Excelsior Hotel Baku (otellər silsiləsindən)

Azərbaycanda mövcud olan ən yaxşı otellərdən biri – Excelsior Hotel Baku-ya getdim.

Otel memarlıq, interier və xidmət baxımından dünya standartlarına cavab verir. 5 ulduzlu digər Bakı otellərinə nisbətən bura öz ulduz dərəcələrini doğruldur. Əsas otaqlardan işçi otaqlara qədər hər məkan memarlıq standartlarına uyğun hazırlanıb. Memarı və idarə heyyəti türklərdir, yəqin ona görə də əsas diqqəti yüksək keyfiyyətə yönəldiblər.

Oteldə Duke (9 nömrə), Heritage-Standart (45 n.), Crown Lyuks (4 n.), Royal Lyuks (2 n.), Imperial Lyuks (1 n.) çeşidli nömrələr var. Cəmi 61 nömrə

Otelin mənfi cəhəti, binanın istiqamətinə görə nömrələr dənizə baxan mənzərəli və şəhərə baxan mənzərəli olmaqla iki qismə ayrılır ki bunlar arasında da qiymət fərqi var. Baxmayaraq ki hər iki tərəfdən şəhər görsənir. Dəniz mənzərəsindən danışmağa belə dəyməz.

Oteldə genişlik və hündürlük qaneedici idi. Adətən otellərdə bu baxımdan çatışmazlıq olur.

Açıq, qapalı hovuz, böyük idman zalı, maraqlı interyerli vestibül və digər məkanlar memarlıq baxımından yaxşı həll olunub (vestibül birinci mərtəbədən axıra kimi açıq sistemlə həll edilib ki bu da insanda xüsusi emosiya, hiss yaradır. Memarlığın bədiiliyindən danışanda bu barədə yazacam).

QEYD 1: göstərdikləri mehriban münasibətə görə otelin işçi heyyətinə təşəkkür edirəm.

QEYD 2: foto çəkməyə icazə vermədiklərinə görə şəkilləri otelin saytından götürmüşəm.