zun müddətdən sonra yenidən bloq post yazmağıma çox şadam. Üstəlik bu yazım memarliq.com –un 3 yaşında ilk məqalədir və bu olduqca gözəl günə həsr olunmuş məqalə olacaq. Ümid edirəm uzun müddət yazmamağımı mənə bağışlayarsınız. Diplom işi, xarici memarlarla iş birliyi və s. kimi önəmli işlərin çoxluğu yazı-pozu işlərinə vaxt saxlamır, bundan sonra belə uzunmüddətli ayrılığın olmamasına çalışacağam :)
Keçək əsas mövzumuza – Təcrübəli memarlarla gənc memarların görüşünə. Çoxdandır gənc dostlarımı, artıq bu sənətdə böyük işlər görmüş nisbətən yaşlı nəslin nümayəndələri olan təcrübəli memarlarla tanış etmək istəyirdim. Bu təşəbbüsə ağsaqqal memarımız Əlibəy Novruzi də təkan verdi.
Təbii ki, belə görüş həm gənclər üçün həm də təcrübəli memarlar üçün maraqlıdır, çünki gənc nəsil böyüklərdən onların təcrübəsini öyrənir və sənətdə düzgün istiqamət götürməyə bir az da yaxın olur. Yaşlı nəsil isə özlərindən sonra gələn nəsillə tanış olur, və ənənələri gələcək nəsillərə ötürmək imkanı qazanır. Bundan əlavə kolleqaların bir araya gəlib memarlıqdan və ya ümumiyyətlə nədənsə söhbət etməsinin yerini heç nə vermir. Təhsil, təcrübə bir yana, belə tanışlıqların da gənc memarlarda buraxdığı izlər heç vaxt yaddan çıxmır.
Bunları nəzərə alaraq 24 mart 2012 -ci ildə çoxdan arzulanan görüş nəhayət ki, baş tutdu. Memarlardan – Əlibəy Novruzi, Elbəy Qasımzadə, Nazim Vəliyev, Nəriman İmaməliyev, Fəxrəddin Miralayev, Elçin Əliyev, Zaur Qafarov, Nizami Qasımzadə və başqaları iştirak edirdilər. Gənclərdən isə Rəssamlıq Akademiyası və Memarlıq İnşaatın hal-hazırda tələbəsi olan və bu universitetlərin məzunu olmuş dostlarım iştirak edirdi. Hansı ki, hər birinin gələcəyinə çox ümid bəslədiyim dostlarım. Yaradıcılıqlarının ilk dövrlərində belə tanışlıqların onlar üçün xeyirli olmasına inanıram.
Hər iki nəsillə əlaqələrimin yaxşı olması, məni bu iki tərəfi bir-biri ilə görüşdürməyə sövq etdi. Və bu işdə Böyük köməklik göstərən memar Elçin Əliyev oldu. Yəqin ki, bu işi tək bacarmaq çətin olardı. Elçin bəy öz klubunda (Kişmiş klubda) tez-tez bu tipli görüşlər təşkil etdiyi üçün mən də onun təcürbəsindən yararlanmağa qərara aldım və təşəkkür edirəm ki, öz köməkliyini əsirgəmədi.
Görüş memarların ümumi yığıncaq yeri olan Kişmiş klubda baş tutdu. Təxminən 25-30 nəfər gənc və yaşlı nəslin nümayəndələri bir arada ümumi məsələləri müzakirə etdik, tanışlıqlar oldu və memar Fəxrəddin Miralayev gənclər üçün çox gözəl mühazirə ilə çıxış etdi. Yeri gəlmişkən mühazirənin mənə və gənc dostlarıma böyük əhəmiyyəti oldu, mövzu – Şərq, Azərbaycan tarixi memarlığı haqda idi, düşünürəm ki, bu tip mühazirələrin mütəxəssislər tərəfindən gənc memarlara tez-tez diktə edilməsi olduqca vacibdir.
Arzu edirəm belə görüşlər yenə olacaq. Memarlığı sevən, bu sənətə, sənətkarlara hörmət edən dostları gələn tədbirlərimizdə bizimlə bir arada görməyi ümid edirəm. Növbəti görüşlər haqda memarlığın Facebook səhifəsində elanlar yerləşdiriləcək.
QEYD: dəvət edə bilmədiyim həmkarlarımdan üzr istəyirəm, bu hələ ilk görüşdür. Ümid edirəm sonuncu olmayacaq. Kimin istəyi olsa müraciət etsin, növbəti tədbirlərdə sizi də görüşümüzdə görmək xoş olar.
Urfan bu teshebuse gore sene tesekkur edirem.Mene bu gorush cox xosh tesuratlar qaldi.(melumatlar qaldi).Tekrarlanmasini cox isterdim.Butun orada olan tecrubeli memarlara tesekkurk edirem cox maraqli idi.
Nilufər, mən sizə təşəkkür edirəm ki, iştirak etdiniz. İnşallah yenə belə görüşlər təşkil edəcəyik
Mende isteyireeeeem(( bu kimi goruslerde devetli olan yeni memarlari digerlerinden ferqlendiren nedir?
Fərqləndirən tək bircə meyar var ki, onlar mənim yaxın ətrafımdır. Buna səbəb isə odur ki, bu ilk görüşümüzdür və riskli addım atıb çox insana xəbər edə bilmədim, üzrlü hesab edin. Artıq təcrübəmiz var, gələn görüşü təşkil edəndə hər kəsi nəzərə alacağıq və memarlıq ictimaiətinə əvvəlcədən elan edəcəyik, narahat olmayın, Ayşən xanım
Anladim.Bele bir gorusde istirak etmeyi coooox isterem.INSALLAH qismet olar..
Gələn səfər üçün mütləq qonağımsınız :)
Bu sozu esitmek bele meni sevindirdi:) INSALLAH! Tesekkur!
cox xaiw edirem gelen goruwunuzde fb profilinizde xeber eliyesiniz )) cooox xaiw edirem..
p.s. Poluxzade Pervize de diye bilersuz :D o mene catdirar :))
Narahat olmayın, Tərlan, bir halda ki, belə istəklisiniz xəbəriniz olacaq :)
saolun)
Salam. bu gorushlere qatilmaq ucun ne etmeliyem ?) bir zehmet emaile yazin.. teshekkurler)
Salam, görüşlərdən əvvəl Memarlıq bloqunda və Facebook səhifəmizdə müntəzəm elanlar verəcəyik. Bizi izləməyi davam edin
Isterdim bele görüslerde istirak edim.
İnşAllah gələn səfər iştirak edərsiniz, Dilşad xanım
salam.mende genc memar kimi sizin teşkil etdiyiniz görüşlərdə istirak etmek istiyrem.əlaqə nomrəm 055 506 70 14
Salam Pərviz bəy. Görüşlərdən əvvəl Facebook səhifəmizdə müntəzəm elanlar verəcəyik. Bizi izləməyə davam edin
Salam . mende buranin uzvi olmaq isterdim.
Salam . mene 5 il memar is tecrubesi olan memar lazimdi iwe qebul ucun olsa mene yazin. Zehmet olmasa
salam.mene praktikam ve serbes iwlemeyim ucun bir memar lazimdi..Eyer mumkunse bu movzuda memarlarmiz mene komek ede biler..Co
x isteyrem adli memarlardan olum.
Salam. Bunun üçün ilk növbədə öz üzərinizdə çalışmaqla başlayın. Ondan sonra professional Memarlar özləri sizi tapacaqlar
Kateqoriyalar
Blogroll