Yeni nəsil qapılar (2-ci hissə)

atırlayırsınızsa bir müddət əvvəl “Yeni nəsil qapılar” haqda məqalə yazmışdım. Bu yazımı da sözü gedən mövzuya həsr edirəm. Diqqətimi interyeri (eyni zamanda eksteryeri) bəzəyən qapı elementinə istiqamətləndirməyimin səbəbi, memarlıq elementi kimi qapılara sənətkarlar, memar və dizaynerlər tərəfindən hər dövrdə xüsusi diqqət, maraq olmasından irəli gəlir.

Söz açılmışkən qeyd etmək istərdim ki, gələcək yazılarımdan biri “İçəri şəhərdə qapılar” olacaq. Bu məqalə ilə həqiqətən Azərbaycan incəsənətinin gözəlliyinin bir daha şahidi olacağıq. Gələcək mövzu qalsın sonraya sizə deyim yeni nəsil qapılardan və onların interyerə gətirdiyi üstünlüklərdən :)

Trompe l’oeil” adlanan bu qapılar Fransızcadan tərcümədə – “Gözü aldat” mənasını verir. Christopher Koziel tərəfindən Couture Deco üçün dizayn olunub. 3D effekt yaradan qapılar, əvvəla, çox az xərcə başa gəlsə də, dizaynda edilən kiçik dəyişiklik evi, ofisi, ümumiyyətlə auranı tamamilə dəyişir. Daha yaxşı olar ki, mövzuya uyğun kompozisiya seçilməklə məkana ikiqat canlılıq verilsin.

Eyni zamanda, insanda duyğunu canlandırmaq baxımından bu tip elementlər güclü təsirə malikdir. Belə ki, insan hər zaman gözəlliyə, onu həyəcanlandıran, düşündürən və duğulandıran seyrə möhtacdır. Bunsuz heç bir insan normal həyat yaşaya bilməz. Məhs bu baxımdan istifadə olunacaq şəkillərlə xüsusi duyğu hisslərini oyatmaq mümkün olur.

Xərc baxımından təxmini yerli pulla (ən ucuz) 20 manata başa gətirmək olar. Təbii ki, materialdan və çapdan asılı olaraq daha ucuz və baha başa gətirmək də mümkündür. Bu hər kəsin öz istəyindən asılı olaraq dəyişir.

Artıq interyerdə qapı elementi cansız, solğun element yox, dekor vəzifəsində çıxış etmək imkanı əldə edir. Üstəlik hər kəs öz düşündüyü kompozisiyada bundan istifadə edə bilər.

Sonda isə aşağıdakı rəsmə diqqətinizi çəkmək istərdim. Çox şirin dizayn olunmuş bu qapı körpələr üçün nəzərdə tutulub. Hər birimiz bu yaşlarda qapıdan istifadə edərkən çox əziyyətlər çəkmişik, artıq yeni nəsil qapılar uşaqları da fikirləşir :)

QEYD: rəsmləri taxta, vinil, şüşə materialların üstünə çap edib asanlıqla qapıya quraşdırmaq olar.