaiya kimi oxucuya çatdırılır.

Kitabı maraqlı edən cəhətlərdən biri də, Elçin Əliyev, Novruz Novruzov və Fərid Xeyrullinin çoxsaylı fotoşəkilləri ilə yanaşı rəssam İsmayıl Məmmədovun illustrasiyaları ilə zəngin olmasıdır.

(Kitabın giriş hissəsi Azərbaycan, İngilis və Fransız dillərindədir)

Qapılar status müəyyənləşdirən element kimi, özündə mülk sahibinin hansı zümrəyə daxil olmasını əks etdirməsi, şəxsi və ictimai həyatı ayırıcılığı və tarixi əks etdirməsi baxımından olduqca vacib Memarlıq elementidir. Qapılar haqda xüsusi məqalə yazmaq hər zaman arzum olsa da, çox şadam ki, belə irimiqyaslı layihəni əsl peşəkarlar həyata keçirib. Bu layihədə əziyyəti keçən hər kəsə minnətdarlığımı bildirirəm.