Bu yazımı yazmağa məni eşitdiyim çox da ədalətli olmayan sözlər vadar etdi. Çoxları Bakıda yerləşən butik otellər haqda o qədər də yaxşı fikirdə deyil. Onlara sırf kommersiya məqsədli obyekt kimi yanaşırlar. Əslində isə “Boutique” adlanan belə otellər bütün dünyada (əsasən şəhərlərin tarixi məkanlarında) mövcuddur. Bakıda da İçəri Şəhər və ətraf yerlərdə bu cür otellərə rast gəlmək olar. Dünyada buna design hotels , luxury small hotels və ya lifestyle hotels də deyirlər. Digər adi otellərdən fərqi isə kiçik olmasına baxmayaraq 5 ulduzlu otel səviyyəsində olmasıdır. Butik otellər ən az 10 nömrəli, yüksək keyfiyyət və xidmət verən otellərdir.
Nümunə üçün bəzi Bakı Butik otelləri:
Museum Inn Boutique Hotel Baku,
Sea Port Hotel Baku və s.
QEYD: Rəsmləri Google vasitəsilə tapdım.
Bax mən bunu bilmirdim. Anna onu da nəzərə alaq ki, bu tip otellər şəhərin tarixi hissəsinin dağıdılması hesabına inşa edilməməlidi. düz deyirəm?
Əlbəttə bu yolverilməzdir. Buna bir növ vandallıq demək olar. Adətən bu tip otellər köhnə evlərin təmit olunması ilə yaradılır. Binaın fasadına əl dəyməmək şərti ilə. Belə olduqda həm ümumi ansambla xərər gəlmir həm də əlverişli otel yaranır.
Kateqoriyalar
Blogroll