yirmi səkkiz noyabr 2011 -ci il tarixində Azərbaycanda ilk dəfə olaraq “Memarlıq və Dizayn üzrə diplom layihələrinin I Respublika müsabiqəsi” keçirildi. Müsabiqənin təşəbbüskarı Azərbaycan Respublikası Memarlar İttifaqıdır. Əvvəla qeyd etmək istərdim ki, bu cür təşəbbüsə görə ittifaqa böyük təşəkkür düşür. Hər il ənənə halını alacaq sərgi artıq diplomçular arasında proqressiv rəqabət və inkşaf üçün zəmin yaradacaqdır.
Sərgidə memarlıq və dizayn ixtisası tədris olunan, respublikanın dörd ali məktəbi iştirak edirdi.
– Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
– Azərbaycan Memarlıq və İnşaat Universiteti
– Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
– Naxçıvan Dövlət universiteti
İştirakçılar l və ll dərəcəli diplomlarla təltif olundular. Münsiflər heyətini isə ölkənin tanınmış və çox hörmətli memarları təşkil edirdi. Ümumi 36 iştirrakçının keçən ilki, yəni 2011-ci il diplom işləri sərgilənirdi, onlar 6 nominasiyada yarışırdılar:
Memarlıq və Dizayn üzrə diplom layihələrinin I Respublika müsabiqəsi
|
|||||
Sıra sayı |
İştirakçılar |
Diplom layihəsinin adı |
Bitirdiyi ali məktəbin adı |
Aldığı dərəcə |
|
“Şəhərsalma” nominasıyası |
|||||
1. |
Abbasov Orxan | Qobustan qoruğunun landşaft vətarixi mədəni. |
AzMİU |
||
2. |
Elçin Əskərov | Lənkəran şəh. dənizkənarı ərazilərin renovasiyası |
AzMİU |
||
3. |
İsmayılov Rafael | Disney Land əyləncə kompleksi |
ADRA |
1-ci dərəcəli diplom |
|
4. |
Polad Maqadam | Şəhər ərazisinin yenidən qurulması |
AzMİU |
||
5. |
Salmanlı Toğrul | Bakı səh. çox funksiyalı adminstrativ iş məkanının memarlıq dizayn həlli |
AzMİU |
2-ci dərəcəli diplom |
|
“Landşaft” Nominasiyası
|
|||||
6. |
Ağayev Fərhad | Qış bağının memarlıq landşaft layihələndirməsi |
AzMİU |
||
7. |
Əliyev Kamran | Yeni Gəncə yaşayış kompleksinin landşaft həlli |
AzMİU |
2-ci dərəcəli diplom |
|
8. |
Rəftari Çingiz | Buzovna qəsəbəsi, yaşayış kompleksinin memarlıq landşaft təşkili |
AzMİU |
1-ci dərəcəli diplom |
|
9. |
Qasımov Ceyla | Şıxov qəsəbəsi, turist kompleksi layihəndirməsi |
AzMİU |
||
“Bərpa” nominasiyası |
|||||
10. | Balakişiyev Şahmar və Çələbi Aqil | İçərişəhərdə Asəf Zeynallı küçəsinin regenerasiyası |
AzMİU |
1-ci dərəcəli diplom |
|
11. | Mustafayeva Ruqiyyə | Azərbaycan Memarlar İttifaqı binasının bərpa eskiz layihəsi |
AzMİU |
2-ci dərəcəli diplom |
|
12. | Naciyə Şatir | Ərzurum Çiftə Minarəli Mədrəsənin memarlıq quruluşu |
Naxçıvan Dövlət Universiteti |
||
13. | Xəlilov Nicat | İçərişəhərdə M. Maqomayev 20 yaşayış evinin bərpa eskiz layihəsi |
AzMİU |
||
“Şəhər mühitinin dizaynı” nominasiyası |
|||||
14. | Atakişiyev Orxan | Qala tarixi qoruğunun etnoqrafik muzey mərkəzi |
ADRA |
1-ci dərəcəli diplom |
|
15. | İsmayılova Günel | Bakı şəhərində Amburan istirahət kompleksi |
ADRA |
||
16. | Məmmədova Gülər | Bakı istirahət və biznes kompleksi |
ADRA |
||
17. | Mustafayeva Rəna | Tələbə şəhərciyi |
AzMİU |
||
18. | Muxtarov Teymur | Abşeronda elektrik dəmir yol xəttinin renovasiyası |
AzMİU |
||
19. | Şahbazova Əminə | Otel kompleksi |
ADRA |
2-ci dərəcəli diplom |
|
20. | Yusifzadə Günel | Biznes ticarət mərkəzi |
ADRA |
||
“İnteryer” nominasiyası |
|||||
21. | Əhmədova M. | “Cinemax” |
AzMİU |
||
22. | İbrahimov Ruslan | Təngəaltı ictimai binanın interyeri |
AzMİU |
||
23. | Malaxayeva Ayşad | “Haytek-Yapon” |
AzMİU |
2-ci dərəcəli diplom |
|
24. | Qafarova Günel | Qobu kəndində ənənəvi yaşayış modelinin interyer dizayn həlli |
AzMİU |
||
25. | Quliyeva Səyyarə | Şirniyyat evinin interyer plan həlli |
AzMİU |
1-ci dərəcəli diplom |
|
26. | Salamzadə Günel | Loft üsulu ilə yaşayış |
AzMİU |
||
27. | Süleymanova İradə | Qapalı məkanda mini Oazis |
AzMİU |
||
“Yaşayış və ictimai binalar” nominasiyası
|
|||||
28. | Ədilova Günay | “İnam Bank” |
Mədəniyyət və İncəsənət Universiteti |
2-ci dərəcəli diplom |
|
29. | Hacıyeva Aynurə | Naxçıvan şəh. 58 N-liyaşayış kvartalının bərpası |
Naxçıvan Dövlər Universiteti |
2-ci dərəcəli diplom |
|
30. | Hacıyeva Bəyaz | “Merlin Monro” |
Mədəniyyət və İncəsənət Universiteti |
||
31. | Məcid | Qaradağ rayonunda beynəlxalq aeroport |
Naxçıvan Dövlər Universiteti |
||
32. | Mehdiyev Afiq | Otel |
ADRA |
1-ci dərəcəli diplom |
|
33. | Musayev Fərhad | Naxçıvan şəh. 43 N-liyaşayış kvartalının bərpası |
Naxçıvan Dövlər Universiteti |
||
34. | Rəşad | Olimpiya kompleksi |
AzMİU |
||
35. | Səmra Yazar | Samux şəhərində ticarət mərkəzi |
AzMİU |
||
36. | Sərdaroğlu Göktürk | İstanbul sivrili bölgəsi otel kompleksinin layihəsi |
AzMİU |
2-ci dərəcəli diplom |
|
1-ci və 2-ci yerlərə layiq görüşlmüş layihələrin fotoşəkilləri:
Şəhərlama nominasiyasında:
Rəssamlıq Akademiyasının məzunu İsmayılov Rafaelin “Disney Land əyləncə kompleksi” layihəsi ilə müsabiqənin sözügedən nominasiyasında 1-ci dərəcəli diplomuna layiq görülmüşdür. Memar zirə adasını disneyland kimi layihələndirmiş və Azərbaycanın turistik imkanlarının zənginləşdirilməsi uğrunda maraqlı təklif irəli sürmüşdür. Layihə baxımından uğurlu hesab etmək olar. Çünki, burada istifadə olunacaq bir çox turizmə yararlı yeniliklərə Azərbaycanın hal-hazırda ehtiyacı var.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu Salmanlı Toğrul öz layihəsi ilə 2-ci dərəcəli diploma layiq görülüb. Layihə “Bakı səhəri, çox funksiyalı adminstrativ iş məkanının memarlıq dizayn həlli” adlanır. Toğrulun layihəsi də yaxşıdır. İşləmə texnikası, binaların memarlığı və s. baxımından yenilikçidir (təəssüf ki, yalnız ADRA tələbələrinin diplom işləri haqda daha geniş məlumata sahibəm, ona görə də digər universitet tələbələrinin layihələri haqda ola bilsin ki, çox da dolğun məlmat verə bilməyim).
Landşaft nominasiyasında:
Bu nominasiyada 1-ci yerə AzMİU-nun məzunu Rəhtari Çingiz “Buzovna qəsəbəsi, yaşayış kompleksinin memarlıq landşaft təşkili” layihəsinə görə 1-ci dərəcəli diploma layiq görülüb. Adından görünür ki, cənubi Azərbaycan vətəndaşı olan memar, maraqlı və olduqca aktual eko-şəhər prinsipi ilə çıxış edir.
2-ci dərəcəli diplomla isə “Yeni Gəncə yaşayış kompleksinin landşaft həlli” layihəsi ilə AzMİU-nun məzunu Kamran Əliyev mükafatlandırıldı.
“Bərpa” nominasiyasında:
Bu diploma bir layihə üzərində çalışan iki memar sahib oldu, AzMİU-nun tələbələri Balakişiyev Şahmar və Çələbi Aqil – “İçərişəhərdə Asəf Zeynallı küçəsinin regenerasiyası” layihəsi ilə.
İkici dərəcəli diploma isə yenə AzMİU-nun məzunu olan Mustafayeva Ruqiyyə – “Azərbaycan Memarlar İttifaqı binasının bərpa eskiz layihəsi” ilə mükafatlandırıldı. Memar diplom layihəsi üçün olduqca maraqlı obyekt seçib :)
“Şəhər Mühitinin Dizaynı” nominasiyası:
Sözügedən nominasiyada Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 2011-ci il məzunu Atakişiyev Orxan “Qala tarixi qoruğunun etnoqrafik muzey mərkəzi” layihəsi ilə 1-ci dərəcəli diplomla təltif edildi. Bu layihə ümumi sərginin bütün layihələrindən fərqlənir. Layihəni müasir memarlıqla milli ənənələrin sintezi baxımından olduqcaq uğurlu incəsənət nümunəsi adlandırmaq olar. Hər zaman layihələrində orijinallığı ilə seçilən Orxanın diplom layihəsi də olduqca yenilikçi idi.
Yenə ADRA məzunu olan istedadlı tələbə Əminə Şahbazovanın “Otel kompleksi” layihəsi isə 2-ci dərəcəli diplomla mükafatlandırıldı. Üslüb baxımından öz dəst-xətti ilə seçilən Əminənin bu layihəsinin əlavə izahata ehtiyacı yoxdur. Memarın üstünlüyü də bunda görünür ki, artıq layihə özü öz haqqında danışır.
“İnteryer” nominasiyası:
Bu nominasiyada iştirakçıların daxili məkan memarlığı, interyer üzrə diplom layihələri qiymətləndirilirdi. 1-ci dərəcəli diploma AzMİU məzunu olan Quliyeva Səyyarə “Şirniyyat evinin interyer plan həlli” layihəsi ilə layiq görüldü.
2-ci dərəcəli diplomda isə AzMİU məzunu olan Malaxayeva Ayşad “Haytek-Yapon” layihəsi ilə mükafatlandırıldı.
“Yaşayış və ictimai binalar” nominasiyası:
Bu nominasiyada 1 məzun 1-ci dərəcəli, 3 məzun isə 2-ci dərəcəli diploma layiq görülmüşlər. 1-ci dərəcəli diploma ADRA-nın məzunu Mehdiyev Afiq otel layihəsi ilə mükafatlandırıldı.
2-ci dərəcəli diploma isə Ədilova Günay (Mədəniyyət və İncəsənət Universitetinin məzunu), Hacıyeva Aynurə (Naxçıvan Dövlər Universiteti məzunu) və Sərdaroğlu Göktürk layiq görüldülər. Diplom işləri müvafiq olaraq – “İnam Bank”, “Naxçıvan şəh. 58 N-liyaşayış kvartalının bərpası” və “İstanbul sivrili bölgəsi otel kompleksinin layihəsi” adlanır (fotolar da adlara müvafiq olaraq düzülmüşdür).
Aşağıdakı slaydda digər iştirakçıların diplom işləri ilə tanış ola bilərsiniz:
Burada isə ADRA məzunu Gülər Məmmədovanın diplom işinin video çarxını izləyə bilərsiniz. Adətən diplom layihələrində belə video təqdimatlara rast gəlmirik. Gələcək illərin diplomçularına bunu nəzərə almalarını tövsiyyə edirəm. Gülərin işi – “Bakı istirahət və biznes kompleksi”-dir və Şəhər mühitinin dizaynı nominasiyasında iştirak edir.
Ümumi fikir baxımından deyə bilərəm ki, müsabiqədən gözlədiyim nəticəni almadım. Sərgidə diplom adına layiq işlər olduqca az idi. Və bir çox istedadlı tələbənin işləri ümumiyyətlə sərgidə nümayiş olunmadı. Sərginin bütün çatışmazlıqlarını, əskik tərəflərini ilk dəfə olduğu üçün keçmək olar. Ümid edirəm gələcək illərdə sərgiyə daha professioal işlər təqdim olunacaq.
Avropa otelində baş tutan sərgi, hal-hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində davam edir.
QEYD: material toplamaqda göstərdiyi köməkliyə görə Arif Nəcimova təşəkkür edirəm
QEYD 2: bəzi məlumatları və fotoşəkilləri Memarlıq və İnşaat Universitetinin rəsmi saytından əldə etdim. Rəsimlərin üzərinə sağ düyməni sıxmaqla “Open in new tab” seçənəyi ilə layihələrə daha iri formatda baxa bilərsiniz.
Bunlar 3d max programi ile hazirlanib??
Hamısını demək olmaz, amma böyük əksəriyyəti görünür ki, 3D max məhsuludur
Kateqoriyalar
Blogroll