emarlıq eskizdən başlayır. Bu fikirlə eskizlər silsiləsində olan əvvəlki postlardan artıq tanışıq. Buna görə “eskiz sənəti”ni dərindən bilmək, öyrənmək lazım olduğunu da yaxşı bilirik. Bu səbəbdən öz praktikamı sizinlə bölüşməyi özümə şərəf bilirəm :) Bu yazıda sizə klassik memarlığa dair eskizlərdən nümunələr və çəkmək üçün hansı mərhələlərin keçdiyindən bəhs edəcəm.
Klassika bildiyimiz kimi memarlıq üslubları içərisində ən ideal üslüb sayılır. Məhz buna görə klassik memarlıq eskizləri də digərlərindən seçilməlidir. Başqalarından fərqi, memarın istifadə etdiyi elementlərin savadlı həlli ilə yanaşı həm də əl qabiliyyətinin gözəl olmasındadır. Yalnız belə olduqda klassikaya yaraşan memarlıq eskizi əldə etmək olar.
Dəfələrlə qeyd etdiyim kimi eskizlər iki hissəyə ayrılır, hamıya aydındır ki, sifarişçi üçün çəkilən eskizlərin yüksək səviyyədə olması vacibdir. Bu səbəbdən məhz sifarişçilər üçün çəkilən eskizlərə istinad edərək çəkdiyim klassik memarlıq eskizlərinin hansı mərhələlərdən keçməsinə nəzər salaq.
Hər şeydən əvvəl onu qeyd etmək yerinə düşərdi ki, çalışın elementləri haradansa köçürməyin, çəkin və memarlıq elementlərini bir-birinə uyğunlaşdırmağa çalışın. Əgər pəncərə sizə yad görünsə, onu başqa növ xarakterli pəncərə ilə əvəzləyin. Və ya sütunları düzgün seçməyə fikir verin. Ancaq heç bir ədəbiyyatdan və ya fotoşəkildən istifadə etməyin, təkcə kağız, karandaş və beyninizdəki memarlıq bazasından istifadə edin. Yalnız bu zaman memarlıq hissiyatı sizdə formalaşa bilər, göz nizamı, əl qabiliyyəti və beyinin qurub yaratdığı möcüzələr üzə çıxa bilər :)
İndi isə aşağıdakı şəkillərə baxaq və belə eskizləri çəkmək üçün hansı mərhələlərdən keçmək lazıdır olduğuna diqqət edək:
İlk olaraq kiçik eskizlə binanın hansı həndəsi formada olmasını müəyyənləşdirin. Şəkildə də gördüyünüz kimi karandaşla müqayisədə çox kiçik də olsa bu eskizin ilk addımı sayılır. Bununla yanaşı beyində bu formaya uyğun həcmi artıq yarı hazır və ya tam hazır şəkildə canlandırın.
Daha sonra A4 formatda kağızda (istənilən ölçüdə kağız ola bilər, amma A4 olduqca rahat olduğu üçün buna üstünlük verirəm) böyük şəkildə, kağıza düzgün yerləşdirilmiş “qutu”nu çəkin.
Əgər bina klassikdirsə çox hallarda simmetrik olacaq, belə olan halda binanın bir tərəfində kompazisiyanı karandaşla dəqiqləşdirib çəkin.
Əgər kompazisiya ürəyinizcə oldusa onu binanın ikinci tərəfində də qurun. Və qalan yerləri də doldurun, nizama uyğun olaraq boşluqlar buraxa və ya hansısa elementlərlə zənginləşdirə bilərsiniz.
Bir çoxları fikirləşir ki eskizdə xəttkeşdən istifadə etmək qabiliyyətin aşağı olmasından irəli gəlir. Ancaq bir şeyi nəzərə almaq lazımdır ki, heç bir rəssam xəttkeşin verdiyi dəqiq effekti əl ilə ala bilməz. Əgər bizim eskiz sifarişçiyə təqdim olmaq üçün çəkilirsə, deməli yüksək səviyyədə olmalıdır. Bir çox hallarda hətta eskizə baxan insan bunun əl ilə çəkildiyinə inanmayacaq, bu memar üçün müsbət haldır. Memarlıqda səliqə-səhman hər zaman müsbət haldır.
Burada xəttkeşin köməkliyi ilə flomaster qələmlərlə karandaş çəkilən yerlərdən düz xəttlər aparırıq. Öncə binanın bir tərəfini sonra isə yerdə qalan hissəni.
Yerdə döşəmənin çəkilməsi eskizi daha canlı edir və onu sanki biraz daha yığır, məntiqlilik yaradır. Əgər perspektivadan düzbucaqlı formasında bina çəkiriksə yerdəki döşəmənin birləşmə xəttləri də binaya paralel olsa çox inandırıcı görünər.
Paralel olaraq binaya kölgələr verməyə başlamaq olar. Kölgələmə prosesindən əvvəl kağızı yaxşıca pozmaq lazımdır ki qələmin altnda qalan səliqəsiz karandaş xəttləri itsin. Pozanla təmizlədikdən sonra xəttlər çox caibədar görünəcək, sanki kompyuter proqramından çıxmış kimi.
Kölgələmə zamanı işığın ən uyğun düşmə bucağını müəyyənləşdirin, ön fasada düşən işıq ən gözəlidir. Belə etdikdə fasadı saxlayaraq yan tərəflərin kölgələrini çəkin.
Eskiz çəkərkən ən uğurlu döşəmə mərmər kimi parlayan və binanı özündə əks etdirən döşəmə hesab edilir. Bunun üçün binanın hər tinindən şaquli istiqamətdə yarımxəttlər çəkin. İstər-istəməz döşəmə gözə xoş gələcək.
Binanın kölgəli hissələrinin döşəmədəki əksini tünd, işıqlı hissələrini isə nisbətən az rəngləyin, bu halda əksolunma daha məntiqli görünəcək.
Pəncərələri tünd kölgə ilə versəniz məsləhətlidir, sanki binanın içi vizual olaraq canlanır. Təbii ki, şüşə effekti də gərəklidir, bunu şəkildə gördüyünüz kimi xüsusi işıq effekti ilə almaq olar.
Eskizin daha da yığılmasını və canlı baxılmağını istəyirsinizsə mütləq fonda ağaclar çəkin, bir də bulud silueti. Binanın müstəvidən qarşıya çıxması üçün kontur xəttləri boyu səma və ya ağac rəngi ilə fonu tündləşdirin, onda bina daha qabarıq, önə çıxmış görsənəcək
Ən sonda isə bina üçün seçdiyiniz rəngləri tətbiq etməyə başlayın, divarları və pəncərənin rəngini verdikdən sonra artıq eskiz tamamanmış olacaq.
Bəlkə də memar və ya rəssamlar müəyyən qüsurlar tuta bilər, amma nəzərə almaq lazımdır ki, bu sadəcə eskizdir və sifarişçilər çox hallarda heç də rəssam və ya memar olmur, onlar adi isanlardır və bu eskizlər onları valeh edəcək ;)
QEYD: İradınız olarsa buyurun, məmnuniyyətlə dinləməyə hazıram. Bundan əlavə, daha gözəl və canlı eskizlər çəkmək isə öz yaradıcılığınızdan asılıdır, bu yolda sizə uğurlar :)
her zaman ki, kimi mohteshem ve maragla oxudugum bir yazi idi :) teshekkurler Urfan ve ugurlarinin davami inshAllah :)
Çox sağ ol, Təbriz, minnətdaram :)
Urfan əllərivə sağlıq :) xoşuma gəldi yaxşı başa salırsan ama döşəmədə bəzi qüsurlar var 1-ci rəng bir az pisdi 2.diyirsən ki : döşəmənin birləşmə xəttləri də binaya paralel olsa çox inandırıcı görünər.
ama sən orda paralel çəkməmişdin.
Birdə ki belə başa düşdüm ki ön fasada işıq düşür yan tərəflər kölgə olmalıdı ama binanın əsas yan tərəfini tündləşdirməmiştin elə görsənirdi ki ora da işıq düşür.
Çox sağ ol, Zakir. İradları qəbul edirəm, rəngin belə olması karandaşlarımın çoxçeşidli olmamasından irəli gəlir. Birləşmə xəttlərinin paralel olması isə nisbətən uyğundur, perspektiv qanunlarla çəkilmədiyim üçün bəzi əyri-əskikləri eskiz üçün keçmək olar məncə.
Yan tərəfləri kölgəli olması isə təkcə binanın yan tərəfinə şamil olunmur. Burada giriş hissədə olan divarın yan tərəfi, pəncərə çıxıntılarının yan tərəfləri və s. nəzərdə tutulur. Binanın yan tərəfini isə nisbətən itirməyə çalışmışam ki, qabarıq görsənməsin.
Birdə ki, bu sadəcə eskizdir :) cəmi 1 saatlıq eskiz. Üstəlik bu eskiz rəssamlıq təhsili almamış sifarişçilərin xoşuna gələcək tərzdə çəkilib. Sizin rəssamlıqdan görünür yaxşı xəbəriniz var, əgər sizə təqdim etsəydim, eskizin real kimi ideal olmasında daha çox diqqət ayırardım və 1 saat əvəzinə 1 həftə üstündə işləyərdim :)
Urfan senin memarliq haqqinda ve bu senete sonsuz hormetin sevgini alkqislayiram sene ugurlar cox sevindim
Diqqətinə görə çox sağ ol, Gülər. Təşəkkür edirəm :)
salam men memar deyilem,amma memar olmaq en boyuk arzumdur. bunun ucun isteyerdim ela bir memardan temennasiz dersler alim,eger bele bir memarlardan tanidiginiz varsa mene xeber etmeyiniz menim ucun boyuk memuniyyet olardi,kicik olsada bir nece eserlerim var,onceden tewekkurler
Salam. Emil, istəyiniz çox gözəldir. Çalışaram kömək edim amma bu dövrdə insanlar, xüsusən memarlar təmənnasız iş üçün istəkləri olsa da vaxtları buna imkan verməz. İnternetdən xarici memarların seminarlarını dinləyə bilərsiniz və bloqumuzu oxumaqla nəsə əldə etmə imkanınız olacaq. Ancaq ən böyük məsləhətim o olardı ki, imkan varsa sıfırdan təhsil alasınız
Cox gozeldi,ellerinize sagliq.
Təşəkkür edirəm, Vəfa
Kateqoriyalar
Blogroll