Dekorativ Radiatorlar

nteryer dizaynının əsas tələbləri kimi dekorativ işlər gözə görünsə də, əsas məsələ orada yaşayan, məkanı istifadə edən insanların həyat şəraitinin maksimal rahatlığıdır. Yəni, interyer gündüz işığını kifayət qədər qəbul etməli, gecə süni işıq azlığı yaşamamalı, qışda isti, yayda sərin və s. üstünlüklərə malik olmalıdır. Əslində bu üstünlükdən daha çox memarın qarşısına qoyulan öhdəlikdir.

Müasir dövrümüzdə bu problemləri düzgün həll etməklə yanaşı dizaynı da kamil layihələndirməliyik. Deməli hər iki vacib ünsür bir-birinə zidd yox, bir-birinə kömək edən olmalıdır.

Əvvəlki dövrlərdə bu çətin idi, mühəndis qurğularını dekorativ etmək vacib tələblərdən deyildi, üstəlik bunu etmək üçün də texnoloji inkişaf bir o qədər irəlidə deyildi. İndi isə hər şey sadələşib. İstənilən mühəndis qurğusuna rəssam toxunuşu əlavə etməklə, dekorativ mühəndis qurğuları əldə etmək mümkündür.

Bu məqaləmin mövzusu adından da göründüyü kimi istilik sistemləri, radiatorlardır. Onların müasir forması olan yeni nəsil dekorativ radiatorlardan söhbət açacağam.

Belə radiatorların üstünlükləri istiliyi maksimal keyfiyyətdə ötürməkdən savayı həm də, evin dekorativ obyektinə çevrilməsindən ibarətdir. Belə ki, istənilən rəngdə, fakturada, materialda, formada olan belə radiatorlar interyer dizaynerinin həm istilik problemi baxımından, həm də xüsusi dekorasiya baxımından işini olduqca asanlaşdırır.

Çağdaş dizaynerlər də artıq bu tip qurğular üçün müasir dizaynlar verərək seçimləri genişləndirirlər. Bu işlər xüsusi ixtisalaşmış dizaynerlərdən başqa həm də dünya şöhrətli sənaye dizaynerlərinin də marağını cəlb edir və onlar hər zaman bu tip funksional dizaynlar yaratmaqla öz növbəsində belə çətin işlərin öhdəsindən məharətlə gəlirlər.

Çox sevindirici haldır ki, belə dekorativ məhsulları xarici ölkələrdən sifariş veməyə ehtiyac yoxdur. Azərbaycanda dekorativ radiatorların satışı ilə EuroClima şirkəti məşğul olur. Şirkətin təqdim etdiyi bütün məhsullar İtaliya istehsalıdır. Həmçinin dekorativ radiatorlar sahəsində ixtisaslaşmış marka olan Caleido markası da.

Hansı ki, bu firma dünyanın ən qabaqcıl dizaynerləri ilə əməkdaşlıq edir. Onlara misal olaraq – Karim Rashid, Antonio Bullo, Alessandro Canepa, James Dimaco və s.-nin adlarını çəkmək olar.

Firmaın fəlsəfəsi, “Artıq radiatorları təkcə funksional yox, həm də dekorativ əhəmiyyətli etməliyik” fikrindən irəli gəlir. Fotolara baxanda görürük ki, həqiqətən interyer dizaynında bir element kimi görünən radiatorlar dizayna heç bir xələl gətirmir, üstəlik interyer dizaynını daha da kamilləşdirir. Onlar otağa kreativlik və funksional həllər baxımından memarlıq konsetpi verir.

Gözəl dizayn kolleksiyaları var ki, bu da monotonluqdan multi-təəssürata çevrilir. Belə radiatorları XXI əsrin ən qabaqcıl interyer dizaynı – minimalistin kontras yaradan elementi kimi istifadə etmək mümkündür.

EuroClima şirkəti bu sahə üzrə artıq uzun illərdir ki, fəaliyyət göstərir və ölkənin qabaqcıl şirkərlərindən biridir. Şirkət haqda əlavə məlumatı EuroClima –nın veb səhifəsindən əldə edə bilərsiniz.

QEYD: əlavə məlumat toplamaqda göstərdiyi köməklik üçün EuroClima şirkətinin əməkdaşı Orxan Məmmədova təşəkkür edirəm.